Azərbaycanca (AZ) Azərbaycanca (AZ)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Adil şah və ya Əliqulu xan (1719, Xorasan – 20 may 1749, Məşhəd, Xorasan) — Əfşarlar sülaləsindən olan 2-ci Azərbaycan, İran və Xorasan şahı (1747–1748).

Adil şah

  • Ana Səhifə
  • Vikipediya
  • Adil şah

Adil şah və ya Əliqulu xan (1719, Xorasan – 20 may 1749, Məşhəd, Xorasan) — Əfşarlar sülaləsindən olan 2-ci Azərbaycan, İran və Xorasan şahı (1747–1748).

Adil şah Əfşar
Əliqulu xan
fars. عادل شاه افشار‎
Adil şahın portreti
Adil şahın portreti
Əfşarlar imperiyasının II şahənşahı
1747 – 1748
ƏvvəlkiNadir şah Əfşar
Sonrakıİbrahim şah Əfşar
Şəxsi məlumatlar
Doğum tarixi 1719
Doğum yeri Xorasan, Səfəvilər dövləti
Vəfat tarixi 20 may 1749 (29–30 yaşında)
Vəfat yeri Məşhəd, Əfşarlar dövləti
Dəfn yeri Məşhəd
Fəaliyyəti rəhbər, monarx
Atası İbrahim xan Əfşar
Həyat yoldaşı 4 xanım
Uşağı 7 uşaq
Ailəsi Əfşarlar sülaləsi
Dini Şiə (İslam)
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Mündəricat

İlk Həyatı

Əliqulu xan İbrahim xan oğlu 1719-cu ildə Xorasan əyalətinin Əbivərd ətrafında doğulmuşdu. Əmisi Nadir şaha xidmət etmişdi. Əliqulu xan əmisinin səfərlərində iştirak etmişdi. Mosul ətrafında yaşayanlar üsyan etdikdə cəza dəstəsinə başçılıq etmişdi. Üsyançıları darmadağın edib xeyli qənimət ələ keçirmişdi. Əliqulu xan yezidi-kürdlərin qiyamını yatırmışdı. Başçıları Yezidi döyüş meydanında öldürmüş, Əsa isə Nadirqulu xanın yanına gəlib itaətini bildirmişdi. Əliqulu xan Rzaqulu mirzədən sonra Xorasanın hakimi təyin edilmişdi. Əliqulu xan 1745-ci ilin may ayında Nadir şahın göstərişi ilə Xivəyə yürüş etmişdi. Əliqulu xan 1746-cı ilin noyabrın 10-da Sarı xan, Allahvеrdi xan və Şahqulu xanla birlikdə Xarəzmə, qiyamçı yomutların üstünə getmişdi. Onlar qiyamı yatırmışdılar.

Şahlıq dönəmi

Əliqulu xan əmisi Nadir şahın öldürülməsindən sonra 1747-ci il iyun ayının 6-da Adil şah adı ilə Əfşarlar imperiyasının şahlıq taxtında əyləşmişdir. O, Əmiraslan xanı Qafqaz və Azərbaycanın hökmranı etmişdi.

Qarabağ xanı Pənahəli xanın müstəqil dövlət quruculuğu sahəsindəki fəaliyyəti onun rəsmən tanınması ilə nəticələndi. Mirzə Camal Cavanşir Qarabaği yazır: "Müsəlman tarixi ilə 1161, xristian tarixi ilə 1745-ci (1748-ci il olmalıdır) ildə Adil şahın Pənahəli xana xan adı verilməsi və Qarabağ hakimliyi vəzifəsinə təyin edilməsi haqqında imzaladığı fərman qiymətli xələt, qızıl yəhərli at və daş-qaşla bəzənmiş qılıncla birliksə Sərdar Əmiraslanın yaxın adamı vasitəsilə o zaman yaşadıqları Bayat qalasına gəlib çatdı". Adil şahın fərmanı gecikmiş bir kağız parçası idi. Gerçək "hakimlik" şah fərmanından öncə, ondan asılı olmadan qazanılmlşdı.

Son illəri

O əsnada Əfşarlar imperiyasının qərbindəki mövqeini təsbit edən İbrahim Mirzə, iqtidardakı qardaşına (Əliqulu xan) qarşı üsyan qaldırdı. Adil şahın ən sevdiyi Söhrab xanı öldürdü və 1748-ci ilin iyununda, İbrahim Mirzə, Azərbaycanın sərdarı olan Əmiraslan xanla qüvvələrini birləşdirib birlikdə Adil şaha qarşı yürüşə keçdi.

Adil şah, sayı olaraq çox üstün bir ordunun başında, üsyançı qüvvələrin birləşməsinin qarşısını almaq üçün Gilana ilərlədi, lakin bir çox komandirinin itaətsizliyi sonucunda, ağır məğlub oldu. Adil şah Tehrana qaçdı, ancaq yerli bir qubernator Adili tutub gözlərini kor etmiş İbrahim Mirzəyə təslim etdi. Altı aydan sonra, İbrahim Mirzə şah elan edildi, lakin Nadirin sağ qalan nəvəsi Şahrox Mirzəni taxta gətirilməsi ilə İbrahim Mirzənin hakimiyyəti tez bir zamanda sonlandı. İbrahim Mirzə kor oldu və tezliklə öldü, Adil isə zəncirli halda Məşhəd şəhərinə göndərildi və orada işgəncə verildi.

Ailəsi

Əliqulu xan (Adil şah) Gürcüstan valisi Teymurun qızı Ketvanla ailə qurmuşdu.

Həmçinin bax

  • Nadir şah
  • Avşar eli
  • Avşarlar sülaləsi

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, Adil şah haqqında məlumat. Adil şah nədir? Adil şah nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Fevral 27, 2026

    Limfa düyünləri

  • Fevral 27, 2026

    Cənubi Osetiya

  • Fevral 27, 2026

    Süd Yolu

  • Fevral 23, 2026

    Qətər

  • Fevral 27, 2026

    Disneyland

Trend Mahnılar
  • Fevral 17, 2026

    Selale Sesli - Gel mene addim addim Remix

  • Fevral 21, 2026

    Bayram Kürdəxanlı & Sona - Meclisimiz Xudmanidi İçmirsən

  • Fevral 25, 2026

    Damla - Anam Demişdi 2026 (Yeni Klip) 4K

  • Fevral 25, 2026

    Alican & Baylarsoylar - Yol Ver 2026 (Official Music Video)

  • Fevral 21, 2026

    Uzeyir Mehdizade - Popuri 3 ( Ekskluziv )

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst