Azərbaycanca (AZ) Azərbaycanca (AZ)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Aşıq Ədalət (Ədalət Məhəmmədəli oğlu Nəsibov; 27 yanvar 1939, Qazax – 14 sentyabr 2017, Bakı) — Azərbaycan aşığı, Azərbaycan SSR əməkdar incəsənət xadimi (1990)

Aşıq Ədalət

  • Ana Səhifə
  • Vikipediya
  • Aşıq Ədalət

Aşıq Ədalət (Ədalət Məhəmmədəli oğlu Nəsibov; 27 yanvar 1939, Qazax – 14 sentyabr 2017, Bakı) — Azərbaycan aşığı, Azərbaycan SSR əməkdar incəsənət xadimi (1990).

Aşıq Ədalət
Doğum adı Ədalət Məhəmmədəli oğlu Nəsibov
Təxəllüsü Dədə Ədalət
Doğum tarixi 27 yanvar 1939(1939-01-27)
Doğum yeri
  • Qazax, Qazax rayonu, Azərbaycan SSR, SSRİ
Vəfat tarixi 14 sentyabr 2017(2017-09-14) (78 yaşında)
Vəfat yeri
  • Bakı, Azərbaycan
Dəfn yeri
  • Ağköynək
Milliyyəti azərbaycanlı
Fəaliyyəti şair, aşıq, müğənni
Fəaliyyət illəri 1950–2017
Janr aşıq musiqisi
Üzvlüyü
  • Azərbaycan Aşıqlar Birliyi
Mükafatları "Azərbaycan SSR əməkdar incəsənət xadimi" fəxri adı — 1990

Mündəricat

Həyatı

Ədalət Nəsibov 27 yanvar 1939-cu ildə Qazaxda pinəçi ailəsində anadan olmuşdur. Saz çalmağı atasından öyrənmişdir. Gənc yaşlarından fitri istedadı üzə çıxmış, məclislərə dəvət almışdır. 11 yaşındaykən Kremlin Qurultaylar Sarayında saz çalır. 1950-ci ildə Bakıya dəvət olunur. Aşıq Ədalət sazı 50-dən çox ölkədə tanıdır, saza yeniliklər gətirir.

Xalq şairi Səməd Vurğun onun çalğısının vurğunu olmuşdur.

UNESCO-da dünyanın nadir musiqi ifaçıları sırasında diski buraxılmışdır. Saza 5 pərdə, o cümlədən 7 yarım pərdə, 6 sinə pərdəsi əlavə etmişdir.

Xalq yazıçısı Mirzə İbrahimov onun haqqında demişdir: "Əgər Azərbaycan xalqının incəsənət aləmində heç bir nümayəndəsi olmasaydı, təkcə Ədalətin sazı ilə dünya mədəniyyəti meydanına çıxa bilərdik."

Türk yazıçısı Əziz Nesin onun haqqında söyləmişdir: "Ədalətin ifası təkrarsız həyat kimidir. Onun üzü daim təzəliyədir, sonu gülüstanlara çıxan dağ çayına bənzəyir. Ələsgər aşiq, söz sənətində kimdirsə, Ədalət də saz sənətində odur".

O, "Qaytarma", "Baş sarıtel", "Ruhani", "Yanıq Kərəm" və başqa saz havalarının bənzərsiz ifaçısıdır.

14 sentyabr 2017-ci ildə 78 yaşında uzun sürən xəstəlikdən sonra Bakı şəhərində vəfat etmişdir. 15 sentyabrda Qazax rayonunun Ağköynək qəbiristanlığında dəfn olunmuşdur.

Mükafatları

  • "Azərbaycan SSR əməkdar incəsənət xadimi" fəxri adı — 24 sentyabr 1990
  • Azərbaycan Respublikası Prezidentinin təqaüdü — 10 oktyabr 1997
  • Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdü — 11 iyun 2002
  • "Şərəf" ordeni ilə təltif edilmişdir.

Ustadı, şagirdləri

  • Ustadı Aşıq Əli olmuşdur.
  • Şagirdi Aşıq Xanlar Məhərrəmov

Filmoqrafiya

  • Yeddi oğul istərəm... (film, 1970)
  • Aşıq Ələsgər (film, 1972)
  • Ədalət (film, 1971)
  • Prima (film, 1994)
  • Tanrı payım, telli sazım (film, 2007)

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, Aşıq Ədalət haqqında məlumat. Aşıq Ədalət nədir? Aşıq Ədalət nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Fevral 28, 2026

    Çiçi-Səbətlər bələdiyyəsi

  • Fevral 26, 2026

    Tiflis əmirliyi

  • Fevral 27, 2026

    Xamiz Muradov

  • Fevral 27, 2026

    Buludlar

  • Mart 01, 2026

    Soba

Trend Mahnılar
  • Fevral 21, 2026

    Ceyhun SazMen & Vefa Serifova - Popuri 2026 (Yeni Klip) 4K

  • Fevral 22, 2026

    Qurban Qurbanzade - Meni Gel Apar Burdan ( Ai Seymur Memmedov )

  • Fevral 17, 2026

    Xumar Qedimova - Dünya

  • Fevral 21, 2026

    Uzeyir Mehdizade - Ruh Ekizim ( Official Video Clip ) 2026

  • Fevral 17, 2026

    Gel Mene Addim Addim - Selale Sesli ( Tik Tok Her Kesin Axtardigi Mahni 2026 )

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst