Azərbaycanca (AZ) Azərbaycanca (AZ)Deutsch (DE) Deutsch (DE)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)සිංහල (LK) සිංහල (LK)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)中國人 (CN) 中國人 (CN)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Aşıq Cahad (Nacıyev) (1917, Böyük Qaraqoyunlu – 3 iyun 2013, Çənlibel, Şəmkir rayonu) — Aşıq Ələsgərin kiçik oğlu Aşıq Talıbın şagirdi.

Aşıq Cahad

  • Ana Səhifə
  • Vikipediya
  • Aşıq Cahad

Aşıq Cahad (Nacıyev) (1917, Böyük Qaraqoyunlu – 3 iyun 2013, Çənlibel, Şəmkir rayonu) — Aşıq Ələsgərin kiçik oğlu Aşıq Talıbın şagirdi.

Aşıq Cahad
Aşıq Cahad
Aşıq Cahad
Doğum tarixi 1917
Doğum yeri Qaraqoyunlu, Göyçə mahalı
Vəfat tarixi 2013 (95–96 yaşında)
Vəfat yeri
  • Çənlibel, Şəmkir rayonu, Azərbaycan
Dəfn yeri
  • Çənlibel
Fəaliyyəti şair

Həyatı

Aşıq Cahad 1917-ci ildə Göyçə mahalının Qaraqoyunlu kəndində dünyaya göz açıb. Söylədiyinə görə, atası Camal kişi (1884–1965) savadlı olub, bir neçə dil bilməklə yanaşı, saz-söz sənətinin gözəl bilicisi olduğundan, artıq 15 yaşında yaddaşıyla tutumlu saz-dastan yatırına yiyələnib. Havacatı hər yayı Göyçədə keçirən Aşıq Əsəddən öyrənsə də, 30-cu illərin II yarısında Aşıq Talıb və Aşıq Nəcəf onu həmişəlik şagirdliyə götürürlər. O, 1947–1948-ci illərdə artıq qocalmış Aşıq Əsədin evində qalıb, onunla da məclis keçirirmiş. Daha sonralar Aşıq Cahad Göyçəyə qayıdaraq ustadının oğlu və qardaşı oğlu ilə məclislərə gedərmiş. Ozü də sonuncu ilə — Aşıq Nəcəflə daha çox.

Papır Canbaxışov, Sərraf Şiruyə, Aşıq Cahad, İsgəndər Hidayətov, Molla Əmirxan. İstisu, Kəlbəcər, 1980-ci il

Aşıq Cahad da, artıq yaşı ötdukdən sonra, Şərqi Azərbaycanda, eləcə də Bakıda tanınmağa başlayıb. Belə ki, televiziya və radionun fondunda onun 1990-cı illərədək bircə lent yazısı yox idi. 1987-ci ildə Göyçə aşıqlarının və el şairlərinin – Haqverdi Talıboğlunun, onun özünün, Daşkəndli Aşıq Hacının, Babacanlı Aşıq Mikayılın, Zəki Islam, Eldar İsmayıl və digərlərinin Bakı səfəri zamanı televiziya və radionun saymazyanalığı və yekəxanalığından qəzəbləndim və Dövlət səs yazıları arxivinin direktoru Yaqub Mədətovun milli qeyrətindən faydalanmalı oldum. Məhz onun köməyi ilə Aşıq Cahad və Ağbabalı Aşıq İskəndər 3 dekabr 1987-ci il tarixdə ilk dəfə səs və çalğılarının studiya lent yazılarını eşidə bildilər.

Aşıq Cahadın söylədiyinə görə, Kəlbəcərin Keşdək kəndindən Aşıq Bəhmən onun ilk şagirdi olub və sonralar Sarıyaqubdan və Dağıstandan daha bir neçə nəfəri öyrədib.

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, aşıq cahad sözünün mənası, aşıq cahad haqqında məlumat. aşıq cahad nədir? aşıq cahad nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Mart 06, 2026

    Nyevr

  • Mart 01, 2026

    Şərqi-rus (qəzet)

  • Fevral 23, 2026

    Eukaryota

  • Fevral 25, 2026

    Provans

  • Fevral 27, 2026

    I Yustin

Trend Mahnılar
  • Fevral 21, 2026

    Lord Vertigo & Nilay Sems - Kimdir En Gozel ( Yeni 2026 )

  • Fevral 24, 2026

    Afshin Azari - Can Deme 2026 (Yeni Klip)

  • Fevral 17, 2026

    Cahangir Aliyev & Gülnar Zeynalova - Asta - Asta 2026 (Yeni Klip)

  • Fevral 21, 2026

    Xatire İslam - Heyatima Xoş Gelmisen 2026 (Yeni Klip) 4K

  • Mart 06, 2026

    Şöhret Memmedov - Yazıq Üreyim (Official Video)

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst