Azərbaycanca (AZ) Azərbaycanca (AZ)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Süleymanov Akif Şamil oğlu (1951, İkinci Şıxlı, Qazax rayonu) — texnika elmləri doktoru, əməkdar müəlllim, professor, Azərbaycan Texnologiya Universitetinin rek

Akif Süleymanov

  • Ana Səhifə
  • Vikipediya
  • Akif Süleymanov

Süleymanov Akif Şamil oğlu (1951, İkinci Şıxlı, Qazax rayonu) — texnika elmləri doktoru, əməkdar müəlllim, professor, Azərbaycan Texnologiya Universitetinin rektoru çalışıb (2013–2022), bir sıra beynəlxalq sertifikatlar almışdır.

Akif Süleymanov
Şəxsi məlumatlar
Doğum tarixi 1951(1951) (74–75 yaş)
Doğum yeri
  • İkinci Şıxlı, Qazax rayonu, Azərbaycan SSR, SSRİ
Partiya
  • Yeni Azərbaycan Partiyası
Təhsili
  • Moskva Energetika İnstitutu[d]
Fəaliyyəti alim
Elmi fəaliyyəti
Elm sahəsi texnika
Elmi dərəcəsi texnika elmləri doktoru
Elmi adı
  • professor

Təltifləri Azərbaycan Respublikasının əməkdar müəllimi — 2009

Mündəricat

Həyatı

1951-ci ildə Qazax rayonunun İkinci Şıxlı kəndində fəhlə ailəsində anadan olmuşdur. Ailəlidir. 2 övlad atasıdır.

1969-cu ildə II Şıxlı orta məktəbini bitirdikdən sonra Ç.İldırım adına Azərbaycan Politexnik İnstitutunun "Avtomatika və hesablama texnikası" fakultəsinin "Elektron hesablama maşınları, kompleksləri. sistemləri və şəbəkələri" ixtisasına qəbul olmuş və 1972-ci ildə "Azərbaycandan kənarda kadr hazırlığı siyasətinə" uyğun olaraq təhsilini davam etdirmək üçün Moskva Energetika İnstitutuna oxumağa göndərilmişdir.

A.Ş.Süleymanov 1976-cı ildə Moskva Energetika İnstitutunun (MEİ) "Avtomatika və hesablama texnikası" fakültəsinin "Elektron hesablama maşınları, kompleksləri, sistemləri və şəbəkələri" ixtisasını bitirdikdən sonra respublikamıza qayıtmış və təyinatla Bakı radio zavodunda əmək fəaliyyətinə başlamışdır. Zavodda kompüter üzrə mühəndis-nizamlayıcı vəzifəsində işləmişdir.

Fəaliyyəti

A.Ş.Süleymanov 1984-cü ildə müsabiqə yolu ilə Azərbaycan Texniki Universitetinin "Hesablama texnikası" (indiki "İnformasiya texnologiyaları və proqramlaşdırma") kafedrasına assistent vəzifəsinə və 1990-cı ildə isə müsabiqə yolu ilə həmin kafedrada baş müəllim vəzifəsinə seçilmişdir. A.Ş. Süleymanov 1995-ci ildə Azərbaycan Elmlər Akademiyasının Kibernetika İnstitutunun İxtisaslaşdırılmış Elmi Şurasında "Diskret verilənlərin çoxdəfəli sıxma-açma sisteminin universal alqoritminin işlənməsi" mövzusunda 05.13.14 (İnformasiya emalı və idarə edilməsi) ixtisası üzrə namizədlik dissertasiyasını müdafiə etmişdir. O,1999-cu ildə dosent elmi adına layiq görülmüşdür. Fakültə Elmi Şurasının elmi katibi, kafedra müdirinin müavini və elmi işlər üzrə dekan müavini vəzifələrində çalışmışdır. 2001-ci ildən isə "İnformasiya texnologiyaları və proqramlaşdırma" kafedrasının müdiri vəzifəsinə seçilmişdir. A.Ş. Süleymanov həmçinin elmi-tədqiqat laboratoriyasının müdiri işləmişdir.

O, 150 elmi-metodiki işin, o cümlədən 12 dərslik və bir monoqrafiyanın müəllifidir. Onun məqalələrinin bir qismi xarici ölkələrdə dərc edilmişdir. O, Azərbaycanı bir sıra beynəlxalq konfranslarda təmsil etmişdir. 05.13.01 (Sistemli analiz, idarəetmə və informasiyanın işlənməsi) ixtisası üzrə Dissertasiya Şurasının üzvüdür və 7 dəfə elmlər namizədliyi dissertasiyalarına opponent təyin edilmişdir. Universitetdə işlədiyi müddət ərzində A.Ş.Süleymanov özünü informatika sahəsində peşəkar bir mütəxəssis və müəllim kimi tanıtmışdır. Universitet kollektivi arasında nüfuza malikdir. Universitetin ictimai həyatında fəal iştirak etmişdir. "Aftomatika və kompüter texnikası" fakültəsinin və Universitet Elmi Şurasının üzvüdür.

2000-ci ilin may ayından Yeni Azərbaycan Partiyasının üzvüdür.

Azərbaycan Respublikası Prezdentinin 14 dekabr 2009-cu il tarixli Sərəncamı ilə Azərbaycan təhsilinin inkişafındakı xidmətlərinə görə ona "Əməkdar müəllim" fəxri adı verilmişdir. 2011-ci ildə texnika elmləri doktoru alimlik dərəcəsi almışdır.

13.03.2013-cü il tarixində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sərəncamı ilə professor Akif Şamil oğlu Süleymanov Azərbaycan Texnologiya Universitetinin rektoru vəzifəsinə təyin edilib.

19 iyul 2022-ci ildə prezindetin sərəncamına əsasən Akif Süleymanov Azərbaycan Texnologiya Universitetinin rektoru vəzifəsindən azad edilib.

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, akif süleymanov sözünün mənası, akif süleymanov haqqında məlumat. akif süleymanov nədir? akif süleymanov nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Fevral 27, 2026

    Əmircan

  • Mart 02, 2026

    Qasım

  • Mart 02, 2026

    Biliklər bazası

  • Fevral 27, 2026

    Cəmilə Sultan

  • Mart 01, 2026

    T-34

Trend Mahnılar
  • Fevral 25, 2026

    Damla - Anam Demişdi 2026 (Yeni Klip) 4K

  • Fevral 21, 2026

    Uzeyir Mehdizade - Popuri 3 ( Ekskluziv )

  • Fevral 21, 2026

    Xatire İslam - Heyatima Xoş Gelmisen 2026 (Yeni Klip) 4K

  • Fevral 28, 2026

    Zaur Quluzade & Babek Nur - Sevgi Dolu Nifret 2026 | 4K (Official Music Video)

  • Fevral 24, 2026

    Afshin Azari - Can Deme 2026 (Yeni Klip)

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst