Azərbaycanca (AZ) Azərbaycanca (AZ)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Allahşükür Hümmət oğlu Paşazadə (26 avqust 1949, Cil, Lənkəran rayonu) — Qafqaz müsəlmanlarının XII Şeyxülislamı və Qafqaz Müsəlmanları İdarəsinin sədri (Qafqaz

Allahşükür Paşazadə

  • Ana Səhifə
  • Vikipediya
  • Allahşükür Paşazadə

Allahşükür Hümmət oğlu Paşazadə (26 avqust 1949, Cil, Lənkəran rayonu) — Qafqaz müsəlmanlarının XII Şeyxülislamı və Qafqaz Müsəlmanları İdarəsinin sədri (Qafqaz müsəlmanlarının 29 iyul 2003-cü ildə Bakı şəhərində keçirilmiş XI qurultayında yekdilliklə ömürlük sədr — Şeyxülislam seçilmişdir), Bakı Dövlət Universitetinin professoru, tarix elmləri doktoru.

Allahşükür Paşazadə
Qafqaz Müsəlmanları İdarəsinin sədri
Vəzifədədir
1980-ci ildən
    ƏvvəlkiMirqəzənfər İbrahimov
    Şəxsi məlumatlar
    Doğum tarixi 26 avqust 1949(1949-08-26) (76 yaş)
    Doğum yeri
    • Cil, Lənkəran rayonu, Azərbaycan SSR, SSRİ
    Təhsili
    • Özbəkistan Milli Universiteti,
    • Mir Ərəb mədrəsəsi,
    • Daşkənd İslam İnstitutu
    Fəaliyyəti mufti, universitet müəllimi[d], Şeyxülislam
    Dini İslam, on iki imam şiəliyi, şiəlik
    Elmi fəaliyyəti
    Elmi dərəcəsi
    • tarix elmləri doktoru
    Elmi adı
    • professor

    Təltifləri "Heydər Əliyev" ordeni — 20192019 "İstiqlal" ordeni — 19991999 "Şərəf" ordeni — 20092009 "Şöhrət" ordeni — 19941994 "Dostluq" ordeni (Rusiya) — 2006 "Xalqlar dostluğu" ordeni — 19881988
    İmzanın şəkli
    Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

    Mündəricat

    Həyatı

    Allahşükür Paşazadə 26 avqust 1949-cu ildə Lənkəran rayonunun Cil kəndində anadan olmuşdur. İlk dini təhsilini yerli din adamlarından almışdır. 1968-ci ildə Buxarada "Mir-Ərəb" mədrəsəsinə daxil olmuş və dini təhsilini 1975-ci ildə Daşkənd İslam Universitetində bitirmişdir. 1975-ci ildən Qafqaz Müsəlmanları İdarəsinin məsul katibi, Təzəpir məscidinin axundu, idarə sədrinin müavini olmuşdur. 1980-ci ildə Qafqaz Müsəlmanları İdarəsinin sədri seçilmiş və Şeyx-ül-islam dərəcəsinə yüksəlmişdir 1986-cı ildə İordaniya Kral Akademiyasının üzvü seçilmişdir. 15 noyabr 1988-ci ildə sülhsevərlik fəaliyyətinə görə, SSRİnin Xalqlar Dostluğu ordeni ilə təltif edilib. 1989-cu ildə SSRİ xalq deputatı, daha sonra müstəqil Azərbaycanın millət vəkili seçilmişdir. Bakı Dövlət Universitetinin professoru, tarix elmləri doktorudur. 1992-ci ildə 1992-ci il 7 sentyabrda Çeçenistanın paytaxtı Qroznı şəhərində çağırılan Qafqaz Evi konfransında Azərbaycanın, Dağıstanın, Kabardino-Balkariyanın, Gürcüstanın, İnquşetiyanın, Çeçenistanın, Qaraçay-Çerkesiyanın, Adıgeyin dini xadimləri tərəfindən Qafqaz Xalqlarının Ali Dini Şurasının sədri seçilmişdir. 2003-cü ildə şeyxülislamlıq vəzifəsinə ömürlük seçilmişdir. Dünyanın ən nüfuzlu 500 müsəlman şəxsiyyətindən sayılır. 1991-ci ildə Bakı İslam Universitetinin təsis etmişdir.

    Üzvü olduğu təşkilatlar

    Ümumdünya İslam Konqresinin idarə heyətinin, Avrasiyanın İslam Şurasının idarə heyətinin və bir sıra başqa beynəlxalq təşkilatların üzvüdür. 1992-ci ildə Qafqaz Xalqları Ali Dini Şurasının sədri (2003-cü ildən ömürlük), 2004-cü ildə Müstəqil Dövlətlər Birliyinin Dinlərarası Şurasının həmsədri, 2009-cu ildə MDB müsəlmanları Məşvərət Şurasının sədri seçilib. "Müstəqil Dövlətlər Birliyi Dinlərarası Şurası"nın həmsədri, "Katolik-Pravoslav məzhəblərarası əlaqələr komissiyası"nın üzvü (2006), UNESCO yanında Din Xadimlərinin Yüksək Səviyyəli Məşvərət qrupunun üzvü (2009), BMT Dinlərarası Məşvərət Şurasının üzvü, Ümumdünya İslam Konqresi, Ümumdünya Xalq Rəhbərliyi, Ümumdünya Sülh Şurası, Avrasiya İslam Şurası, "Vicdana çağırış" Beynəlxalq Fondu və bir sıra digər nüfuzlu beynəlxalq təşkilatların rəyasət heyətlərinin üzvü, Azərbaycan Respublikası Prezidenti yanında Əfv Komissiyasının üzvü, İordaniya İslam Mədəniyyəti Kral Akademiyasının müxbir üzvü (1986) və həqiqi üzvü (2001), Beynəlxalq Fiqh Akademiyasının həqiqi üzvü, Beynəlxalq Fiqh Təşkilatının təsisçilərindən biri (2008), Müstəqil Dövlətlər Birliyi müsəlman dini liderlərinin Məşvərət Şurasının sədridir (2009)

    Elmi məqalələri

    • Qafqazda İslam.
    • İslamda şəhidlik.
    • Milli münasibətlər və din.
    • İslamda xalq və cəmiyyət.

    Təşəbbüsçüsü və təşkilatçısı olduğu beynəlxalq elmi konfranslar

    • 1998-ci ildə "Müasirlik və dini-mənəvi dəyərlər"
    • 2003-cü ildə "Allahın lütfü, xalqın xilaskarı"
    • 2004-cü ildə "Qloballaşma və islam"
    • 2005-ci ildə "Qloballaşan dünyada islam"
    • 2006-cı ildə "Tolerantlığın örnəyi — Azərbaycan"
    • 2006-cı ildə "İslamda dözümlülük"
    • 2010-cu ildə Bakıda keçirilən Dünya Din Xadimlərinin Sammiti

    Mükafatları

    Allahşükür Paşazadə, Rusiya prezidenti Dmitri Medvedyev, Bakı Rus pravoslav kilsəsi yepiskopu Aleksandr və Azərbaycanın dağ yəhudiləri dini icmasının sədri Semyon İxiilov. Bakı, 3 iyul 2008
    • Azərbaycan "Şöhrət" ordeni
    • Azərbaycan "İstiqlal" ordeni (1999)
    • Azərbaycan "Şərəf" ordeni
    • Azərbaycan "Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu"
    • SSRİ "Xalqlar dostluğu" ordeni (1988)
    • Misir I dərəcəli "Əl-elm və əməl" ordeni (1992)
    • Misir "Şöhrət" ordeni (1994)
    • Rusiya Rus Pravoslav Kilsəsinin I dərəcəli "Müqəddəs Vladimir" ordeni (2001)
    • Rusiya Rus Pravoslav Kilsəsinin "Şöhrət və Şərəf" ordeni
    • Rusiya I dərəcəli "Müqəddəs Sergi Radonejevski" ordeni
    • Rusiya Rusiya Müftilər Şurasının I dərəcəli "Əl Fəxr" ordeni
    • Rusiya Bakı və Xəzəryanı Yeparxiyanın I dərəcəli "Müqəddəs Apostol Varfolomey" ordeni
    • Rusiya Şimali Qafqaz Müsəlmanları Koordinasiya Mərkəzinin I dərəcəli "Ümmət qarşısında xidmətlərinə görə" ordeni
    • Rusiya "Dostluq" ordeni
    • Rusiya "Şöhrət" ordeni
    • "Milli qəhrəmanı-Koman Turpal" ordeni
    • Vatikan "Müqəddəs Qreqori" ordeni
    • İordaniya I dərəcəli "Kral Hüseyn" ordeni
    • Serbiya "İmperator Böyük Konstantinin" qızıl sikkəsi
    • Gürcüstan "Qoyunun qızıl dərisi" ordeni
    • "Kadırov" ordeni
    • Birləşmiş Millətlər Təşkilatı "İNTERSAFETY" terrorizm, korrupsiya, ekoloji cinayətkarlığa qarşı Beynəlxalq Təhlükəsizlik Komitəsi və Birləşmiş Millətlər Təşkilatının Təltiflər İttifaqının (UNCOPA) "Aypara və Ulduz" ordeninin ali dərəcəsi
    • Beynəlxalq Ekoenergetika Akademiyasının qızıl medalı
    • Gürcüstan "Şərəf" ordeni (2001)
    • Rusiya "Şərəf" ordeni (2009)
    • Sülh Fondları Beynəlxalq Assosiasiyası, Ümumdunya Veteranlar Federasiyası və "Xalq yaddaşı" Beynəlxalq Veteranlar Fondunun təsis etdikləri xatirə medalı (2007)
    • Rusiya Rus pravoslav kilsəsinin I dərəcəli "Müqəddəs mömin Moskva knyazı Daniil" ordeni
    • Azərbaycan "Heydər Əliyev" ordeni (2019)

    Barəsində

    Şeyxin həyat və fəaliyyəti ilə bağlı aşağıdakı kitablar və yüzlərlə məqalələr nəşr olunmuşdur:

    • On ikinci Şeyxülislam
    • Mərhəmətli və şəfqətli qəlb
    • Şeyxülislam: ictimai xadim, alim
    • Bizim bir şeyximiz var
    • Müqəddəs ömrün anları
    • Şeyxülislam Allahşükür Paşazadə: elm və dinin vəhdəti
    • Qafqaz Müsəlmanları İdarəsi və Ermənistan-Azərbaycan münaqişəsi
    • İki əsrin Şeyxülislamı
    • Allahın lütfü: 25 il Şeyxülislam
    • Şeyxülislam-Alın yazısı
    • Nurlu yolun müdrik səyyahı
    • Şərəf və Şöhrətin zirvəsi
    • Şeyxülislam: ənənə və müasirliyin vəhdəti
    • Şeyxülislam Allahşükür Paşazadənin orden və medalları (4 dildə)

    Filmlər

    2001-ci ildə Əli İsa Cabbarov tərəfindən Azərbaycan Televiziyasında istehsal edilmiş Ana duasından başlanan yol adlı qısametrajlı sənədli televiziya film çəkilmişdir.

    2009-cu ildə Vaqif Mustafayev tərəfindən Allaha şükür adlı tammetrajlı sənədli film çəkilmişdir.

    Həmçinin bax

    • Qafqaz Xalqları Ali Dini Şurası
    • Qafqaz Müsəlmanları İdarəsi
    • Bakı Beynəlxalq Dinlər və Sivilizasiyalar arası Əməkdaşlıq Mərkəzi
    Vikisitatda Allahşükür Paşazadə ilə əlaqədar sitatlar var.
    Vikianbarda Allahşükür Paşazadə ilə əlaqəli mediafayllar var.

    vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, Allahşükür Paşazadə haqqında məlumat. Allahşükür Paşazadə nədir? Allahşükür Paşazadə nə deməkdir?

    ←Növbəti YazıƏvvəlki Yazı→
    Ən Oxunanlar - Vikipediya
    • Fevral 27, 2026

      Dedpul

    • Fevral 27, 2026

      Reyn vilayəti

    • Fevral 27, 2026

      Badamlı qəsəbəsi

    • Fevral 27, 2026

      Ayxan Tağızadə

    • Fevral 27, 2026

      Xeybər

    Trend Mahnılar
    • Fevral 24, 2026

      Afshin Azari - Can Deme 2026 (Yeni Klip)

    • Fevral 17, 2026

      Vusal Bilesuvarli & Naibe Sabirabadli - Eşq Əsiri (Klip 2026)

    • Fevral 21, 2026

      Xatire İslam - Heyatima Xoş Gelmisen 2026 (Yeni Klip) 4K

    • Fevral 21, 2026

      Uzeyir Mehdizade - Popuri 3 ( Ekskluziv )

    • Fevral 25, 2026

      Alican & Baylarsoylar - Yol Ver 2026 (Official Music Video)

    Studia

    • Vikipediya
    • Musiqi

    Xəbər Bülleteni Abunəliyi

    Əlaqə Saxlayın
    Bizimlə Əlaqə
    © 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
    Müəllif hüquqları: Dadash Mammadov
    Üst