Azərbaycanca (AZ) Azərbaycanca (AZ)Deutsch (DE) Deutsch (DE)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)සිංහල (LK) සිංහල (LK)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)中國人 (CN) 中國人 (CN)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Almalıq — Azərbaycan Respublikasının Kəlbəcər rayonunun Almalıq kənd inzibati ərazi dairəsində kənd.

Almalıq (Kəlbəcər)

  • Ana Səhifə
  • Vikipediya
  • Almalıq (Kəlbəcər)

Almalıq — Azərbaycan Respublikasının Kəlbəcər rayonunun Almalıq kənd inzibati ərazi dairəsində kənd.

Almalıq
40°05′38″ şm. e. 46°14′32″ ş. u.HGYO
Ölkə
  •  Azərbaycan
Region Kəlbəcər rayonu
Tarixi və coğrafiyası
Mərkəzin hündürlüyü 1.498 m
Saat qurşağı
  • UTC+04:00
Əhalisi
Əhalisi
  • 65 nəf. (2005)
Xəritəni göstər/gizlə
Almalıq xəritədə
Almalıq
Almalıq
Almalıq xəritədə
Almalıq
Almalıq
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Mündəricat

Tarixi

1993-cü ildə Ermənistan Respublikası Silahlı Qüvvələri tərəfindən işğal edilmiş, 2020-ci il noyabrın 25-də işğaldan azad olunmuşdur.

Toponimikası

Almalıq kəndi Tutqunçayın sahilində, Laçın dağının (Kiçik Qafqaz) ətəyindədir. Kəndin ərazisi XIX əsrin ortalarında sarallı tayfasına mənsub səkkiz evdən ibarət elatın qışlaq yeri olmuşdur. Qışlaq cır alma ağacları olan ərazidə yerləşdiyi üçün belə adlandırılmışdır. 1934–1940-cı illərdə yaxınlıqdakı Otaqlar, Gözlübulaq, Ortakənd və Çayqışlaq kəndlərindən köçmələrin bu ərazidə məskunlaşması ilə Almalıq kəndi yaranmışdır. Almalıq "alma ağacları ilə zəngin olan yer; alma bağı" deməkdir. Quba r-nunun Davudoba və Hacıqaib kəndlərində Almalıq adlı iki sahə, Yardımlı r-nunun Vəlixanlı kəndində Almalıq adlı yer qeydə alınmışdır. Almalıq adına Muq dağından tapılmış VIII əsrin əvvəllərinə aid sənədlərdə rast gəlmək olar. Orta əsrlərdə Türkmənistan ərazisində bir neçə Almalık toponimi qeydə alınmışdır. Özbəkistanın Daşkənd vilayətində Almalıq adlı şəhər, Dağıstanda Almalıq kəndi, Almalıqçay adlı çay var.

Digər bir yerli məlumata görə- kəndin sakinləri əvvəlki dövrlərdə kəndin "Gözlü bulaq>> və <

Yaylaqlar

Qaratellər yurdu, İsrafilin yurdu, Yəhər yurd, Nəsir bəyin yurdu, Paşanın yurdu, Taplar yurdu, Hərizəqaya yurdu, Oyuq yurdu, Göyqum yurdu.

Bulaqlar

Novlu bulaq, Qoşa bulaqlar, Pırpır bulaq, Qırmızı bulaq, Şırşır bulaq, Mirzəxanın bulağı, Qaçaq Nəbinin bulağı, Pir bulağı.

Məşhur yerlər

Qarasu, Gözlü bulaq suyu(çay), Çayqışlaq, Arıxana, Cəbrayılın düzü, Türbəndənin dəyirmanının düzü, Uzunyal, Darın dərəsi, Qaraqaya, Dimdikqaya, Çirişli dağı, Usubun yeri, Sultanın dəyirmanı, Təkağaç, Böyüksu, Kəkli daş, Uzunburun, Qaranın düzü, Qumlugüney, Baldırğanlıdərə, Qətlağacı, Rustökülən, Ardışlı, İldırımvuran qaya, Qurugöl, Sultanın baxacağı, Salmanın yurdu, Oyuq, Gölübulaq, Qaranlıqdərə, Gölyeri, Qamışlı, Məmmədin darı, Çuxuryurd̟, Küləşlər, Laçınqaya, Rəhimin düzü, Davaolan, Arxacyeri, Otaqlar, Arpayeri, Öküzuçan, Dərəyeri, Donuz damı.

Binələr–Qışlaqlar

Otaqlar binəsi, Gözlü bulaq binəsi.

İqtisadiyyatı

Əhalinin əsas məşğuliyyətini kənd təsərrüfatı–əkinçilik, maldarlıq və heyvandarlıq təşkil etmişdir.

Şəkillər

Həmçinin bax

  • Kəlbəcər rayonu
  • Daşbulaq kəndi

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, almalıq (kəlbəcər) sözünün mənası, almalıq (kəlbəcər) haqqında məlumat. almalıq (kəlbəcər) nədir? almalıq (kəlbəcər) nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Fevral 27, 2026

    Bidət

  • Fevral 27, 2026

    Tatar boğazı

  • Mart 03, 2026

    Friends Arena

  • Fevral 27, 2026

    Kannibalizm

  • Fevral 27, 2026

    5-O-MetilMirisetin

Trend Mahnılar
  • Mart 04, 2026

    Röya x İsmail Zade — Nankor (Rəsmi Audio)

  • Fevral 17, 2026

    Zeyneb Heseni & Sedef Budaqova - Popuri 2026 (Official Video)

  • Fevral 21, 2026

    Bayram Kürdəxanlı & Sona - Meclisimiz Xudmanidi İçmirsən

  • Fevral 21, 2026

    Lord Vertigo & Nilay Sems - Kimdir En Gozel ( Yeni 2026 )

  • Fevral 25, 2026

    Damla - Anam Demişdi 2026 (Yeni Klip) 4K

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst