Adi meşəgilası (lat. Prunus padus) — bitkilər aləminin gülçiçəklilər dəstəsinin gülçiçəyikimilər fəsiləsinin gavalı cinsinə aid bitki növü.
| Adi meşəgilası | ||||||||||
|---|---|---|---|---|---|---|---|---|---|---|
| ||||||||||
| Elmi təsnifat | ||||||||||
| Domen: Klad: Ranqsız: Aləm: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Dəstə: Fəsilə: Yarımfəsilə: Triba: Amygdaleae Cins: Növ: Adi meşəgilası | ||||||||||
| Beynəlxalq elmi adı | ||||||||||
| ||||||||||
| ||||||||||
Arealı
Rusiya, Qazaxıstan, Qırğızıstan, Türkiyə, Çin, Koreya, Yaponiya və Monqolustanda təbii arealları vardır.
Azərbaycanda yayılması
Orta və yuxarı dağ qurşaqlarında (Laçın, Ağdərə, Naxçıvan MR) nadir hallarda rast gəlinir.
Botaniki xarakteristikası
Adi meşə gilası təbiətdə hündürlüyü 6–7 m-ə qədər olan ağacdır. Bitkinin qabığı qaramtıl boz rəngdə olur. Cavan zoğları qırmızımtıl rəngdədir. Yarpaqları uzunsov ellipsşəkillidir, ucu sivri, kənarları mişardişlidir. Üst tərəfi tünd, alt tərəfi isə bozumtul-göy rəngdədir, tez tökülür. Çiçəkləri salxımşəkillidir. Ləçəkləri ağdır. Meyvələri qara rənglidir. Toxumu yumurtaşəkilli, üzərində parıldayan nöqtələr vardır. Aprel ayında çiçək açır, iyun iyul ayında meyvəsi yetişir.
Statusu
Azərbaycanda nadir və nəsli kəsilmək təhlükəsində olan bitki növüdür. CR A2abc;C1.
Bitdiyi yer
Aşağı və orta dağ qurşaqlarında quru bozqırlaşmış daşlıqayalı yamaclarda yayılmışdır.
Təbii ehtiyatı
Azərbaycanda dar bir arealı vardır.
Çoxalması
Təbiətdə generativ yolla çoxalır.
Təbii ehtiyatının dəyişməsi səbəbləri
Başlıca olaraq insan fəaliyyətidir.
Qəbul edilmiş qoruma tədbirləri
Azərbaycanın "Qırmızı Kitab"ına daxil edilmişdir.
Zəruri qoruma tədbirləri
Yeni yasaqlıqların yaradılması zəruridir.
Sinonimləri
Homotipik sinonimləri
- Cerasus padus (L.) Delarbre
- Cerasus racemosa Gray
- Druparia padus (L.) Clairv.
- Padus avium Mill.
- Padus racemosa C.K.Schneid.
- Prunus padus var. genuina Asch. & Graebn.
- Prunus padus subsp. racemosa Domin
- Prunus racemosa Lam.
Yarımnövləri
- Prunus padus var. borealis A.Blytt
- Prunus padus var. padus
Həmçinin bax
vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, Adi meşəgilası haqqında məlumat. Adi meşəgilası nədir? Adi meşəgilası nə deməkdir?
