Azərbaycanca (AZ) Azərbaycanca (AZ)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Aleksandr Tumanov (rus. Александр Туманов; 11 yanvar 1912, Göyçay, Bakı quberniyası, Rusiya İmperiyası — 29 noyabr, 1984, Kiyev, Ukrayna SSR, SSRİ) — sovet səna

Aleksandr Tumanov

  • Ana Səhifə
  • Vikipediya
  • Aleksandr Tumanov

Aleksandr Tumanov (rus. Александр Туманов; 11 yanvar 1912, Göyçay, Bakı quberniyası, Rusiya İmperiyası — 29 noyabr, 1984, Kiyev, Ukrayna SSR, SSRİ) — sovet sənaye xadimi, "Ukrqazprom" ümumittifaq sənaye birliyinin rəisi, Sosialist Əməyi Qəhrəmanı (1981).

Aleksandr Tumanov
rus. Александр Туманов
Doğum tarixi 11 yanvar 1912
Doğum yeri Göyçay, Bakı quberniyası, Rusiya İmperiyası
Vəfat tarixi 29 noyabr 1984 (72 yaşında)
Vəfat yeri Kiyev, Ukrayna SSR, SSRİ
Dəfn yeri
  • Baykovo qəbiristanlığı
Vətəndaşlığı SSRİ SSRİ
Təhsili Azərbaycan Sənaye Universiteti
Mükafatları Sosialist Əməyi Qəhrəmanı
"Lenin" ordeni "Lenin" ordeni "Oktyabr inqilabı" ordeni "Qırmızı əmək bayrağı" ordeni "Şərəf nişanı" ordeni

Həyatı

Aleksandr Tumanov 1912-ci il yanvarın 11-də Göyçayda anadan olub. 1941-ci ildə Azərbaycan Sənaye Universitetini bitirib. İkinci Dünya müharibəsi dövründə və ondan sonra "Saxalinneft" trestində çalışıb.

1950-ci ildə Neft sənayesi Akademiyasını bitirib, sonra isə bir müddət SSRİ Neft sənayesi nazirliyi aparatında çalışıb. 1951–1957-ci illərdə "Ukrqaz" Birliyinin (Lvov) baş mühəndisi olub.

1957-ci ildə isə Xarkov xalq təsərrüfatı şurasının Qaz və neft sənayesi idarəsinə rəhbərlik edib.

1960–1965-ci illərdə Ukrayna xalq təsərrüfatı şurasının Qaz və neft sənayesi idarəsinin rəisi vəzifəsində çalışıb.

1966-cı ildə Tumanovun təşəbbüsü ilə "Ukrqazprom" ixtisaslaşmış istehsalat idarəsi (sonralar birlik) yaradılıb və o, ömrünün sonunadək həmin quruma rəhbərlik edib.

Aleksandr Tumanov 1984-cü il noyabrın 29-da vəfat edib. O, Kiyevin Baykovo qəbiristanlığında dəfn olunub.

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, Aleksandr Tumanov haqqında məlumat. Aleksandr Tumanov nədir? Aleksandr Tumanov nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Fevral 27, 2026

    Çin-Tibet dilləri

  • Fevral 27, 2026

    Qremmi

  • Fevral 26, 2026

    Nebraska

  • Fevral 27, 2026

    Alagöz rayonu

  • Fevral 27, 2026

    İndore

Trend Mahnılar
  • Fevral 24, 2026

    Afshin Azari - Can Deme 2026 (Yeni Klip)

  • Fevral 17, 2026

    Zeyneb Heseni - Sevgililer Gununde 2026 (Yeni Klip) 4K

  • Fevral 17, 2026

    Selale Sesli - Gel mene addim addim Remix

  • Fevral 25, 2026

    Vefa Serifova - Sevgiye Verdim Ara 2026 (Yeni Klip) 4K

  • Fevral 25, 2026

    Alican & Baylarsoylar - Yol Ver 2026 (Official Music Video)

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst