Afət Telmanqızı— LAF TV-nin həmtəsisçisi (2020-ci ildən), 2024-cü ildə Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidmətinin ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri vəzifəsinə təyin olunub. Telejurnalist, Azərbaycan Respublikasının əməkdar jurnalisti.
| Afət Telmanqızı | |
|---|---|
| Afət Telman qızı | |
| Doğum tarixi | |
| Doğum yeri | Bakı, Azərbaycan |
| Vətəndaşlığı | Azərbaycan |
| Milliyyəti | Azərbaycanlı |
| İxtisası | Jurnalist |
| Təhsili | Bakı Dövlət Universiteti Jurnalistika fakültəsi |
| Fəaliyyəti | Jurnalist |
| Fəaliyyət illəri | 1997 |
| Elmi dərəcəsi | Magistr |
| Tanınır | Telejurnalist |
| Mükafatları | Azərbaycan Respublikasının əməkdar jurnalisti (2019) "Azərbaycan milli mətbuatının 150 illiyi (1875-2025)" yubiley medalı ( 2025) |
Həyatı
Məhərrəmova Afət Telman qızı 7 noyabr, 1975-ci ildə Bakı şəhərində anadan olub. Bakıda İlqar Əbülhəsənov adına 42 saylı orta məktəbi bitirib.1997-ci ildə Bakı Dövlət Universitetinin Jurnalistika fakültəsinin bakalavr, 2000-ci ildə isə magistr pilləsini bitirib.Ali məktəbdə oxuduğu illərdə- 1993–1997-ci illərdə "Səhər" qəzetində", "Müxalifət", "Millət" qəzetlərində, AZTV-də təcrübə keçib. 1997-ci ildən rəsmi əmək fəaliyyətinə başlayıb. İlk iş yeri " Hürriyyət" qəzeti olub.2000-ci illərdə " Yeni Müsavat" qəzetində müxbir kimi çalışıb. 2001-ci ildən isə ANS TV-də redaktor, sonra Xəbərlər Departamentinin baş redaktoru olub. "Xəbərçi", "Nəzər nöqtəsi", "Açıq söhbət" verilişlərinin aparıcısı olub. İlk dəfə ANS- də müstəqilliyin bərpa tarixinə həsr olunmuş "Var dövlətimiz Azərbaycan" sənədli fìlminin müəllifi olub. Sonralar bir neçə fìlmlərin müəllifì olub. "Hazırcavab oğlan", " Qaraçılar", " Dünyanın qan damarı", " Zamanın yarası", " Zəfər zəngi" və ümumilikdə 50-dən çox sənədli filmin müəllifì olub. 1 ay ABŞ-da təcrübə keçib. Bir neçə xarici ölkədə səfərdə olub, reportajlar hazırlayıb. ANS TV fəaliyyətini dayandırdıqdan sonra Space TV-də Xəbərlər Departamentinin baş redaktoru olub. Real TV-də şef redaktor və Real İntervyu verlişinin aparıcısı olub. 2020-ci il, fevralın 9-u MM- ə keçirilən seçkilərdə iştirak edib. Elə həmin il Real TV-dən ayrılıb. 2020-ci il mayın 28-i tarixində həmkarı Ləman Ələşrəfqızı ilə birgə LAF TV-ni təsis edib.2024-cü ildə Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidmətinin ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri vəzifəsinə təyin olunub
Mükafatları
2019-cu il 6 noyabr tarixində Azərbaycan Respublikasında televiziya və radio sahəsinin inkişafında xidmətlərinə görə Prezident İlham Əliyevin sərəncamı ilə əməkdar jurnalist fəxri adına layiq görülüb. 2025-ci il dekabrın 24-də Azərbaycan Respublikası Prezidentinin müvafiq Fərmanı ilə təsis edilmiş "Azərbaycan milli mətbuatının 150 illiyi" Azərbaycan Respublikasının yubiley medalı ilə təltif edilib.
vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, afət telmanqızı sözünün mənası, afət telmanqızı haqqında məlumat. afət telmanqızı nədir? afət telmanqızı nə deməkdir?