Azərbaycanca (AZ) Azərbaycanca (AZ)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

"JW Marriott Absheron" — Azərbaycan Respublikasının paytaxtı olan Bakı şəhərində beşulduzlu mehmanxana. “JW Marriott”a məxsusdur.

Abşeron (otel)

  • Ana Səhifə
  • Vikipediya
  • Abşeron (otel)

"JW Marriott Absheron" — Azərbaycan Respublikasının paytaxtı olan Bakı şəhərində beşulduzlu mehmanxana. “JW Marriott”a məxsusdur.

JW Marriott Absheron
Xəritə
40°22′27″ şm. e. 49°51′22″ ş. u.HGYO
Ölkə  Azərbaycan
Şəhər Bakı
Tikilmə tarixi 2012
Mərtəbə sayı 21
Memarlıq quruluşu Modern
Vəziyyəti Fəaliyyət göstərir
JW Marriott Absheron (Azərbaycan)
Nöqtə
JW Marriott Absheron
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Köhnə “Abşeron” mehmanxanasının yerində tikilən yeni “JW Marriott Absheron” hoteli dünya şöhrətli “Marriott International” şirkətinin Azərbaycan Respublikasındakı ilk mehmanxanasıdır. Bakıda beynəlxalq səviyyəli bu cür mehmanxanaların tikilməsi Azərbaycanda turizmin inkişafının istər yerli, istərsə də xarici şirkətlər üçün yaradılan əlverişli investisiya mühitinin bariz göstəricisidir. Mehmanxana öz tarixi “Abşeron” adını da saxlamışdır. Çünki 1980-ci illərdə burada “Abşeron” mehmanxanasının tikilməsi o dövr üçün böyük hadisə idi.

Mehmanxanada otaqların layihələndirilməsi və tərtibatı zamanı Azərbaycanın təbiəti, memarlıq abidələri, eləcə də Xəzər dənizinin elementləri öz əksini tapmışdır. Mehmanxanada yüksək kateqoriyalı “Executive studio”, “Executive Deluxe”, “Executive Premier” və “President luxe” də daxil olmaqla ümumilikdə 243 geniş otaq vardır.

Hoteldə şərq mətbəxinin təamlarının təklif edildiyi “Fireworks Oriental Kitchen”, İtaliya mətbəxinin nümunələri olan “OroNero Bar & Ristorante” restoranları, “Razzmatazz Cocktail & Lounge” barı və “Zest Lifestyle” kafesi vardır. Burada, həmçinin Azadlıq meydanı tərəfdən xüsusi girişi olan restoranlar, bar və kafe fəaliyyət göstərir.

Mehmanxananın binasının üst üç mərtəbəsini əhatə edən “Abşeron Spa” mərkəzində qonaqlar Bakının və Xəzər dənizinin füsunkar mənzərəsini seyr etmək imkanına malikdirlər. Mərkəzdə altı prosedura otağı, daxili hovuz, buxar otağı və sauna vardır.

İşgüzar görüşlər və konfransların keçirilməsi üçün hoteldə təbii günəş işığı ilə işıqlandırılan 13 iclas zalı vardır. Hotelin mirvarisi hesab olunan 1208 kvadratmetrlik sütunsuz “Şərq” zalında böyük tədbirlərin, sərgilərin və digər mərasimlərin keçirilməsi üçün hər cür şərait yaradılmışdır.

Mehmanxananın həyətindən dənizkənarı bulvara çıxan yeraltı keçid tikilmişdir.

Mündəricat

Açılışı

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və xanımı Mehriban Əliyeva 1 aprel 2012-ci il tarixində “JW Marriott Absheron” hotelinin açılışında iştirak ediblər.

Poçt markası üzərində

2012-ci ilin may ayının 14-də Bakı şəhərində Azərbaycan Respublikası Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin "Azərmarka" şirkəti tərəfindən "Avroviziya - 2012"-yə həsr olunmuş yeni poçt markaları təqdim edilmişdir. Qiyməti 60 qəpik, tirajı isə 10000 ədəd olan həmin markalardan birinin üzərində “JW Marriott Absheron” hotelinin təsviri verilmişdir.

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, Abşeron (otel) haqqında məlumat. Abşeron (otel) nədir? Abşeron (otel) nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Fevral 26, 2026

    Nəsirvazçay

  • Fevral 27, 2026

    Elçin Hüseynbəyli

  • Fevral 27, 2026

    2000-ci il

  • Fevral 25, 2026

    Niamey

  • Fevral 27, 2026

    Argiya (okeanida)

Trend Mahnılar
  • Fevral 17, 2026

    Xumar Qedimova - Dünya

  • Fevral 25, 2026

    Damla - Anam Demişdi 2026 (Yeni Klip) 4K

  • Fevral 21, 2026

    Xatire İslam - Heyatima Xoş Gelmisen 2026 (Yeni Klip) 4K

  • Fevral 17, 2026

    Gel Mene Addim Addim - Selale Sesli ( Tik Tok Her Kesin Axtardigi Mahni 2026 )

  • Fevral 21, 2026

    Uzeyir Mehdizade - Popuri 3 ( Ekskluziv )

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst