Azərbaycanca (AZ) Azərbaycanca (AZ)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Abdolbari Gozal və ya Əbdülbari Gözəl (23 avqust 1949, Maku, Qərbi Azərbaycan ostanı – 18 yanvar 2025, Dubay) — iş adamı, Azersun Holdinqin Müşahidə Şurasının s

Abdolbari Gozal

  • Ana Səhifə
  • Vikipediya
  • Abdolbari Gozal

Abdolbari Gozal və ya Əbdülbari Gözəl (23 avqust 1949, Maku, Qərbi Azərbaycan ostanı – 18 yanvar 2025, Dubay) — iş adamı, Azersun Holdinqin Müşahidə Şurasının sədri (?–2025).

Abdolbari Gozal
Şəxsi məlumatlar
Doğum tarixi 23 avqust 1949(1949-08-23)
Doğum yeri
  • Maku, Maku şəhristanı, Qərbi Azərbaycan ostanı, İran
Vəfat tarixi 18 yanvar 2025(2025-01-18) (75 yaşında)
Vəfat yeri
  • Dubay, Dubay əmirliyi, BƏƏ
Dəfn yeri
  • Dubay
Fəaliyyəti iş adamı
Uşaqları
  • Tahir Gözəl,
  • Əhməd Gözəl

Təltifləri "Şöhrət" ordeni — 20162016 "Tərəqqi" medalı — 20042004 "Heydər Əliyevin 100 illiyi (1923–2023)" yubiley medalı — 20242024 "Şərəf" ordeni (Gürcüstan) — 20092009

Mündəricat

Həyatı

Abdolbari Gozal 23 avqust 1949-cu ildə İranın Maku şəhərində, Cəlali qəbiləsindən Rza ağanın ailəsində anadan olub. O, milliyətcə kürddür. Daha sonradan isə buradan Türkiyənin Muş əyalətində yaşayan nənəsinin yanına köçmüşdür. O 1956–1961-ci illərdə ibtidai təhsilini Türkiyədə başa vurduqdan sonra, 1962–1965-ci illərdə orta təhsilini İranda tamamlamışdır.

18 yanvar 2025-ci ildə xəstəlik səbəbindən Dubayda vəfat edib.

Onun oğlu Tahir Gözəl "Qarabağ" futbol klubunun prezidentidir.

Fəaliyyəti

Erkən biznes fəaliyyəti

Gənc yaşlarından atasının yanında topdan qida və ərzaq (düyü, yağ, çay) ticarəti və satışı ilə məşğul olmuşdur. 1968-ci ildə ticarət həcmini böyüdərək, həmin tarixdə illik həcmi 50–60 milyon dollara çatdırmışdır.

1981-ci ildə baş verən İran İslam inqilabından sonra Türkiyənin Ankara şəhərinə keçmiş və buradan İsveçrəyə getməyi planlaşdırmışdır. Lakin o vaxtlar baş nazir müavini, daha sonra Prezident olan rəhmətlik Turqut Özalın israrlı məsləhətindən sonra Türkiyədə qalmış və Ankarada "Etsun A. Ş." şirkətini qurmuşdur.

1992-ci ilə qədər BƏƏ, Türkiyə, İran, İraq, Suriya, İordaniya kimi ölkələrdə müxtəlif şirkətlər yaradaraq iş fəaliyyətini birləşdirməyi planlaşdırırdı. Bu şirkətləri birləşdirmək və onlar arasındakı əlaqəni təmin etmək üçün Abdulbari Gözəl 1994-cü ildə Dubayda "İntersun Holding" adlı şirkətlər qrupunu yaratmışdır.

Bölgədə biznes fəaliyyəti

1992-ci ildən etibarən Azərbaycan və Gürcüstanda rəsmi şirkətinin şöbəsini qurmuşdur. 1994-cü ildə Azərbaycanın sənayesinin inkişaf etdirilməsində öncül olmuşdur, ölkənin inkişaf proqramı ilə paralel işsizliyin aradan qaldırılması məqsədilə aşağıdakı sənaye müəssisələri üzrə fabriklər qurulmuşdur. Yağ və marqarin fabriki, 4 konserv fabriki, 600 000 ton həcmə malik şəkər zavodu, makulaturanı təkrar emal edən illik istehsalı 100 min ton olan kağız sənayesi, çay plantasiyası və paketləmə fabriki, 4000 hektar ərazidə modern pivot suvarma müəssisələri, Amerikanın EX-İM bankı ilə əməkdaşlıq nəticəsində nümunəvi bir ferma yaradılmışdır. Eləcə də İnşaat (Land Development), Bank və Sığorta sahələrində ortaqlıq kimi iş fəaliyyətləri ilə ölkənin iqtisadiyyatına əhəmiyyətli dərəcədə töhfələr vermişdir. 1994-cü illərdə Azərbaycanda sənayenin inkişafına özünəməxsus töhfələr vermişdir.

Qida sahəsindən başqa Abdulbari Gozal 1980-ci ildə İran və Türkiyədə neft ticarətinə başladı. 2002-ci ildən etibarən isə bu fəaliyyət Bakıda neft terminalı və Dübəndi neft terminalı vasitəsilə Xəzər neftinin Gürcüstana daşınmasından ibarətdir. Hal-hazırda isə İsveçrə və Dubayda neft və neft məhsullarının ticarəti ilə məşğul olan şirkətlərə sahibdir.

Bununla əlaqədar olaraq, hazırda Dubay, İsveçrə, Türkiyə, Azərbaycan, Gürcüstan, Rusiya, İraq, Əfqanıstanda İntersun Holding-in himayəsi altında 14 ayrı-ayrı milliyətə sahib insanlar bir ailə kimi işləməkdədir. Daimi işçilərin ümumi sayı 7000, fabriklərdə mövsümi olaraq işləyənlərin sayı isə 10 000-dir.

Azersun Holding də onun Bakıda yaratdığı şirkətlərdən biridir. Şirkət 1997-ci ildə yaradılıb və hazırda demək olar ki, 2500–3000-ə yaxın işçiyə sahibdir.

Təltiflər və mükafatlar

  • 2003 — "Euromarket Award" mükafatına layiq görülüb.
  • 2004 — Azərbaycan Respublikasının Prezidenti tərəfindən "Tərəqqi" medalı ilə təltif edib.
  • 2006 — "Yeni Azerbaycan Yardımlaşama ve Kültür Derneği"nin prezidenti Əflatun Nemətzadə tərəfindən "Türk dünyasına xidmət" mükafatı ilə təltif edilib.
  • 2009 — Avropa Biznes Assambleyasının ən mötəbər mükafatı "Queen Victoria Commemorative Medal" (Kraliça Viktoriya Xatirə Medalı) biznesdə əldə etdiyi nailiyyətlərə görə şəxsən Abdolbari Gozala təqdim edilib.
  • 2009 — Azərbaycan və Gürcüstan arasındakı ticarət dövriyyəsinin artırılmasındakı töhfələrinə və regionda həyata keçirdiyi böyük iqtisadi layihələrə görə Gürcüstanın "Şərəf" ordeni ilə təltif edilib.
  • 2010 — Avropa Biznes Assambleyası tərəfindən təsis olunmuş Beynəlxalq "Sokrat" mükafatı ilə təltif edilib.
  • 2011 — Azərbaycan-Amerika Ticarət Palatası tərəfindən "Hacı Zeynalabdin Tağıyev" mükafatı ilə təltif edilib.
  • 2011 — Kuban Universitetinin Təhsil Şurasının qərarı ilə Kuban Dövlət Aqrar Universitetinin fəxri doktoru adına layiq görülüb və bunun rəmzi nişanəsi olaraq ona doktorluq mantiyası və fəxri diplom təqdim edilib.
  • 2015 — Rusiya Federasiyasının Kənd təsərrüfatı naziri Aleksandr Tkaçov tərəfindən "Krasnodar vilayətinin inkişafına verdiyi mühüm töhfəyə görə" III dərəcəli qızıl medal və "Krasnodarın kənd təsərrüfatının inkişafına verdiyi töhfəyə görə" təşəkkürnamə ilə təltif edilib.
  • 2015 — Dövlət Sərhəd Xidmətinə verdiyi dəstəyə görə Sərhəd Qoşunlarının komandanı Elçin Quliyev tərəfindən təşəkkürnamə plaketi və DSX-nin Ali medalı ilə təltif edilib.
  • 2016 — Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü münasibətilə Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə "Şöhrət" ordeni ilə təltif edilmişdir.
  • 2024 — "Heydər Əliyevin 100 illiyi (1923–2023)" yubiley medalı.

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, Abdolbari Gozal haqqında məlumat. Abdolbari Gozal nədir? Abdolbari Gozal nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Fevral 28, 2026

    Uqarit

  • Fevral 24, 2026

    Eritreya

  • Fevral 28, 2026

    Şəcərəddürr

  • Fevral 27, 2026

    Elektron ticarət

  • Fevral 27, 2026

    Zəm-zəm

Trend Mahnılar
  • Fevral 24, 2026

    Qurban Qurbanzade - Meni Gel Apar Burdan ( Ai Seymur Memmedov Ürəyim )

  • Fevral 17, 2026

    Zeyneb Heseni - Sevgililer Gununde 2026 (Yeni Klip) 4K

  • Fevral 21, 2026

    Uzeyir Mehdizade - Ruh Ekizim ( Official Video Clip ) 2026

  • Fevral 25, 2026

    Damla - Anam Demişdi 2026 (Yeni Klip) 4K

  • Fevral 17, 2026

    Aysun İsmayilova & Ulvi Nadiroglu - Dostlar Meni Unutmayin 2026 (Yeni Klip) 4K

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst