Abdulla Qasım oğlu Axundov (8 fevral 1913, Sədərək, İrəvan qəzası – 16 mart 1970, Bakı) — meliorasiya, suvarma əkinçiliyi sahəsində alim. Texnika elmləri doktoru (1960).
| Abdulla Axundov | |
|---|---|
| azərb. Abdulla Qasım oğlu Axundov | |
| Doğum tarixi | |
| Doğum yeri | Sədərək, Naxçıvan MR |
| Vəfat tarixi | |
| Vəfat yeri | Bakı, Azərbaycan SSR, SSRİ |
| Vətəndaşlığı | |
| Elm sahəsi | Meliorasiya |
| Elmi dərəcəsi | Texnika elmləri doktoru |
| Təhsili | Ali |
| Mükafatları | |
Həyatı
Abdulla Axundov 1913-cü ilin fevralın 8-də Naxçıvan Muxtar Respublikasının Sədərək kəndində anadan olmuşdur. 1930-cu ildə Bakıda Yer quruluşu texnikumunu, 1937-ci ildə Azərbaycan Kənd Təsərrüfatı İnstitutunun hidromeliorasiya fakültəsini, 1947-ci ildə Moskva Hidromeliorasiya İnstitunun aspiranturasını bitirmişdir. 1930–1932-ci illərdə Naxçıvanda yer quruluşu dəstəsinə başçılıq etmişdir. 1937–1939-cu illərdə Balakən suvarma sistemləri idarəsinin rəisi olmuşdur. Böyük Vətən müharibəsinin iştirakçısıdır. 1947–1949-cu illərdə Azərbaycan Kənd Təsərrüfatı İnstitutunda müəllim, Pambıqçılıq İnstitutunda meliorasiya və suvarma şöbəsinin, Azərbaycan Elmi-Tədqiqat Hidrotexnika və Meliorasiya İnstitutunda drenaj şöbəsinin müdiri işləmişdir. "Qırmızı Ulduz" ordeni ilə təltif olunmuşdur. Abdulla Axundov 1970-ci il, martın 16-da Bakıda vəfat etmişdir.
Əsərləri
- Şirvan düzünün duzlu torpaqlarının meliorasiyası və kənd təsərrüfatında mənimsənilməsi. Bakı, 1965
vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, Abdulla Axundov haqqında məlumat. Abdulla Axundov nədir? Abdulla Axundov nə deməkdir?