Azərbaycanca (AZ) Azərbaycanca (AZ)Deutsch (DE) Deutsch (DE)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)සිංහල (LK) සිංහල (LK)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)中國人 (CN) 中國人 (CN)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Alfa Konde (fr. Alpha Condé; 4 mart 1938[…], Boke[d], Fransa Qvineyası[d], Fransa Qərbi Afrikası[d]) — 2010-cu ildən Qvineyanın prezidenti olan qvineyalı siyasə

Alfa Konde

  • Ana Səhifə
  • Vikipediya
  • Alfa Konde

Alfa Konde (fr. Alpha Condé; 4 mart 1938[…], Boke[d], Fransa Qvineyası[d], Fransa Qərbi Afrikası[d]) — 2010-cu ildən Qvineyanın prezidenti olan qvineyalı siyasətçi, “Qviney millətinin birliyi” partiyasının lideri. 1993-cü və 1998-ci ildə keçirilən seçkilərdə o, 2 dəfə Lansana Konteyə uduzmuşdu. 3-cü dəfə o, 2010-cu ildə seçkilərə qatıldı və səsvermənin iki raunduna əsasən, prezident seçildi. Dekabrda vəzifəyə keçən Konde ölkəsinin tarixində ilk azad şəkildə seçilmiş prezident oldu.

Alfa Konde
Alpha Condé
Qvineyanın prezidenti
Vəzifədədir
21 dekabr, 2010-cu ildən
    ƏvvəlkiMusa Dadis Kamara
    Şəxsi məlumatlar
    Doğum adı ߞߐ߲ߘߍ
    ߞߐ߲ߘߍ߫
    Doğum tarixi 4 mart 1938(1938-03-04)[…] (88 yaş)
    Doğum yeri
    • Boke[d], Fransa Qvineyası[d], Fransa Qərbi Afrikası[d]
    Partiya Qvineya millətinin birliyi
    Təhsili
    • Panteon-Sorbona Universiteti,
    • Rusiya Xalqlar Dostluğu Universiteti
    Fəaliyyəti siyasətçi, yazıçı, müəllif
    Dini İslam

    Təltifləri
    "Dostluq" ordeni Order of Mohammed National Order of Merit
    Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

    Mündəricat

    Bioqrafiyası

    Konde 4 mart 1938-ci ildə Aşağı Qvineyanın Boke şəhərində anadan olmuşdur. O, madinkalar millətinə aiddir. Konde evlidi və Alfa Mohamed alfa Konde adlı oğlu var.

    15 yaşında o, Fransaya köçdü, təhsilini Paris məktəblərində və Sorbonnada alırdı. Müxalifiətçi olduğu üçün 1991-ci ilə qədər mühacirətdə idi. Sonralar isə sosialist internasionalına aid edilən “Qviney millətinin birliyi” partiyasının lideri oldu. Bu partiyanı əsasən madinkalar milləti dəstəkliyir.

    1993-cü ildəki prezident seçkilərində Konde 19,6 % səs topladı, və o tarixdə Qvineya xalqı Lansana Konteni seçdi. 1998-ci ildə 16,6 % səs topladı, və bu dəfə də Lansana Konte qalib gəldi, seçkilərdən 2 gün sonra Alfa Kondeni həbs etdilər. 2000-ci ildə məhkəmə prosesi başlamışdı, ona prezidenti öldürmək niyyətinə görə 5 illik həbs cəzası verilmişdi, amma 2001-ci ildə vaxtından əvvəl azad olundu. Ona siyasi fəaliyyətlə məşğul olmaq qadağan edildi, və 2001-2005-ci illərdə o, Fransada yaşıyırdı.

    28 sentyabr 2009-cu ildə Qvineyada baş vermiş böyük müxalifət mitinqindən sonra, Nyu Yorkda qalan Konde ictimai hərəkatların səfərbərliyi haqqında elan verdi və Qvineyanın "cinayət rejiminə" qarşı etiraz aksiyalarını davam etdirməyə çağırdı. Alfa Konde Musa Dadis Kamaranın oktyabrın 1-də milli birlik hökumətinin yaradılması barədə təklifini rədd edib, hərbi xuntanın başçısını "etibarsız tərəfdaş" adlandırdı.

    2010-ci il iyunun 27-də prezident seçkilərinin ilk turunda 553 021 səs (20,67%) toplayan Konde, Selu Daleyna Diallodan sonra ikinci yeri tutdu və növbəti tura keçdi. Bu mərhələdə Diallonun 47,48 %, Alfa Konde isə 52,52 % səs topladı. Bununla da o, Qvineyanın prezidenti seçildi.

    Sui-qəsd cəhdi

    19 iyul 2011-ci ildə prezident iqamətgahını atəşə tutmuşdular, nəticədə prezident qvardiyası çoxlu itki verdi, və iki nəfər xəsarət aldı, lakin Konde sui-qəsd cəhdindən sağ çıxdı. Keçmiş ordu rəisi və prezident qvardiyasının üzvü prezidentin evinə hücüm etdiyi üçün saxlandılar. Sonra isə Konde xalqına belə açıqlama verdi: "Mənim evim ötən gecə hücuma məruz qaldı, və mən əlavə yardımın gəlməsinə qədər döyüşən (gecə saat 3:10-5:00 qədər) prezident qvardiyasına təşşəkür edirəm. O, həmçinin əlavə etdi ki, onun islahat planları heçnəyə baxmayaraq davam edəcək.

    Üç gündən sonra ən azı 38 əsgər sui-qəsddə iştirak etdiyi üçün həbs olundu. Hökumət rəsmisi qeyd etmişdir ki, həbs olunanların bir çoxu ölkənin əvvəlki hökmdarları ilə hərbi əlaqələr saxlayırdı. Birləşmiş Millətlər Təşkilatı bu hadisəyə "Qvineyanın hərbi islahatlara daha böyük ehtiyacı var" deməklə reaksiya vermişdi.

    2013-cü il seçkiqabağı zorakılıq

    Konde bir həftə davam edən etiraz aksiyalarına və zorakılığa görə tənqid olunmuşdu, sonra isə müxalifət tərəfdarları onun 2013-cü ildə may seçkilərində ehtimal olunan saxtalaşdırma cəhdlərinə qarşı etiraz əlaməti olaraq Konakri şəhərinin küçələrinə çıxmışdılar. Müxalifət koalisiyası fevralın ortalarında seçki prosesindən namizədliyini geri götürmüşdü, səbəbi isə Kondenin Cənubi Afrika şirkəti “Waymark İnfotech”-in qeydə alınmış seçicilərin siyahısını tərtib etməsinin təkidi idi.

    Ondan sonrakı zorakılıq xəbərlərinə əsasən, ən azı 9 nəfər həlak olmuşdur, və yüzlərlə insan yaralanmışdı, və ehtimal var ki, bu insident təhlukəssizlik üzvlərin bir çoxunun kütlənin müəyyən qismini dağıtmaq üçün atəş etməsi nəticəsində baş vermişdir.

    2021 -ci il dövlət çevrilişi

    5 sentyabr 2021 -ci ildə Alfa Konde rejiminə qarşı dövlət çevrilişinə cəhd edildi.

    İstinadla

    1. Alpha Condé // Brockhaus Enzyklopädie (alm.). F.A. Brockhaus, 1796.
    2. Alpha Conde // Munzinger Personen (alm.).
    3. "Junta bans gatherings, declares two days of mourning" (ingilis). France24. 20 sentyabr 2009-cu il. 2012-04-09 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2009-09-30.
    4. "Guinea protests 'will continue'" (ingilis). BBC News. 29 sentyabr 2009-cu il. 2012-04-09 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2009-09-30.
    5. . AP (ingilis). 19 iyul 2011 il. 2012-06-06 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2015-03-15.
    6. (ingilis). Reuters. 8 mart 2013 il. 2013-04-24 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2015-03-15.
    7. Jeune Afrique. "Guinée : tentative de coup d'État en cours à Conakry" (fransız). Jeune Afrique. 15 fevral 2013 il. 2021-09-05 tarixində . İstifadə tarixi: 2021-09-05.

    vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, alfa konde sözünün mənası, alfa konde haqqında məlumat. alfa konde nədir? alfa konde nə deməkdir?

    ←Növbəti YazıƏvvəlki Yazı→
    Ən Oxunanlar - Vikipediya
    • Fevral 27, 2026

      Oleq

    • Fevral 27, 2026

      Kumanlar

    • Mart 04, 2026

      Səs telləri

    • Mart 06, 2026

      Qeyb Nyuell

    • Mart 06, 2026

      Echinostoma azerbaidjanica

    Trend Mahnılar
    • Fevral 22, 2026

      Qurban Qurbanzade - Meni Gel Apar Burdan ( Ai Seymur Memmedov )

    • Fevral 28, 2026

      Zaur Quluzade & Babek Nur - Sevgi Dolu Nifret 2026 | 4K (Official Music Video)

    • Mart 04, 2026

      Röya x İsmail Zade — Nankor (Rəsmi Audio)

    • Fevral 17, 2026

      İsmail Zade — Bir Adam (Rəsmi Audio)

    • Mart 06, 2026

      Şöhret Memmedov - Yazıq Üreyim (Official Video)

    Studia

    • Vikipediya
    • Musiqi

    Xəbər Bülleteni Abunəliyi

    Əlaqə Saxlayın
    Bizimlə Əlaqə
    © 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
    Müəllif hüquqları: Dadash Mammadov
    Üst