Azərbaycanca (AZ) Azərbaycanca (AZ)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Kezenoyam(çeç. Къоьзана Іам, Эйзен Ӏам) — Dağıstan ərazisində yerləşən uçqun və ya tıxac göl. Göl Dağıstanın Botlix rayonu ilə Çeçenistan Respublikasının Vedeno

Kezenoyam gölü

  • Ana Səhifə
  • Vikipediya
  • Kezenoyam gölü

Kezenoyam(çeç. Къоьзана Іам, Эйзен Ӏам) — Dağıstan ərazisində yerləşən uçqun və ya tıxac göl. Göl Dağıstanın Botlix rayonu ilə Çeçenistan Respublikasının Vedeno rayonu sərhəddindədir. Kezenoyam gölü Sulak çayı hövzəsinə daxildir. Regional əhəmiyyətli hidroloji abidə hesab olunur. Subalp çəmənlikləri zonasında yerləşir. Yağıntı və yeraltı sula ilə qidalanır. Səth axımı yoxdur. Göldə suyun səviyyəsi kəskin dəyişir. Dəyişmələr mövsimi və çoxillikdir (6–8 m). İllik düşən yağıntıların miqdarı suyun səviyyəsinə böyük təsir göstərir. Yayda göl suyunun temperaturu 17–18 °С olur. Qışda buz örtüyünün qalınlığı 60–80 sm olur. Ümumi göl suyunun həcmi — 62 milyon m³-dir. Dəniz səviyyəsindən hündürlüyü — 1854 metrdir. Göl səthinin sahəsi isə — 1,7 km²-dir. Bunun 1,5 km² — Çeçenistan ərazisinə düşür.

Kezenoyam
çeç. Къоьзана Іам, Эйзен Ӏам
Ümumi məlumatlar
Tipi Uçqun və tıxac
Mütləq hündürlüyü 1854 m
Eni 0,735 km
Uzunluğu 2,7 km
Sahil uzunluğu 10 km
Sahəsi
  • 2 km²
Dərin yeri 72 m
Tökülən çay Xarsum
Minerallaşma tipi şirin
Yerləşməsi
42°46′38″ şm. e. 46°09′11″ ş. u.HGYO
Ölkə  Rusiya
Kezenoyam xəritədə
Kezenoyam
Kezenoyam
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Mündəricat

Adlanması

Müxtəlif şəkildə adlandırılır:Kezenoyam, Kazenoyam, Eyzenam, Retlo.

Ümumi məlumat

Ərazidə arxeloji tapıntılar və tarixi-memarlıq abidələri üstünlük təşkil edir. Bunlara həm hərbi, həm də yaşayış tikililəri daxildir. Ərazidə olan orta əsr Aldam-Qezi qəsri diqqəti cəlb edir. Göl yaxınlığında Kezenoy, Xoy, Arsoy, Sadoy, Buni, Makajoy aulları yerləşir. Etnoqrafik nəticələrə görə ərazi qədim məskunlaşma bölgəsidir.

Yüksək dağ gölü olan Kezenoyam Çeçenistanın ən böyük gölüdür. Göl Andiy silsiləsinin cənub yamaclarında yerləşir. Göl iki kiçik çayın — Xarsum (Alxar) və Kauxa(Xodu) tıxac əmələ gətirməsi nəticəsində formalaşmış. Tıxaca səbəb isə zəlzələ zamanı baş vermiş uçqun olmuş. Gölün qərb hissəsində yerləşən bəndin hündürlüyü 100 m-dir. Göl yatağı çox dikdir və dib hissəsi düzdür. Ən dərin yeri 74 metrdir. Şimaldan cənuba doğru 2 km uzanır. Qərbdən şərqə doğru isə 2,7 km uzanır. Ən enli yeri 735 metrdir. Sahil xəttinin uzunluğu 10 km-dir. Göl suyu soyuqdur. Yayda su səthinin temperaturu 17–18 °С-dən artıq olmur. Aşağı qatların temperaturu isə təxminən 7–8 °С olur.

Ədəbiyyat

  • Перспективы рекреационного использования озера Кезеной-Ам (Северо-Восточный Кавказ) / В. А. Широкова, В. А. Снытко, И. А. Керимов и др. // Современные проблемы геологии, геофизики и геоэкологии Северного Кавказа. Материалы IV Всероссийской научно-технической конференции. — Грозный, 2015. — С. 263–265

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, Kezenoyam gölü haqqında məlumat. Kezenoyam gölü nədir? Kezenoyam gölü nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Fevral 27, 2026

    Taxta

  • Fevral 27, 2026

    Rayt qardaşları

  • Fevral 27, 2026

    Devid Boui

  • Fevral 27, 2026

    Cənubi Mesopotamiya

  • Fevral 27, 2026

    Fayl

Trend Mahnılar
  • Fevral 21, 2026

    Lord Vertigo & Nilay Sems - Kimdir En Gozel ( Yeni 2026 )

  • Fevral 17, 2026

    Aysun İsmayilova & Ulvi Nadiroglu - Dostlar Meni Unutmayin 2026 (Yeni Klip) 4K

  • Fevral 24, 2026

    Qurban Qurbanzade - Meni Gel Apar Burdan ( Ai Seymur Memmedov Ürəyim )

  • Fevral 17, 2026

    Xumar Qedimova - Dünya

  • Fevral 24, 2026

    Afshin Azari - Can Deme 2026 (Yeni Klip)

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst