Azərbaycanca (AZ) Azərbaycanca (AZ)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Ahəng qanunu — qalın və ya incə saitlərin bir-birini izləməsi. Ahəng qanunu çox sayda Aqqlütinativ dillərində müşahidə olunur. Azərbaycan dilindəki bütün sözlər

Ahəng qanunu

  • Ana Səhifə
  • Vikipediya
  • Ahəng qanunu

Ahəng qanunu — qalın və ya incə saitlərin bir-birini izləməsi. Ahəng qanunu çox sayda Aqqlütinativ dillərində müşahidə olunur. Azərbaycan dilindəki bütün sözlər ahəng qanununa tabedir istisnalar (ildırım, işıq və s.).

Mündəricat

Nümunələr

Türk dilləri

Ahəng qanunu bütün türk dillərinin dəmir qanunu adlandırılır. Əksərən bu qanunu türk dillərinin "dəmir qanunu" adlandırırlar. Bu qanuna görə, sözün ilk hecası incə saitlidirsə, sonrakı saitlər də incə, qalın saitlidirsə, sonrakı saitlər də qalın sait olmalıdır. Ahəng qanunu fonetikanın mövzusu olduğu kimi, həm də morfoloji xüsusiyyət daşıyır. Hər hansısa bir sözə şəkilçi qoşulduqda həmin sözün son hecasına uyğun olaraq qoşulur; sözün son şəkilçisi incə saitlidirsə, ona uyğun olaraq incə (köynək-dən²) saitli, son şəkilçi qalın saitlidirsə, uyğun olaraq qalın (yağmur-dan²) saitli şəkilçi əlavə edilir. Yəni sözə şəkilçi əlavə edildikdə mütləq son saitin ahəngi qorunmalıdır. (İstisna olaraq bir cür yazılan şəkilçilərimiz bəzən ahəng qanununa tabe olmaya bilər, məsələn;xalam-gil, vətən-daş, dəftər-xana). Bu xüsusiyyətinə görə ahəng qanunu həmçinin morfonoloji hadisə də adlanır.

Ahəng qanununa görə şəkilçilər 2 yerə bölünür:

Alınma sözlər əsasən ahəng qanununa tabe olmur. Lakin ərəb mənşəli sözlər bəzən ahəng qanununa tabe olur. Ahəng qanununun pozulduğu sözlər milli sözlərimiz deyil. Amma bunlar istisnadır: elat, ilan, işartı, ilıq ,ilxı, ildırım, tikan, islaq, islanmaq, işıq, işıldamaq, inam, inan, inanc, sanki, gedişat, quzey və s. Milli mürəkkəb sözlərimiz ahəng qanununa tabe olmaya bilər. Məsələn: Aygün, Elnur, taxtabiti, dəvədabanı və s.

Ahəng qanununun 3 növü var.

  1. Saitlər ahəngi
  2. Samitlər ahəngi
  3. Saitlərlə samitlərin ahəngi

Saitlər ahəngi də dilə və dodağa görə iki növü var:

  1. Dil ahəngi
  2. Dodaq ahəngi

Dilə görə fərqlənən saitlər də iki cür olur:

  1. Arxa sıra ahəngi (qalın saitlər)
  2. Ön sıra ahəngi (incə saitlər)

Koreya dili

Koreya dilində saitlərin üç növü var: müsbət (işıq), mənfi (qaranlıq) və neytral (orta). Orta Koreya dilində (XI-XVI əsrlər) ahəng qanuna çox sərt şəkildə riayət edilirdi, lakin müasir Koreya dilində o dərəcədə sərt işlənmir.

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, Ahəng qanunu haqqında məlumat. Ahəng qanunu nədir? Ahəng qanunu nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Fevral 27, 2026

    Malus coronaria

  • Fevral 27, 2026

    Azarol yemişan

  • Fevral 27, 2026

    Maya

  • Fevral 27, 2026

    Yuli Qusman

  • Fevral 23, 2026

    28 avqust

Trend Mahnılar
  • Fevral 17, 2026

    Xumar Qedimova - Dünya

  • Fevral 24, 2026

    Qurban Qurbanzade - Meni Gel Apar Burdan ( Ai Seymur Memmedov Ürəyim )

  • Fevral 17, 2026

    Selale Sesli - Gel mene addim addim Remix

  • Fevral 22, 2026

    Qurban Qurbanzade - Meni Gel Apar Burdan ( Ai Seymur Memmedov )

  • Fevral 21, 2026

    Uzeyir Mehdizade - Popuri 3 ( Ekskluziv )

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst