Azərbaycanca (AZ) Azərbaycanca (AZ)Deutsch (DE) Deutsch (DE)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)සිංහල (LK) සිංහල (LK)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)中國人 (CN) 中國人 (CN)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Akif Əli (22 fevral 1952, Şuşa) — Azərbaycan yazıçısı, filoloq alim, Azərbaycan Respublikası Nazirlər Kabinetinin mətbuat xidmətinin rəhbəri (1994–2019). Əməkda

Akif Əli

  • Ana Səhifə
  • Vikipediya
  • Akif Əli

Akif Əli (22 fevral 1952, Şuşa) — Azərbaycan yazıçısı, filoloq alim, Azərbaycan Respublikası Nazirlər Kabinetinin mətbuat xidmətinin rəhbəri (1994–2019). Əməkdar jurnalist, 2-ci dərəcə Dövlət müşaviri.

Akif Əli
Akif Əli oğlu Məhərrəmov
Azərbaycan Respublikası Nazirlər Kabinetinin mətbuat xidmətinin rəhbəri
Vəzifədədir
1994-2019-cu ildən
    Şəxsi məlumatlar
    Doğum tarixi 22 fevral 1952(1952-02-22) (74 yaş)
    Doğum yeri
    • Şuşa, Azərbaycan SSR, SSRİ
    Təhsili
    • Bakı Slavyan Universiteti
    Fəaliyyəti Yazıçı
    Atası Əli Məhərrəmov[d]
    Dini İslam
    Elmi fəaliyyəti
    Elm sahəsi Ədəbiyyat
    Elmi dərəcələri Filologiya elmləri üzrə fəlsəfə doktoru
    filoloq alim
    Tanınır Yazıçı
    Dövlət müşaviri.
    Təltifləri "Azərbaycan milli mətbuatının 150 illiyi (1875–2025)" yubiley medalı
    Azərbaycan Respublikasının əməkdar jurnalisti

    Mündəricat

    Həyatı

    ƏLİ Akif Əli oğlu — 22 fevral 1952-ci ildə Azərbaycanın Şuşa şəhərində doğulub.

    Atası – hüquqşünas Əli Məhərrəmov (1924–1977) uzun illər respublikanın prokurorluq və məhkəmə sistemində çalışıb, Azərbaycan Respublikası Ali Məhkəməsinin üzvü olub. Anası – Şəhla Məhərrəmova (1928–2008) evdar qadın olub.

    Akif ƏLİ Bakı ş. 16 №-li orta məktəbi (1970), M. F. Axundov adına Azərbaycan Dövlət Rus dili və Ədəbiyyatı İnstitutunu (1974), "Azərbaycanfilm" k/st nəzdində Kinoaktyorluq kurlarını (1974) və Bakı Ali Partiya Məktəbini (1989) bitirib.

    Yaradıcılıq fəaliyyəti

    Uzun illər ədəbi-bədii yaradıcılıqla məşğul olaraq, kino, radio, televiziya, elm, təhsil, mətbuat, həmçinin Dövlət qulluğu sahələrində işləyib. İlk əmək fəaliyyətinə "Azərbaycanfilm"də dahi sənətkar Rəşid Behbudovun iştirakı ilə çəkilən "1001-ci qastrol" filmində rejissor assistenti kimi başlayıb.

    Sonra kinoaktyor kimi bədii filmlərdə baş rollara dəvət olunaraq, kinoda yaddaqalan obrazlar yaradıb: Rüstəm — "Uzun müharibədə qısa görüşlər" ("Tacikfilm" — "Lenfilm"), Tapdıq — "Tütək səsi", Fazil müəllim — "Arxadan vurulan zərbə", Məmməd — "Əgər biz biryerdəyiksə" ("Azərbaycanfilm"); və b. (1974–78)

    1978-ci ildə Azərbaycan Dövlət Tele-Radio Verilişləri Komitəsində daimi işə keçərək 1987-ci ilə kimi burada çalışıb:

    Radionun "Satira və yumor" şöbəsinin müdiri vəzifəsində işləyərkən (1981–83) bir sıra populyar radio proqramlarının ("Sabahınız xeyir" əyləncəli proqram, "Molla Nəsrəddin" satirik radiojurnalı, "Gülüş axşamı" və s.);

    Televiziyanın "Gənclər üçün proqramlar Baş redaksiyası"nın Baş redaktoru vəzifəsində işləyərkən isə (1983–1987) bir çox populyar tele-proqramların ("Zəriflik" İncəsənət toplusu, "Aygün" Qızlar üçün proqram, "7 sual, 7 cavab" Tele-viktorinası, "İdrak" Elmi-kütləvi proqram, "Tələbə dünyası", "Teleteatrda gənclər gecəsi", Çay, çay, çay" Əyləncəli proqramı, "Mənəvi dünyamız", "Gənclik" Televiziya jurnalı, "Çinar" Ədəbi almanaxı və s.) — yaradıcısı, müəllifi, yaxud redaktoru olub.

    Son illər Azərbaycan Televiziyasının "Mədəniyyət" kanalında "Zaman və Məkan" Kulturoloji proqramın və İctimai Televiziyada xaricdə yaşayan soydaşlarımıza ünvanlanan "Vətənin Səsi" verilişinin Müəllifi və Aparıcısı olub (2011–2018).

    Azərbaycan Jurnalistlər Birliyinin (1981), Azərbaycan Professional Kinorejissorlar Gildiyasının (2009) və Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqının (2001) üzvü, "Qızıl qələm" mükafatı laureatıdır.

    Eyni zamanda elmi-pedaqoji fəaliyyətlə məşğul olaraq, Azərbaycan EA Ədəbiyyat institutunda "Mirzə Ələkbər Sabirin satira sənətkarlığı" mövzusunda dissertasiya müdafiə edərək Filologiya üzrə Fəlsəfə Doktoru elmi dərəcəsi alıb (1988). Dosentdir (2000).

    Bakı Sosial İdarəetmə və Politologiya institutunda (indiki Dövlət İdarəçilik Akademiyası) Kulturologiya kafedrasının müdiri vəzifəsində (1992–1994) çalışıb. Ali məktəbdə "Dünya mədəniyyətinin tarixi və nəzəriyyəsi", "Azərbaycan mədəniyyətinin tarixi", "İnformasiya təhlükəsizliyi" kurslarından dərs deyib. Dosentdir (2000).

    Siyasi fəaliyyəti

    Ölkənin ağır keçid dövründə respublikada ilk müstəqil demokratik mətbu orqanlardan olan və daim azadlıq, müstəqillik xəttinə ideoloji dəstək verən "Vətən səsi" qəzetinin qurucularından biri kimi onun yaradılmasında bilavasitə iştirak edib və 1991–93-cü illətdə həmin qəzetin Baş redaktoru olub.

    1994-cü il oktyabrın 10-da Ulu öndər Heydər Əliyevin xeyir-duası ilə Azərbaycan Respublikası Nazirlər Kabinetinin Mətbuat xidmətinin rəhbəri vəzifəsinə təyin edilib. 25 il bu vəzifədə çalışaraq, Dövlətin informasiya siyasətinin həyata keçirilməsində fəal iştirak edib. Azərbaycan nümayəndə heyətinin tərkibində dəfələrlə müxtəlif xarici ölkələrdə rəsmi səfərlərdə olub. 2019-cu il martın 19-da elmi-ədəbi yaradıcılıqla məşğul olmaq üçün, öz istəyi ilə ərizə yazaraq təqaüdə çıxıb.

    Mükafatları

    Azərbaycan Prezidentinin müvafiq Sərəncamları ilə 2-ci dərəcə Dövlət müşaviri rütbəsinə (2012), "Dövlət qulluğunda fərqlənməyə görə" medalına (2013) və "Əməkdar Jurnalist" fəxri adına layiq görülüb (2015).

    Əsərləri

    Respublika mətbuatında azadlıq, müstəqillik və demokratiya uğrunda mübarizələr, Qarabağ həqiqətləri, Ermənistanın Azərbaycana hərbi təcavüzü, qaçqın və məcburi köçkün soydaşların qayğıları, elm, təhsil, maarif, mədəniyyət problemləri və digər aktual mövzularda yüzlərlə elmi-publisistik məqalənin;

    Çoxlu sayda kino-tele-radio ssenarilərin və nəsr əsərlərinin;

    18 kitabın, o cümlədən, mədəni həyatın önəmli hadisəsi kimi dəyərləndirilən dahi Atatürk və Heydər Əliyevə həsr olunmuş "Böyük ömrün anları" kitabının ("Gözəlliyin qədrini bilək"- 1984; "Azərbaycanın müasir kinoaktyorları"- 1984 ; "Unudulmaz yollar"- 1985 ; "Məhəbbət təranələri"- 1989; "Qaragöz oyunu" — 1999 ; "M. Ə. Sabirin satira sənətkarlığı" — 1999; "Öncə — Vətəndir" — 2003, "Böyük ömrün anları"- 2004, "İdrak" – 2007, "Vətən mücadiləsi"-2011, "Azman" – 2013, "Yaradan" — 2019 və s.);

    "Mozalan" satirik kino-jurnalı üçün ssenarilərin ("Zərbə"- № 79, 1983; "Üzr istəyirəm"- № 99, 1985; "Tərsinə" — № 121, 1987; "Mükafat"- № 123, 1988; "Qonşular"- № 132, 1989; "Kreslo"- № 144, 1989; "Müavin"- № 144, 1989; "Hacı Qara"- № 172, 1998);

    Tərcümə əsərlərinin (A. Gertsen — "Olmuşlar, düşüncələr", A. P. Çexov – Hekayələr, V. Mayakovski — "Taxtabiti", M. Zoşşenko — "Nəhs gün", J/B. Molyer — "Meşşanın zadəganlığı", A. Çexov — "Hekayələr", Qrimm qardaşları — "Bremen musiqiçiləri", M. Takaxasi (Yaponiya) – "Kəpənək mövsümü", A. Soljenitsın — "Matryonanın ocağı", Mayk Gelprin (ABŞ) — "Şam yanırdı və s.) müəllifidir.

    Vəzifələri

    1978–1987-ci illərdə Azərbaycan Dövlət Televiziya və Radio Verilişləri Komitəsində müxtəlif vəzifələrdə çalışıb. Radionun "Satira və yumor" şöbəsində kiçik redaktor, redaktor və şöbə müdiri (1978–83), Televiziyanın Gənclər üçün proqramlar Baş redaksiyasının Baş redaktoru (1983–87) olub.

    1991–1993-cü illərdə "Vətən səsi" qəzetinin baş redaktoru vəzifəsində çalışıb.

    Bakı Sosial İdarəetmə və Politologiya İnstitutunda (indiki Dövlət İdarəçilik Akademiyası) baş müəllim, dosent və Mədəniyyətşünaslıq kafedrasının müdiri (1992–1994) işləyib.

    1994–2019-cu illərdə Azərbaycan Respublikası Nazirlər Kabinetinin Mətbuat xidmətinin rəhbəri vəzifəsində çalışıb.

    Ailəlidir, iki övladı var.

    Filmoqrafiya

    1. Uzun müharibədə qısa görüşlər (1974-75)
    2. Tütək səsi (film, 1975)
    3. Əgər bir yerdəyiksə (film, 1975)
    4. Arxadan vurulan zərbə (film, 1977)

    vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, akif əli sözünün mənası, akif əli haqqında məlumat. akif əli nədir? akif əli nə deməkdir?

    ←Növbəti YazıƏvvəlki Yazı→
    Ən Oxunanlar - Vikipediya
    • Mart 06, 2026

      Madhyamaka

    • Mart 06, 2026

      Ələmdar-Gərgər

    • Fevral 27, 2026

      Zakir İbrahimov

    • Fevral 27, 2026

      Efir (mifologiya)

    • Mart 01, 2026

      Aharon Katsir

    Trend Mahnılar
    • Fevral 24, 2026

      Qurban Qurbanzade - Meni Gel Apar Burdan ( Ai Seymur Memmedov Ürəyim )

    • Fevral 21, 2026

      Bayram Kürdəxanlı & Sona - Meclisimiz Xudmanidi İçmirsən

    • Fevral 17, 2026

      Xumar Qedimova - Dünya

    • Mart 04, 2026

      Javid Amir — Sənə Nə (Rəsmi Musiqi Videosu)

    • Fevral 21, 2026

      Uzeyir Mehdizade - Popuri 3 ( Ekskluziv )

    Studia

    • Vikipediya
    • Musiqi

    Xəbər Bülleteni Abunəliyi

    Əlaqə Saxlayın
    Bizimlə Əlaqə
    © 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
    Müəllif hüquqları: Dadash Mammadov
    Üst