Azərbaycanca (AZ) Azərbaycanca (AZ)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Abazin, Abazalar və ya Abaziniyalı(Abazin and Abxaz: Абаза; Çərkəz: Абазэхэр; rus. Абазины; türk. Abazalar; ərəb. أباظة‎) — Abxaz və çərkəz xalqları ilə sıx əla

Abazinlər

  • Ana Səhifə
  • Vikipediya
  • Abazinlər

Abazin, Abazalar və ya Abaziniyalı(Abazin and Abxaz: Абаза; Çərkəz: Абазэхэр; rus. Абазины; türk. Abazalar; ərəb. أباظة‎) — Abxaz və çərkəz xalqları ilə sıx əlaqəli olan Şimal-Qərbi Qafqazda yaşayan etnik qrup. Əsasən Türkiyə, Misir və Rusiyanın Şimali Qafqaz bölgəsindəki Qaraçay-Çərkəz Respublikasında və Stavropol diyarında yaşayırlar. Abazinlərin bir qolu olan Tapantalar Kubanın yuxarı hissəsindəki Besleney və Kabardin knyazlıqları arasında yaşayırdı..

Abaza, Abazin
Abazin bayrağı
Özünüadlandırma
Абаза
Ümumi sayı
~150,000 (təxmini)
Yaşadığı ərazilər
Türkiyə Türkiyə 15,000–50,000
Misir Misir 50,000
Rusiya Rusiya
  • Qaraçay-Çərkəz Respublikası
  • Stavropol diyarı
  • Kabarda-Balkar Respublikası
43,341
36,919
3,646
418
Ukrayna Ukrayna 128
Dili

abaza dili
rus dili
türk dili
ərəb dili

Dini

sünni, İslam

Qohum xalqlar

abxazlar, çərkəzlər

Abazinlər əvvəlcə Abxaziyanın qərb hissəsindəki Sadzen bölgəsində məskunlaşmış və 14–15-ci əsrlərdə Abxaziyadan Abaziniyaya köç etmişlər. Daha sonra 18–19-cu əsrlərdə keçmiş Osmanlı İmperiyasının müxtəlif bölgələrinə köç etdilər. 18-ci əsrin sonlarından etibarən onların hakim dini sünni İslamdır (Hənəfi).

Abazin xalqı abxaz və çərkəz dillərinə çox yaxın, Şimal-qərb Qafqaz dillərindən olan abaza dilində danışır. Əsasən Qaraçay-Çərkəzdə yayılmışdır. Bu dildə 30 mindən çox adam danışır. İki əsas dialektə bölünür: tapanta və aşxaraua (şkaraua). 1932–33-cü illərdə latın qrafikası əsasında yazısı hazırlanmışdır. 1938-ci ildən isə kiril əlifbasına keçmişdir.

Abazinlərin mədəniyyəti və adət-ənənələri çərkəzlərin mədəniyyətinə bənzəyir. Bir çox köhnə xəritədə Abaziniya ərazisi Çərkəzyanın (Adıgey) bir hissəsi olaraq göstərilmişdir.

2010-cu il Rusiya siyahıyaalınmasına əsasən, Rusiyada 43.341 abazin yaşayır.

Diasporu

Türkiyədə, Misirdə, və İordaniya və Suriya kimi Orta Şərq ölkələrində yerləşən bir çox abazin diasporu Rusiya İmperiyasına qarşı olan Qafqaz müharibəsinin mühacirləridir. Türkiyədə əhəmiyyətli sayılabiləcək qədər abazin yaşayır. Təxminən 150.000 abaza Əskişəhər, Samsun, Yozqat, Adana və Kayseri əyalətlərində yaşayır. Onların əksəriyyəti çar ordusuna qarşı vuruşan və Kbaada (bugünkü Soçidəki Krasnaya Polyana) döyüşünü itirdikdən sonra Türkiyəyə mühacirət etmiş Aşxaraua tayfasının üzvləridir, halbuki Tapanta tayfası rus qüvvələri ilə birlikdə döyüşmüşdür.

Misirdə görkəmli bir nümunə olan Abaza ailəsi əslində böyük bir abazin qəbiləsidir. Abaza ailəsi bu günə qədər Misir cəmiyyətində yüksək mövqeyə sahibdir və cəmiyyətin bütün sahələrində aktiv olaraq 15.000 üzvü ilə birlikdə Misirin ən böyük ailəsi statusundadır.

Həmçinin bax

  • Abaziniya
  • Şimali Osetiya

İstinadalar

  1. "Ethnologue.com". 12 noyabr 2012 tarixində . İstifadə tarixi: 18 oktyabr 2019.
  2. "Websters-online-dictionary". 13 yanvar 2013 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 18 oktyabr 2019.
  3. . 9 dekabr 2021 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 18 oktyabr 2019.
  4. . Ukraine Census 2001. State Statistics Committee of Ukraine. 17 dekabr 2011 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 17 yanvar 2012.
  5. Абазалар // Азәрбајҹан Совет Енсиклопедијасы: [10 ҹилддә]. I ҹилд: А—Балзак. Бакы: Азәрбајҹан Совет Енсиклопедијасынын Баш Редаксијасы. Баш редактор: Ҹ. Б. Гулијев. 1976. С. 9.
  6. Тхайцухов Михаил Сем, Абазины на Северном Кавказе и в Турции (XVIII–XX вв.) Moskva, 2005. (rus)

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, Abazinlər haqqında məlumat. Abazinlər nədir? Abazinlər nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Fevral 27, 2026

    MS-DOS

  • Fevral 12, 2026

    Materik

  • Fevral 24, 2026

    BFƏ

  • Fevral 27, 2026

    Ceyms Kemeron

  • Fevral 27, 2026

    Gülüstan (Nir)

Trend Mahnılar
  • Fevral 25, 2026

    Alican & Baylarsoylar - Yol Ver 2026 (Official Music Video)

  • Fevral 17, 2026

    Selale Sesli - Gel mene addim addim Remix

  • Fevral 21, 2026

    Uzeyir Mehdizade - Ruh Ekizim ( Official Video Clip ) 2026

  • Fevral 24, 2026

    Afshin Azari - Can Deme 2026 (Yeni Klip)

  • Fevral 17, 2026

    Xumar Qedimova - Dünya

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst