Azərbaycanca (AZ) Azərbaycanca (AZ)Deutsch (DE) Deutsch (DE)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)සිංහල (LK) සිංහල (LK)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)中國人 (CN) 中國人 (CN)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Aksayçin (çin. 阿克賽欽, uyğ. ак сай, hind. अकसाई चिन, urdu اکسائی چن) — Hindistan, Pakistan və Çin arasında yerləşən sərhəd regionu. Region 42 685 km² əraziyə sahi

Aksayçin

  • Ana Səhifə
  • Vikipediya
  • Aksayçin

Aksayçin (çin. 阿克賽欽, uyğ. ак сай, hind. अकसाई चिन, urdu اکسائی چن) — Hindistan, Pakistan və Çin arasında yerləşən sərhəd regionu. Region 42 685 km² əraziyə sahibdir (Cammu və Kəşmir ştatının 20 % ərazisi). De-fakto ərazini Çin idarə edir. Ancaq Hindistan əraziyə iddia edir. Bu ərazi Çin və Hindistan arasında iki əsas ərazi problemindən biridir. İkinci ərazi məsələsi isə Aruanaçal-Pradeş ştatının ərazisidir.

Çin və Hindistan arasındakı sərhəd
Tarim çayı hövzəsi, 2008

Aksayçin öz növbəsində bir yüksək dağlıq ərazidir. Burada hündürlük 5 min metri keçir. Ərazi səhralıqdan ibarətdir. Coğrafi baxımından Tibet platosunun bir hissəsini təşkil edir. Ərazidə yerli əhali ilə yanaşı heç daimi yaşayışı olan məntəqə belə yoxdur. Yağıntının miqdarı olduqca azdır. Buna səbən əraziyə hava kütlələərinin daxil ola bilməməsidir.

Mündəricat

Tarix

Tarixən Aksayçin Himalay krallığı olan Ladakxın ərazisinə daxil idi. Onlar buranı XIX əsrə qədər bölgəni idarə etmişlər. 24 mart 1914-cü ildə Dehli ilə tibet arasında anlaşma ilə ərazi Britaniyanın tabeliyinə keçir. Çin Tibetin müstəqilliyini qəbul etmirdi. Bu da öz növbəsindsə 1903—1904-cü illər Britaniya-Çin müharibəsinə səbəb olur. Nəticədə Lxasa ingilislər tərəfindən işğal olunur. XIII Dalay-lama isə Monqolustana qaçmalı olur. Çin siyası dəstək üçün Rusiya imperiyasına müraciət edir. 1911-ci il inqilabından sonra isə onlar müqaviləni tanımaqdan imtina edirlər.

1962-ci il Çin-Hindistan sərdəd müharibəsinə səbəb Çinin Makmaqon xəttinə əsasən mübahisəli olan ərazilərdən yol çəkməsi olur. Hindistan bu ərazini Çinin ərazi bütövlüyü olaraq qəbul etmirdi. Tibetdən Sınsızyan-Uyğurustan ərazisinə gedən yol Aksayçindən keçirdi. Yolun böyük qismi 4000 metr yüksəklikdən keçir.

Google Earth görə lanşaft modeli

2006-cı ilin iyununda Google Earth xəritəsində Aksayçin vilayətinin modelini aşkarlayırlar. Modelin koordinatı: 38°16′ şm. e. 105°57′ ş. u.HGYOAksayçinin landşaftı ilə mənzərənin müqayisəsi əla bir bənzərliyi ortaya qoyur. Model 900 m × 700 m ölçüsündə olub tikililərə, iri yük maşınları olan anqarlara və postlara sahib bir ərazi idi. Bu ərtazinin hərbi məqsədlər üçün istifadəsi ehtimalı yüksəkdir. Bu hərbi obyektin mövcud potensialı:

- Pilotsuz uçan aparatların təlim poliqonu;

- Kimyəvi və biloji silahların dispersiya sxemlərinin öyrənilməsi;

- Tank poliqonu;

- Klimatoloji tədqiqatlar üçün inşa edilən su toplama hövzəsi.

Yerli rəhbərliyin sözlərinə görə ərazi 1998-1999-ci illərdə inşa edilən tank poliqonudur..

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, aksayçin sözünün mənası, aksayçin haqqında məlumat. aksayçin nədir? aksayçin nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Fevral 27, 2026

    Leyla Vəkilova

  • Mart 01, 2026

    I. Marqarita

  • Fevral 26, 2026

    Mamont

  • Fevral 27, 2026

    Kəllə piramidası

  • Mart 01, 2026

    Avəc şəhristanı

Trend Mahnılar
  • Fevral 21, 2026

    Lord Vertigo & Nilay Sems - Kimdir En Gozel ( Yeni 2026 )

  • Fevral 28, 2026

    Zaur Quluzade & Babek Nur - Sevgi Dolu Nifret 2026 | 4K (Official Music Video)

  • Fevral 17, 2026

    Aysun İsmayilova & Ulvi Nadiroglu - Dostlar Meni Unutmayin 2026 (Yeni Klip) 4K

  • Mart 06, 2026

    Şöhret Memmedov - Yazıq Üreyim (Official Video)

  • Fevral 25, 2026

    Damla - Anam Demişdi 2026 (Yeni Klip) 4K

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst