Azərbaycanca (AZ) Azərbaycanca (AZ)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Abrau — Krasnodar diyrarının ən böyük şirinsulu gölü. Abrau həm də Qafqazın ən böyük göllərindən biridir. Göl diyarın cənub-qərbində, Abrau yarımadasının alçaq

Abrau gölü

  • Ana Səhifə
  • Vikipediya
  • Abrau gölü

Abrau — Krasnodar diyrarının ən böyük şirinsulu gölü. Abrau həm də Qafqazın ən böyük göllərindən biridir. Göl diyarın cənub-qərbində, Abrau yarımadasının alçaq dağlıq ərazisində yerləşir. Gölü Novorossiysk şəhərindən 14 km ayırır. Göl sahilində Abrau kəndi var. Təxmini ölçmələrə görə gölün dərinliyi 10-15 metr arasında dəyişir. Abrau gölünün sahəsi təxminən 0,6 - 2,0 km², sutoplayıcı sahə isə — 20,3 km²-dir

Abrau
adıq Абрагъо
Ümumi məlumatlar
Mütləq hündürlüyü 84 m
Eni 0,94 km
Uzunluğu 2,93 km
Sahəsi 2,0 km²
Dərin yeri ≈10 m
Orta dərinliyi 5,8 m
Yerləşməsi
44°41′ şm. e. 37°35′ ş. u.HGYO
Ölkə  Rusiya
Abrau xəritədə
Abrau
Abrau
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Mündəricat

Coğrafiyası

Abrau Böyük Qafqazda sahəsinə görə ikinci şirinsulu göldür (ölçüsünə görə ən böyüyü Kezenoyam gölüdür). Gölün uzunluğu —3100 metr, eni 630 metr, dərinliyi — 10,5 metr, sahəsi isə— 1,6—1,8 km²-dir. Sutoplayıcı sahəsi — 20,3 km². Maksimal dərinlik son yüz ildə 30 emtrdən 10,5 metrə düşüb. Buna səbəb göl sahillərinin eroziyasıdır. Abrau gölü dəniz səviyyəsindən — 84 metr yüksəklikdə yerləşir. Gölü Qara dənizdən ayıran bərzəxin eni 2 km-dir.

Abrau gölünə uzunluğu 5,3 km olan Abrau çayı tökülür. Göl əsasən atmosfer yağıntıları ilə qidalanır. Göldən çay çıxımır. Su hövzəsində bataqlıq bitkiləri demək olar ki, yoxdur.

Gölün yerləşdiyi bölgədə quru aralıqdənizi iqlimi hakimdir Bu gölün hidroqrafiyasında da özünü göstərir. Göldə suyun səviyyəsi əsasən noyabrdan mart ayına kimi yüksək olur. Məhs bu aylarda yağış və sulu qar formasında yağıntı yağır. Yayda suyun səviyyəsi düşür.

Temperatur rejimi

Göl qış aylarında belə donmur. Göl sahillərində suyun ən aşağı orta aylıq temperaturu yanvarda olur +0,2 °C. Aprel ayından göl suyunun temperaturu sürrətlə qalxır. İyulda maksimal orta aylıq temperatur qeydə alınır 24,8 °C. 1954-cü ildə göl suyunun mütləq maksimal temperaturu qeydə alınıb - 29,8 °C.

Meydana gəlməsi

Gölün meydana gəlməsi barəsində müxtəlif fikirlər mövcuddur. Bəzilər ehtimal edir ki, göl karst prosesi nəticəsində formalaşıb. Digəri deyir ki, göl qədim Kimmeri şirinsulu hövzəsinin qalığıdır. Bəzilər isə deyir ki, göl nəhəng sürüşmə nəticəsində meydana gəlib.

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, Abrau gölü haqqında məlumat. Abrau gölü nədir? Abrau gölü nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Fevral 27, 2026

    Sekta

  • Fevral 23, 2026

    Tanax

  • Fevral 27, 2026

    Xoşkotan

  • Fevral 27, 2026

    Sağ mərkəzçilik

  • Fevral 27, 2026

    Brazzavil

Trend Mahnılar
  • Fevral 24, 2026

    Qurban Qurbanzade - Meni Gel Apar Burdan ( Ai Seymur Memmedov Ürəyim )

  • Fevral 21, 2026

    Bayram Kürdəxanlı & Sona - Meclisimiz Xudmanidi İçmirsən

  • Fevral 24, 2026

    Afshin Azari - Can Deme 2026 (Yeni Klip)

  • Fevral 17, 2026

    Selale Sesli - Gel mene addim addim Remix

  • Fevral 17, 2026

    Zeyneb Heseni & Sedef Budaqova - Popuri 2026 (Official Video)

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst