Azərbaycanca (AZ) Azərbaycanca (AZ)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Bahar xoruzgülü (lat. Adonis vernalis) — bitkilər aləminin qaymaqçiçəklilər dəstəsinin qaymaqçiçəyikimilər fəsiləsinin xoruzgülü cinsinə aid bitki növü.

Adonis vernalis

  • Ana Səhifə
  • Vikipediya
  • Adonis vernalis

Bahar xoruzgülü (lat. Adonis vernalis) — bitkilər aləminin qaymaqçiçəklilər dəstəsinin qaymaqçiçəyikimilər fəsiləsinin xoruzgülü cinsinə aid bitki növü.

Bahar xoruzgülü
Elmi təsnifat
Domen:
Eukariotlar
Klad:
Diaphoretickes
Ranqsız:
Arxeplastidlər
Aləm:
Bitkilər
Klad:
Streptofitlər
Klad:
Ali bitkilər
Klad:
Çoxsporlu bitkilər
Klad:
Borulu bitkilər
Klad:
Toxumlu bitkilər
Klad:
Çiçəkli bitkilər
Klad:
Evdikotlar
Dəstə:
Qaymaqçiçəklilər
Fəsilə:
Qaymaqçiçəyikimilər
Yarımfəsilə:
Qaymaqçiçəyikimilər
Triba:
Xoruzgülükimilər
Cins:
Xoruzgülü
Növ:
Bahar xoruzgülü
Beynəlxalq elmi adı
  • Adonis vernalis L., 1753
Vikianbarın loqotipi
Şəkil
axtarışı
ITIS  18727
NCBI  46985
EOL  595629

Mündəricat

Botaniki xarakteristikası

Çoxillik ot bitkisidir. Kökümsovları qısa, tünd-qəhvəyi olub, sıxtükcüklü kökləri vardır. Gövdəsinin hündürlüyü 20-50 sm, budaqlanan, bəzən sadə, yan budaqları əsas gövdədən inkişaf edir. Gövdənin aşağı hissəsində qoltuq tumurcuqlarının pulcuqları vardır. Gövdənin yuxarı hissəsində oturaq yaşıl yarpaqlar, güclü şaqqalanmış çox kiçik (1 mm-ə qədər) yarpaqcıqları vardır. Gövdəsinin qurtaracağında iri çiçəkləri (diametri 2-7 sm) vardır. Kasayarpağı 5, yaşıl, bəzən çəhrayı və ya qəhvəyi çalarlı olmaqla, azacıq tükcüklüdür. Birtoxumlu mürəkkəb meyvələrdən ibarətdər. Gövdənin yuxarı hissəsindəki meyvələri tor qişadan ibarətdir. Yetişmiş meyvələri qonur və ya sarımtıl-yaşıl rəngli, yüngül olub, ətrafa səpələnəndir. Yazda çiçəkləyir. Çiçəkləmə zamanı bitkinin gövdə və yarpaqları inkişaf etdikcə, yan budaqları getdikcə saralaraq quruyur.

İşıqlı enliyarpaq meşələrdə, talalarda, kolluqlarda, dərə və dağlıq yerlərdə, çəmənliklərdə, çöllük ərazilərdə yaşayır.

Xammalı çiçəkləmə fazasının sonunda və meyvələri yetişən zaman toplanılır. Gövdəsi yuxarıdan qəhvəyi pulcuqları olan yerdən (5-10 sm yuxarı hissədən) oraq, bıçaq və digər vasitələrlə kəsilir. Gövdələr səbir və təmkinlə kəsilməlidir. Bitkinin toplanıldığı ərazilərdən məhsulun təkrar toplanılması 4 ildən bir aparıla bilər. Xammalın qurudulması sürlətli olmaqla, 55-60оС temperaturda aparılmalıdır. Quru yerdə saxlanılmaqla, işıqdan mühafizə edilməli, temperatur 15ºС-də rütubət 30-50%-dən yüksək olmamaqla, B siyahısında saxlanılır. Tərkibindəki bioloji aktiv maddələr hər il yoxlanılmalıdır.  Çiçəklərini tədarük edən zaman çiçəkqrupları və çiçəkləri fırça ilə birlikdə 3 sm ölçüdə kəsilir. Düzgün istismar üçün toplandıqdan 3-4 ildən sonra təkrar toplamaq lazımdır. Qurudulma zamanı xammalın bioloji aktivliyi azalır. Xammal nazik qatlı kəsilməli (1sm), işlənməli, daha xirdalanmanın qarşısı alınmalıdır. Xammalın qurudulması 55-60оС temperaturda aparılmalıdır.

Tərkibi və təsiri

Bitkinin tərkibində 0,6-0,7% 20 qədər ürək qlükozidləri - başlıca olaraq konvallotoksin, konvallozid, konvallazid təşkil edir. Bundan başqa çiçəklərin tərkibində digər ürək qlükozidləri olan farnezol və likopin, flavonoidlər və kumarin vardır. Bitkinin bütün orqanlarında ürək qlükozidləri vardır.

Kardiotonik  dərmandır. Yerüstü hissələri və çiçəkləri zəhərlidir! Tərkibi saponinlər (5-10%), efir yağı, flavonoidlər, silikat turşusu, aşı maddələr və fenol qlükozidlərindən (primulaverozid və primverozid) ibarətdir.

Bitkinin cövhəri apteklərdə hazırlanır. Bextereyev miksturasının tərkibinə daxildir. Kardiotonik  dərmandır.

Bitkinin ekstraktı, həb və dəmləməsi işlədilir. Kardiotonik  dərmandır.

Adonizid damcısı (təmizlənmiş ekstrakt). Kardiotonik  dərmandır.

Adonizid quru həb 0,00075q (təmizlənmiş ekstrakt). Kardiotonik  dərmandır.

Adonis-brom həb, (ekstrakt komponenti). Kardiotonik  və sedativ dərmandır.

Adonizid kompleks preparat (Kardioviolen – inciçiçəyi, valerian və adonizid)

Tərkibi çoxlu miqdarda askorbin turşusundan ibarət olduğu üçün yazda salat kimi qəbul edilir. Qurumuş bitkisindən qripp, angina, bronxit, pollinoz və rinosinusitlərin müalicəsində istifadə edilir. Bahar xoruzgülünün zəif sedativ və yuxugətirici xüsusiyyətinə görə miqren, nevroz və zəiflik hallarında istifadə edilir. Kökləri yaxşı öskürəkkəsici maddədir. Tərkibindəki saponinlər xüsusən quru öskürəyi kəsmək üçün çox faydalıdır. Ürək döyünməni azaldaraq ürək və ağciyərin qanla təchizini yaxşılaşdırır. Tərkibinə bu bitkidən başqa əməköməci daxil etdikdə soyuqdəymə və öskürək hallarında işlətmək məqsədəuyğun sayılır. Ürək qan dövranını təchizini yaxşılaşdırır və ürəkdöyünməni azaldır. Qalxanabənzər vəzinin hiperfunksiyasını normallaşdırır. Böyrək və sidik yollarının daş və qumlarını (konkriment) təmizləyir. Gündə 2-3 dəfə hər dəfə 5-10 damcı, güclü tutmalarda isə 20 damcı qəbul etmək olar. Yüksək dozada və ya uzun müddət qəbulu təngnəfəslik və qusma verir. Qalen preparatlarına daxildir.

2 çay qaşığı 250,0 qaynanmış suda 10 dəqiqə həll edərək isti halda bal ilə qəbul etmək lazımdır. 2-3 xörək qaşığı bitkini 0,5 l qaynar suda dəmləyərək (termosda), içmək lazımdır (sutqalıq doza).

Xalq təbabətində miqren, nevralgiya, podaqra, revmatizmdə işlədilir.

Əks göstəriş - Yoxdur.

Sinonimləri

Homotipik sinonimləri

  • Adonanthe vernalis (L.) Spach
  • Adoniastrum vernale (L.) Schur
  • Chrysocyathus vernalis (L.) Holub

Heterotipik sinonimləri

  • Adonis dahurica Ledeb. ex Rchb.
  • Adonis helleborus Crantz
  • Adonis parviflora Janka ex Nyman
  • Adonis pratensis Ledeb.
  • Adonis vernalis var. acutiflora Wallr.
  • Adonis vernalis f. adulta Wallr.
  • Adonis vernalis var. alpina Schur
  • Adonis vernalis var. anemoniflora Wallr.
  • Adonis vernalis var. bipinnatifida Regel & Herder
  • Adonis vernalis var. grandiflora Wallr.
  • Adonis vernalis f. mentzeliana DC. ex Wallr.
  • Adonis vernalis var. parviflora Wallr.
  • Adonis vernalis var. serotina Wallr.
  • Anemone consiligo Baill.

Həmçinin bax

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, Adonis vernalis haqqında məlumat. Adonis vernalis nədir? Adonis vernalis nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Fevral 23, 2026

    30 yanvar

  • Fevral 27, 2026

    Panteon-Assas Universiteti

  • Fevral 27, 2026

    Betula alleghaniensis

  • Fevral 27, 2026

    Torki

  • Fevral 27, 2026

    Ali məktəb

Trend Mahnılar
  • Fevral 22, 2026

    Qurban Qurbanzade - Meni Gel Apar Burdan ( Ai Seymur Memmedov )

  • Fevral 17, 2026

    Xumar Qedimova - Dünya

  • Fevral 17, 2026

    İsmail Zade — Bir Adam (Rəsmi Audio)

  • Fevral 17, 2026

    Zeyneb Heseni & Sedef Budaqova - Popuri 2026 (Official Video)

  • Fevral 21, 2026

    Uzeyir Mehdizade - Popuri 3 ( Ekskluziv )

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst