Aleksandr Mixayloviç Mişon (1858, Xarkov — 5 iyul 1921, Samara) — fotoqraf, rejissor, ssenarist, operator, redaktor, naşir, Bakı fotoqrafiya dərnəyinin yaradıcısı, Paris milli akademiyasının fotoqraf üzvü.
| Aleksandr Mişon | |
|---|---|
| fr. Alexandre Michon | |
| |
| Doğum tarixi | 5 iyul 1858 |
| Doğum yeri |
|
| Vəfat tarixi | 5 iyul 1921 (63 yaşında) |
| Vəfat yeri |
|
| Fəaliyyəti | kinorejissor, fotoqraf, kinematoqraf |
| IMDb | ID3467289 |

Həyatı
Aleksandr Mişon Xarkov şəhərində anadan olub. Karyerasını 1883-cü ildə doğma şəhərində, Moskovskaya küçəsində və Slesarnıy dalanında yerləşən əsasını qoyduğu fotostudiyadan başlayıb. 1884-cü ildə Bakıya gələrək fotoqrafiya işləri ilə məşğul olmaq üçün razılıq almasını gözləyir. 28 iyun 1887-ci ildə Bakı Quberniyası Tarqovoy küçəsində yerləşən fotoemalatxananın açılışına icazə verir. Növbəti ilin mart ayında emalatxana "İmperial" mehmanxanasına köçürülür.
Fotoincəsənətin öyrənilməsi, elmə, arxeologiyaya, etnoqrafik materiallarda tətbiqi məqsədilə ilk dəfə olaraq, foto həvəskarlarının Bakı dərnəyinin yaradılmasının təşəbbüskarıdır. Ustava görə, orta və aşağı sinif təhsil ocaqlarında təhsil alanlar, hərbi xidmətdə olanlardan başqa hər iki cinsin nümayəndəsi fotodərnəyin üzvü ola bilərdi.
Aleksandr Mişon 1893-cü ildə çıxan Bakının illik hesabat materiallarının müəllifi, redaktoru, fotoqrafı, naşiri olub. Elə bu ildə Mişon Tarqovoyda yerləşən nəşriyyatında oxu zalının açılmasına icazə alır.
1890-cı ildə Paris Milli Akademiyasının fotoqraf-üzvü seçilən peşəkar fotoqraf Parisə səfərlərinin birində aldığı kinokamera ilə 1898-ci ildə ilk dəfə Azərbaycanda kinosüjetlər çəkməyə başladı və Azərbaycan kinematoqrafının əsasını qoydu. 1898-ci ildə Aleksandr Mişon yerli mövzuda "Bibiheybətdə neft fontanı yanğını", "İlişdin", "Qafqaz rəqsi", "Balaxanıda neft fontanı", "Şəhər bağında xalq gəzintisi" kimi bir-neçə sənədli film çəkir. Həmin il 2 avqustda xüsusi təşkil olunmuş kinoseansda tamaşaçılara bu filmlər göstərilir. Azərbaycan Respublikasının prezidentinin 2000-ci ildə verdiyi fərmana əsasən 2 avqust milli kinematoqrafiyanın yarandığı gün və "Milli kino günü" kimi qeyd edilir.
1908-ci ildə Slavyansk şəhərinə köçdükdən sonra əvəllər anasına məxsus olan fotoidarədə çalışmağa başlayır. Üç ildən sonra "Şimali Donetsk Əyaləti" qəzetini çıxarmağa icasə alır. 1912-ci ilin iyulunda bu qəzetin nəşri dayanır. 1913-cü ildən Xarkovda fotoqrafiya və sinkoqrafiya ilə məşğul olmağa başlayır və ömrünün sonunadək öz sevimli işi fotoqaflıqla məşğul olmağa davam edir. 1918-1921-ci illərdə Voronejdə işləyən və yaşayan Mişon 1921-ci il iyulun 5-i burada dünyasını dəyişir. Bu barədə o vaxtlar "Voronej Kommunası" qəzeti "Cənab Mişonun ölümü" başlığı altında məlumat dərc etmişdir.
Fotoşəkilləri
Foto №1 "Общий вид промысла на XVII группе" из альбома с широкоформатными фотографиями "Виды нефтяных промыслов торг. дома Бенкендорф и Ко" Балаханы, 1896.
Bakı. Aleksandr sahili
Bakı. Şimaldan görünüş
Bakı. Sadovaya küçəsi və liman
Bakı. Müsəlman məhəlləsi
Gəncə uyezdinin meşəbəyisinin uşaqları Anna Yakovlevna və onun qardaşı
Filmoqrafiya

- 1898-ci il avqustun 4-də Balaxanıda neft fontanı (film, 1898) (qısametrajlı sənədli film) — rejissor, operator
- Balaxanı-Sabunçu Polis İdarəsi süvari qorodovoylarının at oynatmaları (film, 1898) — rejissor, operator
- Bazar küçəsi sübh çağı (film, 1898) (qısametrajlı sənədli film) — rejissor, operator
- Bibiheybətdə neft fontanı yanğını (film, 1898) (qısametrajlı sənədli film) — rejissor, operator
- Əlahəzrət Buxara əmirinin "Veliki knyaz Aleksey" paroxodunda yolasalma mərasimi (film, 1898) (qısametrajlı sənədli film) — rejissor, operator
- İlişdin (film, 1898) (qısametrajlı bədii film) — rejossor, ssenarist, operator
- Qafqaz rəqsi (film, 1898) (qısametrajlı sənədli film) — rejissor, ssenarist, operator
- "Qafqaz və Merkuri" Cəmiyyətinə məxsus paroxodun limandan yola düşməsi (film, 1898) (qısametrajlı sənədli film) — rejissor, operator
- Qatarın dəmiryol stansiyasına daxil olması (film, 1898) (qısametrajlı sənədli film) — rejissor, operator
- Şəhər bağında xalq gəzintisi (film, 1898) (qısametrajlı sənədli film) — rejissor, operator

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, Aleksandr Mişon haqqında məlumat. Aleksandr Mişon nədir? Aleksandr Mişon nə deməkdir?
