Azərbaycanca (AZ) Azərbaycanca (AZ)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Rayonun ərazisi I–V əsrlərdə Ayrarat quberniyasının Niq qəzasının tərkibində olmuşdur. Sonra ərəblər tərəfindən işğal edilmişdir. XI–XIII əsrlərdə səlcuqların,

Abaran mahalı

  • Ana Səhifə
  • Vikipediya
  • Abaran mahalı

Abaran mahalı — İrəvan xanlığında mahal adı.

Tarixi Azərbaycan əraziləri
Abaran mahalı
Ümumi məlumatlar
Bölgə Abaran mahalı

Mündəricat

Tarixi

Rayonun ərazisi I–V əsrlərdə Ayrarat quberniyasının Niq qəzasının tərkibində olmuşdur. Sonra ərəblər tərəfindən işğal edilmişdir. XI–XIII əsrlərdə səlcuqların, XIV–XV əsrlərdə monqolların tabeliyinə keçmişdir. XVI əsrdə rayonunun ərazisi İrəvan qəzasının Abaran nahiyyəsinin tərkibində olmuşdur. XVI əsrdən XIX əsrin 30-cu illərinə kimi İrəvan xanlığının mahallarından biri (Abaran mahalı) olmuşdur. 1728-ci il tarixli "İrəvan əyalətinin icmal dəftəri"ndə Abaran adlı nahiyyənin və Abaran nahiyəsində Abaran kəndinin olduğu qeyd edilir. XIX əsrin 40-cı illərindən 1920-ci ilə kimi İrəvan quberniyasının Eçmiədzin qəzasının tərkibinə daxil olmuşdur. İndiki Ermənistanda sovet hökuməti qurulandan sonra, 1920–1930-cu illərdə Ermənistan SSR Eçmiədzin qəzasının inzibati ərazi bölgüsünə Baş Abaran adı ilə daxil edilmişdir. 9 sentyabr 1930-cu ildə Abaran adında rayon yaradılmışdır. Erməni mənbələrində Abaran toponiminin erməni dilində "imarət, saray" mənasında işlənən aparank sözündən əmələ gəldiyi göstərilir. Bu, həqiqətdən, elmi izahdan uzaqdır. Toponim apar Türk etnoniminə cəmlik bildirən — an şəkilçisinin qoşulması ilə əmələ gəlib "aparların (avarlar) yaşadığı yer" mənasını ifadə edir. Etnotoponimdir. Quruluşca düzəltmə toponimdir. Erməni mənbələrində Aparan formasında qeyd edilir. Mahal xanlıqdan əvvəl İrəvan əyalətinin Abaran nahiyəsini əhatə edir. Nahiyə oradakı Baş Abaran kəndinin və Abaran çayının adı ilə adlanırdı. 1935-ci ildə Aparan adlandırılmışdır. 1939-cu ildən Aparan rayonunun və mərkəzinin adıdır. Orta əsrlərdə ermənicə yazılışı Aparan idi. Lakin 1590-cı ilə aid türkcə mənbədə Abaran kimidirXVIII əsrin ortalarına aid ermənicə mənbədə Abaranda ermənilərin yaşadığı göstərilsə dətoponim erməniə deyildir.XIX əsrdə Şimali Qafqazda Kuban əyalətinin Maykop dairəsində Abarançay Azərbaycanda Avarandaq (Qusar r-nu), Avaran kəndi (Xaçmaz rayonu) toponimləri ilə mənşəcə eynidir. Abaran qədim türk mənşəli tayfanın adıdır və mənşəcə Abar (Avar) tayfası ilə bağlıdır. Eramızın II–III əsrlərində Kür sahilində Obaren adlı tayfanın yaşaması qeyd olunur . V əsr erməni müəllifi Yeqişe Balasakanda yaşayan bir tayfanın "Aparn" adlandığını yazmışdır. Hər iki etonim Abar (Avar) tayfasının adını əks etdirir. Cənub-Şərqi Avropa çöllərində hunlarda Abar (Avar) tayfasının adını V əsr müəllifi Prisk Paniyski 463-cü ilə aid hadisələrdə çəkmişdir. 555-ci ildə Qərbi Türk xaqanlığının sərkərdəsi Istəmi Dərbənd keçidi ilə Albaniyaya (Arrana) gəldikdə burada abarlarla toqquşmuşdu. X əsrdə xəzərlərin tayfaları içərisində (abar, abas, uquz, tarna, bizal və s.) abar tayfası da vardı. Ona görə Abaran (ermənicə yazılışı Aparan) toponiminin erməni dilində aparan "saray" sözündən ibarət olması fikri qondarmadır. Abaran adlı türk mənşəli tayfanın mövcud olması XVI əsrdə Rəvan əyalətində Abaranoğlu (bax) kəndinin adı ilə də təsdiqlənir.

Abaran çayı

Abaran çayı İrəvan quberniyasının Eçmiədzin qəzasında, indi Abaran rayonunda çay. Uzunluğu 98 km-dir. Hidronim apar (avar) Türk tayfasının adını əks etdirir. Etnohidronimdir.

Həmçinin bax

  • Abaran

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, Abaran mahalı haqqında məlumat. Abaran mahalı nədir? Abaran mahalı nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Fevral 27, 2026

    Sarı Aşıq

  • Fevral 27, 2026

    Pompey

  • Fevral 27, 2026

    İrtış

  • Fevral 27, 2026

    Yuxarı Ləgər

  • Fevral 27, 2026

    Murğuz (Zəngəzur)

Trend Mahnılar
  • Fevral 21, 2026

    Uzeyir Mehdizade - Popuri 3 ( Ekskluziv )

  • Fevral 24, 2026

    Qurban Qurbanzade - Meni Gel Apar Burdan ( Ai Seymur Memmedov Ürəyim )

  • Fevral 17, 2026

    Vusal Bilesuvarli & Naibe Sabirabadli - Eşq Əsiri (Klip 2026)

  • Fevral 17, 2026

    Xumar Qedimova - Dünya

  • Fevral 21, 2026

    Xatire İslam - Heyatima Xoş Gelmisen 2026 (Yeni Klip) 4K

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst