Azərbaycanca (AZ) Azərbaycanca (AZ)Deutsch (DE) Deutsch (DE)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)සිංහල (LK) සිංහල (LK)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)中國人 (CN) 中國人 (CN)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

"ARB Şimal" Televiziya Şirkəti 2007-ci il noyabr ayının 15-də fəaliyyətə başlayıb. Kanal Xaçmazdan yayımlanır. "ARB Şimal" Azərbaycanda daxili şəbəkəsi rəqəmsal

ARB Şimal

  • Ana Səhifə
  • Vikipediya
  • ARB Şimal

ARB Şimal — 2007-ci ildə "Regional TV" adıyla Xaçmaz rayonunda yayıma başlayan televiziya kanalı.

ARB Şimal
Loqonun şəkli
Ölkə Azərbaycan Azərbaycan
Yayım ərazisi Xaçmaz
Quba
Qusar
Şabran
Siyəzən
Xızı
Dil Azərbaycan dili
Baş qərargah Mirzə Fətəli Axundov küçəsi 45A, Xaçmaz, Azərbaycan
Yaranma tarixi 15 noyabr 2007
Rəhbərlik Məhsim Məhsimov
Keçmiş adları Regional TV (15 noyabr 2007 – 19 sentyabr 2016)
Şüar Gəlin ARB-yə baxaq!
Qardaş kanallar ARB
Kəpəz TV
ARB Cənub
Kanal-S
EL TV
ARB 24
Kəpəz FM
ARB Günəş
Sayt arbtv.az

Tarixçə

"ARB Şimal" Televiziya Şirkəti 2007-ci il noyabr ayının 15-də fəaliyyətə başlayıb. Kanal Xaçmazdan yayımlanır. "ARB Şimal" Azərbaycanda daxili şəbəkəsi rəqəmsal texnologiya ilə təchiz olunan ilk televiziya kanalıdır. Televiziyanın yayım dairəsinə Xaçmaz, Quba, Qusar, Şabran, Siyəzən, Xızı rayonları daxildir. 2011-ci ildən etibarən "ARB Şimal" internet vasitəsilə dünyanın istənilən nöqtəsindən izləmək mümkündür. "ARB Şimal"ın struktur quruluşu 5 departamentdən ibarətdir. Xəbərlər və Sosial–İctimai Proqramlar, Efir Təminatı, Maliyyə və Kadrlar, Layihələr, Efirdən Kənar Təminat departamentləri.

Televiziyanın kollektivi uzun illərin televiziya təcrübəsinə malik peşəkar kadrlarla yanaşı həm də istedadlı və perspektivli gənclərdən təşkil olunub. "ARB Şimal"da həftəlik yayım həcmi 126 saatdır.

Telekanalın xəbərlər xidməti fəaliyyatə başladığı gündən operativliyi və baş verənlərə obyektiv münasibətilə rəğbət qazanıb

"ARB Şimal" Azərbaycanda dublyaj studiyası olan ilk regional televiziya kanalıdır. Burada 900-ə yaxın bədii və sənədli film Azərbaycan dilində səsləndirilib. Televiziyaçılığa peşəkar yanaşma şirkətin əsas prioritetidir. Fəaliyyəti dövründə televiziyanın istehsalı olan bir sıra layihələr müxtəlif yerli və beynəlxalq festivallarda uğur qazanıb. "ARB Şimal" 2007-ci və 2009-cu illərdə ilin region televiziyası seçilib.

"Xəbər vaxtı" informasiya buraxılışı "yerli xəbərləri dolğun və operativ işıqlandırdığına, aktual problemləri diqqətdə saxladığına" görə "Media Açarı 2010" mükafatına layiq görülüb. "ARB Şimal" bu mükafat təsis olunduqdan bəri onu qazanan ilk regional media qurumudur. 2011-ci ildə isə televiziyanın istehsalı olan "İşıqlı zülmət" filmi H.Əliyev fondunun, BMT-nin Əhali fondunun, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin birgə təşkil etdiyi, 36 yerli, 10 xarici filmin qatıldığı "Azərbaycan Ailəsi 2011" film festivalında ən yaxşı film nominasiyasında qalib olub. 2015-ci ildə ARB Şimalın "Rənglər" sosial çarxı "Azərbaycan ailəsi 2015" film festivalında "Ən yaxşı sosial çarx" nominasiyasında xüsusi mükafata layiq görülüb. Televiziyanın əməkdaşları ABŞ, Türkiyə, Rusiya, Almaniya, Böyük Britaniyada təcrübə keçib.

"ARB Media Qrup"un tərkibinə daxil olan telekanal 19 sentyabr 2016-cı il tarixinədək RTV adlandırılıb. Qeyd olunan tarixdən etibarən isə brendini "ARB" brendinə uyğun şəkildə yeniləyərək "ARB Şimal" adı ilə fəaliyyətini davam etdirməkdədir.

Loqoları

  • 10 may 2014-cü il tarixinədək olan loqo
    10 may 2014-cü il tarixinədək olan loqo
  • 10 may 2014–19 sentyabr 2016 tarixləri arasında istifadə etdiyi loqo
    10 may 2014–19 sentyabr 2016 tarixləri arasında istifadə etdiyi loqo
  • 19 sentyabr 2016-cı ildən etibarən televiziyanın loqosu
    19 sentyabr 2016-cı ildən etibarən televiziyanın loqosu

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, arb şimal sözünün mənası, arb şimal haqqında məlumat. arb şimal nədir? arb şimal nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Fevral 27, 2026

    Qoşma (qrammatika)

  • Fevral 25, 2026

    Varfolomey gecəsi

  • Fevral 27, 2026

    Yarkənd

  • Fevral 23, 2026

    Mehriban Əliyeva

  • Mart 01, 2026

    Eduardo Kamavinqa

Trend Mahnılar
  • Fevral 17, 2026

    Cahangir Aliyev & Gülnar Zeynalova - Asta - Asta 2026 (Yeni Klip)

  • Mart 06, 2026

    Lord Vertigo & Sevinc Urek - Umrumda Deyil 2026 ( Yeni Klip )

  • Fevral 24, 2026

    Pərviz Bülbülə & Türkan Vəlizadə - Surpriz

  • Fevral 17, 2026

    Selale Sesli - Gel mene addim addim Remix

  • Fevral 21, 2026

    Xatire İslam - Heyatima Xoş Gelmisen 2026 (Yeni Klip) 4K

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst