Azərbaycanca (AZ) Azərbaycanca (AZ)Deutsch (DE) Deutsch (DE)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)සිංහල (LK) සිංහල (LK)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)中國人 (CN) 中國人 (CN)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Şimal–qərb bölgəsini əhatə edən "Kanal–S" Televiziya Şirkəti 29 dekabr 2008-ci ildən fəaliyyət göstərir. İnzibati binası Şəki rayonunda yerləşir. Telekanal 24 s

ARB Şəki

  • Ana Səhifə
  • Vikipediya
  • ARB Şəki

Kanal-S — 2008-ci ildə Şəki şəhərində yayıma başlayan televiziya kanalı.

Kanal-S
Loqonun şəkli
Ölkə Azərbaycan Azərbaycan
Yayım ərazisi Azerspace-1 peykinin əhatə dairəsi
Dil Azərbaycan dili
Baş qərargah 20 yanvar küçəsi, Şəki, Azərbaycan
Yaranma tarixi 29 dekabr 2008
Rəhbərlik Rəşad Məmmədov
Keçmiş adları ARB Şəki (19 sentyabr 2016–7 yanvar 2022)
Şüar Sizdəyik!
Qardaş kanallar ARB
Kəpəz TV
ARB Şimal
ARB Cənub
EL TV
ARB 24
Kəpəz FM
ARB Günəş
Sayt kanal-s.az

Tarixi

Şimal–qərb bölgəsini əhatə edən "Kanal–S" Televiziya Şirkəti 29 dekabr 2008-ci ildən fəaliyyət göstərir. İnzibati binası Şəki rayonunda yerləşir. Telekanal 24 saat yayımlanmaqla regional televiziyalar arasında ilkə imza atıb. Kanalın 3 fərqli rayonda ötürücüsü olmaqla 51, 54 və 32-ci kanallardan ölkənin 70%-dən çox ərazisinə yayımlanır. Həmçinin internet vasitəsilə dünyanın istənilən ölkəsində telekanalı izləmək olar. Yüksək, müasir standartlara cavab verən texniki avadanlıqlarla və rəqəmsal sistemlə də təchiz olunub. Güclü və keyfiyyətli studiya kameraları, ən son montaj proqramları mövcuddur.

"Kanal-S" 7 departamentdən ibarətdir: Xəbərlər, Bədii və Yaradıcılıq departamenti, Proqram departamenti, Texniki departament, Təsərrüfat və Nəqliyyat departamenti, Maliyyə və Kadrlar departamenti, Mühafizə departamenti. Televiziyada 135 nəfər çalışır.

Kollektiv televiziya sahəsində öz sözünü demiş təcrübəli və peşəkar kadrlarla yanaşı, istedadlı gənclərdən təşkil edilib. "Kanal-S" Həmidə Ömərova, Nadir Bədəlov, Anar Ağakişiyev, Yusif Cəfərov kimi məşhurlarla əməkdaşlıq edir.

Telekanalın həftəlik yayım həcmi 168 saatdır. Yayımın 75%-ni televiziyanın öz istehsalı olan proqramlar, 5%-ni ölkə ərazisində, 20%-ni isə xaricdə istehsal olunan proqramlar, filmlər təşkil edir. "Sizə hamıdan yaxınıq" devizini əsas götürən şirkətin prioriteti operativlik və obyektivlikdir.

19 sentyabr 2016-cı il tarixindən etibarən "Kanal-S" olan telekanalın adı dəyişdirilərək "ARB Şəki" olmuşdur.

8 yanvar 2022-ci il tarixindən etibarən "ARB Şəki" olan telekanalın adı dəyişdirilərək yenidən "Kanal-S" olmuşdur.

28 yanvar 2022-ci ildən etibarən "Azerspace-1" peykində və "KATV1" kabel televiziyasında yayıma başlayıb.

14 fevral 2022-ci ildən etibarən artıq rəngarəng verilişlərlə tamaşaçıların görüşünə gəlib. Əsas məqsəd isə bölgələrin, rayon və şəhərlərimizin təbliği, Azərbaycanda güclü turistik potensialı olan məkanların, kənd təsərrüfatının və digər infrastrukturların tanıdılmasıdır.

Hazırda kanalda 121 əməkdaş çalışır və 14 veriliş istehsal olunur.

Kanal-S-də yayımlanan "Sözün bitdiyi an" proqramının 28 mart 2025-ci il buraxılışında aparıcı Nigar Fərhad "Mənim oğlum olsa, mən ona atası olmayan qızı ala bilmərəm" fikrini səsləndirib. Aprelin 1-də Audiovizual Şura bunun "Media haqqında" qanunun 14.1.4 nömrəli "irqi, dini, mənşə, cinsi, etnik və digər ayrı-seçkilik təbliğ olunmamalıdır" maddəsini pozduğu qərarına gəlib və televiziya kanalına ən uzunmüddətli yayımın dayandırılması sanksiyası tətbiq edilərək proqramlarının yayımının aprelin 4-5 aprel tarixləri arasında 24 saatlıq dayandırılması ilə bağlı qərar verib.

  • ARB Şəki adıyla yayımlandığı müddətdə istifadə etdiyi loqo
    ARB Şəki adıyla yayımlandığı müddətdə istifadə etdiyi loqo

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, arb şəki sözünün mənası, arb şəki haqqında məlumat. arb şəki nədir? arb şəki nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Fevral 24, 2026

    Kristapor İvanyan

  • Fevral 27, 2026

    Könül Bünyadzadə

  • Mart 02, 2026

    Loryan

  • Fevral 27, 2026

    Smilax china

  • Fevral 27, 2026

    Horatsilərin andı

Trend Mahnılar
  • Fevral 25, 2026

    Damla - Anam Demişdi 2026 (Yeni Klip) 4K

  • Fevral 24, 2026

    Pərviz Bülbülə & Türkan Vəlizadə - Surpriz

  • Fevral 21, 2026

    Uzeyir Mehdizade - Ruh Ekizim ( Official Video Clip ) 2026

  • Fevral 21, 2026

    Uzeyir Mehdizade - Popuri 3 ( Ekskluziv )

  • Fevral 21, 2026

    Xatire İslam - Heyatima Xoş Gelmisen 2026 (Yeni Klip) 4K

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst