Azərbaycanca (AZ) Azərbaycanca (AZ)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Abiş Xatun və ya Abaş Xatun (Şiraz – 31 dekabr 1286, Təbriz) — 1264-cü ildən 1282-ci ilə qədər Şiraz Salqurlularının IX və sonuncu hökmdarı.

Abiş Xatun

  • Ana Səhifə
  • Vikipediya
  • Abiş Xatun

Abiş Xatun və ya Abaş Xatun (Şiraz – 31 dekabr 1286, Təbriz) — 1264-cü ildən 1282-ci ilə qədər Şiraz Salqurlularının IX və sonuncu hökmdarı.

Abiş Xatun
Abaqa xanın hakimiyyətinə istinad edilən və Abiş Xatun adından zərb edilmiş qızıl sikkə
Abaqa xanın hakimiyyətinə istinad edilən və Abiş Xatun adından zərb edilmiş qızıl sikkə
Şiraz hakimi
1264 – 1282
ƏvvəlkiSəlcuqşah
Şəxsi məlumatlar
Doğum tarixi Bilinmir
Doğum yeri
  • Şiraz, Mərkəzi bəxşi[d], Şiraz şəhristanı, Fars ostanı, İran
Vəfat tarixi 31 dekabr 1286(1286-12-31)
Vəfat yeri
  • Təbriz, Təbriz şəhristanı, Şərqi Azərbaycan ostanı, İran
Dəfn yeri Şiraz
Fəaliyyəti rəhbər
Atası II Səəd
Anası Terkən Xatun
Həyat yoldaşı Məngü Teymur
Uşaqları Alqançı və Kördüçin
Ailəsi Salqurlular
Dini İslam
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Mündəricat

Həyatı

Atası Sad ibn Əbu Bəkir Yəzd atabəyinin qızı Terkən Xatundir. Anadan olma tarixi bilinməməkdədir. Fars atabəyi olan Səlcuqşah Abiş Xatunun anası Terkən Xatunu öldürüb, Abiş Xatun və bacısını həbs edmişdi. Bunun ardınca, Elxani məmurlarını da öldürdükdən sonra Hülakü xan tərəfindən üzərinə ordu göndərilmiş və öldürülmüşdür. Atasından sonra taxta çıxan kiçik qardaşı Məhəmməd öldükdən sonra, 1264-cü ildə adına xütbə oxutduraraq və sikkə kəsdirərək taxta çıxmışdır. Ona bu işdə Hülakü xan yardım etmişdir.

1270-ci illərdə Hülakü xanın oğlu olan Mengü Teymur ilə evlənmişdir. Bu evlilikdən Alqançı və Kördüçin adlarında iki qızı olmuşdur. Abaqa xanın taxta çıxmasından sonra Fars atabəyliyi əlindən alındı və Farsın gəlirindən illik 70.000 qızıl təqaüd ayrıldı. 1282-ci ildə Əhməd Təküderin taxta çıxmasından sonra təkrar Fars atabəyi edildi. Xalq Abiş Xatunu böyüks evinclə qarşılayaraq, günlərlə şənlik etdi. Qısa müddət sonra Əhməd Təküderi taxtdan endirərək özünü xan elan edən Arqun xana Abiş Xatunun vəzirinin düşməni İmaməddin tərəfindən şikayət edildikdən sonra Abiş Xatun Fars atabəyliyindən uzaqlaşdırıldı və Orduya gəlməsi əmr edildi. Lakin Abiş Xatun buna əməl etmədi. Adamlarının yeni atabəy İmaməddini öldürməsindən sonra Abiş Xatun Arana gətirilərək sorğuya çəkildi və adamlarına cəza verildi. Özünə sülalə gəlini olduğu üçün heç nə edilmədi.

29 dekabr 1286-cı ildə Təbrizdə vəfat etdi. Müsəlman olduğu halda, monqol adətləri ilə Şirazda dəfn edildi.

Həmçinin bax

  • Salqurlular

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, Abiş Xatun haqqında məlumat. Abiş Xatun nədir? Abiş Xatun nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Fevral 24, 2026

    Vikinqlər

  • Fevral 27, 2026

    Cabanı

  • Fevral 27, 2026

    Prometeizm

  • Fevral 27, 2026

    .gu

  • Fevral 27, 2026

    Valun

Trend Mahnılar
  • Fevral 21, 2026

    Uzeyir Mehdizade - Ruh Ekizim ( Official Video Clip ) 2026

  • Fevral 24, 2026

    Qurban Qurbanzade - Meni Gel Apar Burdan ( Ai Seymur Memmedov Ürəyim )

  • Fevral 22, 2026

    Qurban Qurbanzade - Meni Gel Apar Burdan ( Ai Seymur Memmedov )

  • Fevral 25, 2026

    Alican & Baylarsoylar - Yol Ver 2026 (Official Music Video)

  • Fevral 21, 2026

    Lord Vertigo & Nilay Sems - Kimdir En Gozel ( Yeni 2026 )

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst