Azərbaycanca (AZ) Azərbaycanca (AZ)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Sauna — tərləmə yolu ilə bədəndəki su və toksinlərin normaya salınması, dəridəki məsamələrin açılması və dərinin təmizlənməsi kimi öhdəlikləri özündə cəmləşdirə

Sauna

  • Ana Səhifə
  • Vikipediya
  • Sauna

Sauna — tərləmə yolu ilə bədəndəki su və toksinlərin normaya salınması, dəridəki məsamələrin açılması və dərinin təmizlənməsi kimi öhdəlikləri özündə cəmləşdirən yüksək istilikli otaqlardır.

Müasir sauna

Adətən 5–6 nəfərlik otaqlardan ibarət sauna günümüzdə bir çox idman zallarında, hamamlarda və gözəllik mərkəzlərində fəaliyyət göstərir. Bununla yanaşı, bir sıra yaşayış sahələrində də sauna otağı mövcuddur. Ənənəvi saunalarda, daxili mühit müəyyən ağac növləri istifadə edilərək hazırlanır və strukturu pillə şəklində oturma yerlərindən ibarət olur. Saunalarda taxtadan istifadə edilməsində əsas məqsəd, yüksək istilik şəraitində istifadəçinin rahatlığını maksimallaşdırmaqdır. Sauna sobası, adətən otağın orta hissəsində yer alır və əsas istilik mənbəyidir. Ənənəvi saunalarda soba odun alovu ilə, müasir saunalarda isə elektrik ilə çalışır. Sobanın üst hissində yerləşən sauna daşları, sobanın qızması ilə isinir. Zaman-zaman otaqdakı nəmişlik və istilik dərəcəsini artırmaq üçün bu daşların üstünə su tökülərək buxar əldə edilir. Xüsusilə Skandinaviya regionunda sauna daşlarının üstünə tökülən suya müxtəlif ətirlər qarışdırılır. Şam ağacı cövhəri, nanə və s. kimi ətirli yağlardan bir neçə damcı əlavə olunan su sauna daşlarına töküləndə xoş bir qoxu yayır, o cümlədən buxar vasitəsi ilə dəriyə sorulur.

Mündəricat

Tarixi

Sauna ilk olaraq Orta Asiyada istifadə olunmuş, ardınca Rusiyaya, Rusiyadan isə Skandinaviya ölkələrinə yayılmışdır. Bugünkü halı ilə sauna anlayışı isə əsasən Finlandiyada formalaşmışdır. İlk ictimai sauna 1936 Yay Olimpiya Oyunlarında iştirak edən fin idmançıların istəyi ilə Berlindəki olimpiya kəndində inşa edilmişdir. Digər ölkələrdən gələn idmançıların ilk dəfə Berlində istifadə etdikləri bu sauna, sauna mədəniyyətinin dünyaya yayılmasında böyük əhəmiyyət kəsb etmişdir. Bu gün, müasir elektrik qızdırıcıları və onların əlavə texnoloji avadanlıqları Finlandiyada və dünyada geniş istifadə olunur.

Faydaları

Mütəxəssislər sanunanın çəki azalmasındakı rolunu onun başlıca faydalarından biri kimi xarakterizə edirlər. Beləki, saunada tərləmə bədənin rahatlamasını təmin edir, tərləmə ilə birlikdə, dəridəki toksin təmizlənir və bədəndəki zərərli kimyəvi maddələr tərləmə ilə atılır. Buna əlavə olaraq, yüksək temperatur sayəsində əzələlər rahatlayır və beləliklə zehni dincəlmə də təmin olunur. Saunadan yayğın istifadə daha çox idman fəaliyyətindən sonra baş tutur.

Həmçinin bax

  • Cakuzi

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, Sauna haqqında məlumat. Sauna nədir? Sauna nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Fevral 27, 2026

    Məsuliyyət

  • Fevral 27, 2026

    Tit (imperator)

  • Fevral 27, 2026

    Svan dili

  • Fevral 27, 2026

    Tremarctinae

  • Fevral 27, 2026

    Orxon çayı

Trend Mahnılar
  • Fevral 21, 2026

    Xatire İslam - Heyatima Xoş Gelmisen 2026 (Yeni Klip) 4K

  • Fevral 22, 2026

    Qurban Qurbanzade - Meni Gel Apar Burdan ( Ai Seymur Memmedov )

  • Fevral 21, 2026

    Uzeyir Mehdizade - Popuri 3 ( Ekskluziv )

  • Fevral 17, 2026

    Gel Mene Addim Addim - Selale Sesli ( Tik Tok Her Kesin Axtardigi Mahni 2026 )

  • Fevral 21, 2026

    Lord Vertigo & Nilay Sems - Kimdir En Gozel ( Yeni 2026 )

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst