Azərbaycanca (AZ) Azərbaycanca (AZ)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Aleksandr Petroviç Şteyn (15 (28) sentyabr 1906 və ya 28 sentyabr 1906, Səmərqənd, Rusiya imperiyası – 5 oktyabr 1993[…], Moskva) — Sovet rus yazıçısı, dramatur

Aleksandr Şteyn

  • Ana Səhifə
  • Vikipediya
  • Aleksandr Şteyn

Aleksandr Petroviç Şteyn (15 (28) sentyabr 1906 və ya 28 sentyabr 1906, Səmərqənd, Rusiya imperiyası – 5 oktyabr 1993[…], Moskva) — Sovet rus yazıçısı, dramaturq, ssenarist və memuarist. Aleksandr Şteyn bir sıra yüksək səviyyəli dövlət mükafatlarına layiq görülüb. Bunlara "Vətən müharibəsi" ordeni, "Qırmızı ulduz" ordeni, iki dəfə verilmiş "Qırmızı əmək bayrağı" ordeni, həmçinin iki "Stalin mükafatı" (1949, 1951) daxildir.

Aleksandr Şteyn
rus. Александр Петрович Штейн
Doğum tarixi 15 (28) sentyabr 1906(1906-09-28) və ya 28 sentyabr 1906(1906-09-28)
Doğum yeri
  • Səmərqənd, Rusiya imperiyası
Vəfat tarixi 5 oktyabr 1993(1993-10-05)[…] (87 yaşında)
Vəfat yeri
  • Moskva, Rusiya
Dəfn yeri
  • Vaqankovo qəbiristanlığı
Təhsili
  • Sankt-Peterburq Dövlət Universitetinin Filologiya fakültəsi[d]
Fəaliyyəti yazıçı, ssenarist, dramaturq, redaktor[d]
Əsərlərinin dili rus dili
Janr ssenari
Üzvlüyü
  • SSRİ Yazıçılar İttifaqı (1934)
Mükafatları +

Mündəricat

Həyatı

Aleksandr Petroviç Şteyn Səmərqənd şəhərində orta təbəqəyə aid yəhudi ailəsində anadan olub. Leninqrad Universitetinin Filologiya fakültəsində təhsil alıb. 1920-ci illərin əvvəllərində o, Səmərqənd Xüsusi Təyinatlı Qüvvələr batalyonunun üzvü kimi Mərkəzi Asiyada sovet hakimiyyətinin qurulması uğrunda Ağ orduya qarşı döyüşlərdə iştirak edib.

Buxarada o, yerli hərbi qəzetə məqalələr yazmağa başlayıb, sonra isə "Pravda Vostoka" qəzetində (1920–1923) və (Petroqrad Universitetində bir illik təhsilindən sonra) "Leninqradskaya Pravda" qəzetində (1924–1929) yazılar yazıb. 1930–1939-cu illərdə Şteyn (artıq Sovet Kommunist Partiyasının üzvü idi) "Fəhlə və teatr" jurnalının redaktoru olub.

Ədəbi karyera

Aleksandr Şteyn yaradıcılığa 1929-cu ildə pyeslərlə başlayıb. O, 1929-cu ildə Tur qardaşları ilə birlikdə yazdığı "Neft" adlı ilk pyesini nəşr etdirib. Bundan sonra Utopya (1930) və İstedad (1936) pyeslərini yazıb. 1934-cü ildə o, Sovet Yazıçılar İttifaqının üzvü olub. 1941–1946-cı illərdə Şteyn əvvəlcə Qanqut xətt gəmisində baş siyasi komissar, sonra isə batalyon komissarı və Sovet Hərbi Dəniz Qüvvələrinin qəzetinin redaktoru kimi çalışıb. Leninqradın blokadası boyunca o, şəhərdə qaldı və "Qırmızı donanma" qəzetinin xüsusi müxbiri kimi fəaliyyət göstərdi.

Müharibədən sonra Şteyn yazmağa davam etdi; onun "Admiralın ayrağı" (1950, 1951-ci ildə "Stalin" mükafatı), "Okean" (1961), "Alqış" (1967) və avtobioqrafik olan "Bir zamanlar mən var idim (1977) pyesləri ən yaxşı əsərləri sayılır. Onun bəzi əsərləri mübahisələrə səbəb olub. 1948-ci ildə yazdığı və "Stalin" mükafatı almış Şərəf Qanunu əsəri, guya "anti-kosmopolitizm" adlanan kampaniyanı dəstəkləyirdi. 1964-cü ildə yazılmış "Between the Showers" əsəri "Pravda" qəzetində tənqid olunmuşdu, çünki əsərdə Vladimir Lenin sxematik və cansız bir obraz kimi təsvir edilmişdi. 1957-ci ildə Şteyn "Teatr" jurnalının redaktorluğuna başladı.

Vəfatı

SSRİ "Stalin" mükafatı laureatı (1949) Aleksandr Şteyn 5 oktyabr 1993-cü ildə vəfat edib və Vaqankovo qəbiristanlığında dəfn olunub.

Filmoqrafiya

  1. Sualtı qayıq "T-9" (film, 1943)

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, Aleksandr Şteyn haqqında məlumat. Aleksandr Şteyn nədir? Aleksandr Şteyn nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Fevral 27, 2026

    Ətək

  • Fevral 27, 2026

    Danimarka-Norveç

  • Fevral 27, 2026

    Tənbölən

  • Fevral 27, 2026

    XUL

  • Fevral 27, 2026

    Gövhərşad məscidi

Trend Mahnılar
  • Fevral 25, 2026

    Alican & Baylarsoylar - Yol Ver 2026 (Official Music Video)

  • Fevral 21, 2026

    Uzeyir Mehdizade - Ruh Ekizim ( Official Video Clip ) 2026

  • Fevral 21, 2026

    Uzeyir Mehdizade - Popuri 3 ( Ekskluziv )

  • Fevral 17, 2026

    Zeyneb Heseni & Sedef Budaqova - Popuri 2026 (Official Video)

  • Fevral 17, 2026

    Xumar Qedimova - Dünya

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst