Azərbaycanca (AZ) Azərbaycanca (AZ)Deutsch (DE) Deutsch (DE)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)සිංහල (LK) සිංහල (LK)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)中國人 (CN) 中國人 (CN)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Akira Toriyama (鳥山 明, Toriyama Akira?, 5 aprel 1955[…] – 1 mart 2024[…], Yaponiya) – Yaponiya manqakası və personaj dizayneri. "Dr. Slump" və "Dragon Ball" manq

Akira Toriyama

  • Ana Səhifə
  • Vikipediya
  • Akira Toriyama

Akira Toriyama (鳥山 明, Toriyama Akira?, 5 aprel 1955[…] – 1 mart 2024[…], Yaponiya) – Yaponiya manqakası və personaj dizayneri. "Dr. Slump" və "Dragon Ball" manqa seriyalarının müəllifi kimi tanınır. "Dragon Quest", "Chrono Tigger" və "Blue Dragon" kimi videooyunların personaj dizayneri olmuşdur.

Akira Toriyama
yap. 鳥山 明
Doğum tarixi 5 aprel 1955(1955-04-05)[…]
Vəfat tarixi 1 mart 2024(2024-03-01)[…] (68 yaşında)
Vəfat yeri
  • Yaponiya
Həyat yoldaşı
  • Nachi Mikami[d] (1982–2024)
Komiks fəaliyyəti
Sahəsi manqaka, personaj dizayneri[d], bədii rəhbər[d], ssenarist, yazıçı, illüstrasiyaçı[d], televiziya prodüseri[d], kinorejissor
Fəaliyyət illəri 1978–2024
Əsas işləri
  • Dr. Slump[d],
  • Dragon Ball,
  • Dragon Ball Super[d],
  • Dragon Quest[d],
  • Blue Dragon[d]
Mükafatları "İncəsənət və ədəbiyyat" ordeni kavaleri — 2019
İmzası
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Mündəricat

İlk illəri

Akira Toriyama 1955-ci ildə Ayçi prefekturasının Kyosu qəsəbəsində doğulmuşdur. İbtidai məktəbdə oxuyanda sinif yoldaşının qardaşının manqa kolleksiyası onda böyük təsir buraxmışdır. Manqaya marağının yaranmasında əsas iş kimi Osamu Tezukanın "Astro Boy" manqasını göstərmişdir. İbtidai məktəbdə manqaya böyük marağı olsa da, orta məktəbdə teleserial və filmlərə yönəldiyi üçün həmin dövrdə manqadan bir az uzaqlaşmışdır.

Təhsilini bitirdikdən sonra Naqoyada bir reklam agentliyində üç il işləmişdir. Toriyama işə dərhal qəbul olunsa da, tez-tez işə gecikdiyini və dress-koda əməl etmədiyi üçün danlandığını etiraf etmişdir. Bu iş mühitindən bezən Toriyama işdən çıxmışdır.

Karyerası

İlk işləri və Dr. Slump

İşdən çıxdıqdan sonra pula ehtiyacı olan Toriyama manqa sənayesinə daxil olmuş və Kodansha nəşriyyatının "Weekly Shōnen Magazine" jurnalı tərəfindən keçirilən həvəskar müsabiqəyə işini göndərmişdir. Müsabiqə üçün zaman çatmasa da, digər şonen jurnalı "Weekly Shōnen Jump" onun işini qəbul etmişdir. Onun gələcək redaktoru Kazuhiko Torişima Toriyamanın manqasını bəyənsə də, "Ulduz müharibələri" parodiyası olduğu üçün müsabiqəyə qəbul etməmişdir. O, Toriyamaya teleqram göndərərək həvəsdən düşməməsi və işləməyə davam etməsi üçün cəsarətləndirmişdir. 1978-ci ildə Toriyamanın ilk işi olan "Wonder Island" nəşr olunmuşdur. Torişimanın ondan qadın baş qəhrəmanı olan manqa yaratmasını xahiş etməsindən sonra 1979-cu ildə "Tomato the Cutesy Gumshoe" manqasını yaratmışdır. Manqanın uğurusundan həvəslənən Toriyama qadın baş qəhrəmanı olan yeni bir manqa üzərində işləməyə qərar vermiş və "Dr. Slump" manqasını yaratmışdır.

1980–1984-cü illərdə nəşr olunmuş "Dr. Slump" Toriyamaya böyük şöhrət gətirmişdir. Manqa professor və onun super güclü kiçik robot qızı Araledən bəhs edir. Toriyama bu manqaya görə 1981-ci ildə Şoqakukan Manqa Mükafatını qazanmışdır. Həmin il manqanın anime adaptasiyasının yayımı başlamışdır. "Dr. Slump" populyar olsa da, Toriyama 6 ay sonra manqanı yekunlaşdırmaq istəmişdir. Lakin Shueisha yeni manqa seriyasına başlamadan bu manqanı yekunlaşdırmasına icazə verməmişdir.

Dragon Ball və beynəlxalq uğur

Toriyamanın kunqfu filmlərini sevdiyini görən Torişima ona kunqfu mövzusunda şonen manqası yaratmağı tövsiyə etmişdir. Bu, 1983-cü ildə "Dragon Boy" adlı ikihissəli manqanın nəşri ilə nəticələnmişdir. Bu manqa döyüş sənətlərində usta olan bir oğlanın şahzadə ilə yaşadığı macəralardan bəhs edirdi. "Dragon Boy" yaxşı rəylər almış və 1984-cü ildə "Dragon Ball" manqa serialına çevrilmişdir.

1984–1995-ci illərdə nəşr olunmuş "Dragon Ball" Yaponiyada 159,5 milyon tankobon nüsxə satmış, ən çox satılan manqa seriyalarından biri olmuş, ən populyar şonen manqalarından biri hesab olunmuşdur. Toriyama 11 illik period ərzində 519 fəsil (42 cildi) hazırlamışdır. Manqanın uğuru 5 anime adaptasiyasının çəkilməsi ilə nəticələnmişdir.

Şəxsi həyatı

2 may 1982-ci ildə Naqoyadan olan manqaka Yoşimi Kato ilə evlənmişdir. Toriyama münzəvi şəxsiyyəti ilə tanınmış və ictimaiyyət qarşısına nadir hallarda çıxmışdır. Uşaqlıqdan heyvanları çox sevdiyi üçün quş, it, pişik, balıq, kərtənkələ və böcəkləri ev heyvanı kimi saxlamışdır. Plastik modellərə böyük marağı olmuşdur. O, manqakaların imzalarını toplamaq hobbisi ilə məşğul olmuşdur.

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, akira toriyama sözünün mənası, akira toriyama haqqında məlumat. akira toriyama nədir? akira toriyama nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Mart 01, 2026

    Qaraqaya (Takab)

  • Fevral 26, 2026

    Seppuku

  • Mart 01, 2026

    Perimetr

  • Mart 03, 2026

    Horn adası

  • Mart 01, 2026

    Popkorn

Trend Mahnılar
  • Fevral 25, 2026

    Damla - Anam Demişdi 2026 (Yeni Klip) 4K

  • Fevral 21, 2026

    Uzeyir Mehdizade - Ruh Ekizim ( Official Video Clip ) 2026

  • Fevral 17, 2026

    Zeyneb Heseni - Sevgililer Gununde 2026 (Yeni Klip) 4K

  • Fevral 28, 2026

    Zaur Quluzade & Babek Nur - Sevgi Dolu Nifret 2026 | 4K (Official Music Video)

  • Fevral 17, 2026

    Zeyneb Heseni & Sedef Budaqova - Popuri 2026 (Official Video)

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst