Azərbaycanca (AZ) Azərbaycanca (AZ)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Abdulla Məhəmmədov (Mahammadov) (1869, Tersk vilayətinin Yaxsay kəndi-1937). Kəndli ailəsində dünyaya göz açan Abdulla Mahammadov dərin təhsil görməmişdi. Həmin

Abdulla Məhəmmədov

  • Ana Səhifə
  • Vikipediya
  • Abdulla Məhəmmədov

Abdulla Məhəmmədov (qum. Абдулла Магьамматов, 5 aprel 1869 – 2 mart 1937) — qumuq şairi.

Mündəricat

Həyatı

Abdulla Məhəmmədov (Mahammadov) (1869, Tersk vilayətinin Yaxsay kəndi-1937). Kəndli ailəsində dünyaya göz açan Abdulla Mahammadov dərin təhsil görməmişdi. Həmin vaxt nəinki bölgədə, hətta Qafqazda belə tanınan mədrəsə onun doğulduğu kənddə fəaliyyət göstərirdi. Abdulla iti zəkası, fitri istedadı ilə yaşıdlarından seçilmiş, xalq arasında yaşayan yırları söyləyə-söyləyə özü də həmin janrda əsərlər yazmağa başlamışdır.

Bolşeviklər hakimiyyətə gəldikdən sonra daim xalq arasında olan sadə insanlardan bacarıqla istifadə edərək onları öz təbliğatçılarına çevirirdilər.

1920–1930-cu illərdə kasıb ailədən çıxan, folklordan qaynaqlanaraq sadə şeirlər yazan, xalq arasında dolaşan qazax Cambul Cabayev, ləzgi Süleyman Stalski, avar Həmzət Sadasa kimi sənətkarları reklam edərək, onlardan bacarıqla yararlanırdılar. Qumuqlar arasında da Abdulla Mahammadov bu funksiyanı yerinə yetirirdi. O, kolxoz quruluşunu, sosializmin qələbəsini, bolşeviklərin hünərini tərənnüm edən, kapitalizmi, köhnəliyi, adət-ənənələri tənqid edən şeirlər yazırdı.

Şair qocalanda yazı-pozu öyrənmiş, şeirlərini qəzetlərə göndərmişdir. İlk şeiri 1925-ci ildə "Yoldaş" qəzetində çap olunmuşdur. 1934-cü ildə isə "Qulaq asın, görün, qoca nə deyir" adlı ilk şeirlər kitabı işıq üzü görmüşdür. Kitaba sosializm quruculuğundan, bolşeviklərin hünərinin tərənnümündən, Leninin, Stalinin tərifindən, qadın azadlığından, qumuq qadınlarının baş örtüyünü-çadradan, yaşmaqdan imtina etdiyindən, kolxozlaşmadan, Oktyabr inqilabının qumuq xalqına bəxş etdiyi "xoşbəxtlik"dən bəhs edən şeirləri daxil edilmişdir. Elə həmin il ona ləzgi Süleyman Stalski, avar Həmzət Sadasa ilə birlikdə Dağıstanın xalq şairi adı verilmişdir. SSRİ Yazıçılar İttifaqına üzv seçilən şairi 1935-ci ildə qoca vaxtında Moskvaya, Sovet Dağıstanının 15 illiyi münasibətilə keçirilən tədbirlərdə iştirak etməyə aparırlar. 1936-cı ildə isə onu Dağıstan Yazıçılar İttifaqının İdarə Heyətinə seçirlər.

Sonradan şairin şeirləri toplanaraq "Seçilmiş əsərləri" adı ilə çap olunmuşdur. Onun "Sovet quşları" şeiri zamanında daha məşhur olmuş və bir neçə dilə tərcümə edilmişdir.

"Dağıstan ədəbiyyatı antologiyası" kitabında Əhməd Cəmilin tərcüməsində şairin "Qadınlar, tarlaya çıxın" şeiri verilmişdir.

Həmçinin bax

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, Abdulla Məhəmmədov haqqında məlumat. Abdulla Məhəmmədov nədir? Abdulla Məhəmmədov nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Fevral 27, 2026

    Elzas

  • Fevral 27, 2026

    Vişeqrad qrupu

  • Fevral 27, 2026

    Araf

  • Fevral 27, 2026

    Muzdlu işçi

  • Fevral 23, 2026

    Səməd Behrəngi

Trend Mahnılar
  • Fevral 28, 2026

    Zaur Quluzade & Babek Nur - Sevgi Dolu Nifret 2026 | 4K (Official Music Video)

  • Fevral 25, 2026

    Damla - Anam Demişdi 2026 (Yeni Klip) 4K

  • Fevral 17, 2026

    Zeyneb Heseni & Sedef Budaqova - Popuri 2026 (Official Video)

  • Fevral 17, 2026

    Xumar Qedimova - Dünya

  • Fevral 17, 2026

    Zeyneb Heseni - Sevgililer Gununde 2026 (Yeni Klip) 4K

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst