Ağcaqala (türk. Akçakale) — Türkiyənin Şanlıurfa ilində rayon və şəhər. 1921-ci ildə imzalanmış Ankara müqaviləsinin şərtlərinə görə, Bəlih çayı boyu davam edən şəhər iki yerə bölünmüş, cənub hissəsi Suriyanın Təl-Əbyəz şəhərinə çevrilmişdir.
| Ağcaqala | |
|---|---|
| Akçakale | |
| |
| 36°42′39″ şm. e. 38°56′52″ ş. u.HGYO | |
| Ölkə | |
| Region | Cənub-şərqi Anadolu |
| Rayon | Şanlıurfa |
| Bələdiyyə başçısı | Mehmed Yalçınqaya (AKP) |
| Tarixi və coğrafiyası | |
| Əvvəlki adı | Təl-Əbyəz |
| Sahəsi |
|
| Mərkəzin hündürlüyü | 360 m |
| Saat qurşağı |
|
| Əhalisi | |
| Əhalisi |
|
| Milli tərkibi | ərəb |
| Rəsmi dili | |
| Rəqəmsal identifikatorlar | |
| Poçt indeksi | 63 ХХХ |
| Nəqliyyat kodu | 63 |
| Digər | |
| akcakale.bel.tr | |
![]() Ağcaqala | |
Coğrafiya
Ağcaqala Şanlıurfa şəhərinin 49 kilometr (30 mil) cənub-şərqində, Türkiyənin Suriya ilə olan sərhədində yerləşir. 1921-ci ildə imzalanmış Ankara müqaviləsinin şərtlərinə görə, Bəlih çayı boyu davam edən şəhər iki yerə bölünmüş, cənub hissəsi Suriyanın Təl-Əbyəz şəhərinə çevrilmişdir. Şəhərin ilkin adı Təl-Əbyəz olmuşdur.
İqtisadiyyat
Ağcaqala rayonunun əhalisi əsasən kənd təsərrüfatı ilə məşğul olur. Pambıq və buğda ən çox yetişdirilən məhsullar arasındadır. Həmçinin, rayon ərazisində əhəmiyyətli dərəcədə qarğıdalı becərilir.
Əhali
| İl | Ümumi | Şəhər | Şəhərətrafı |
|---|---|---|---|
| 1965 | 30.879 | 4.526 | 26.353 |
| 1970 | 37.108 | 6.096 | 31.012 |
| 1975 | 33.842 | 7.828 | 26.014 |
| 1980 | 38.460 | 11.184 | 27.276 |
| 1985 | 58.030 | 15.542 | 42.488 |
| 1990 | 48.550 | 15.211 | 33.339 |
| 2000 | 77.261 | 32.114 | 45.147 |
| 2007 | 76.800 | 26.877 | 49.923 |
| 2008 | 79.728 | 25.595 | 54.133 |
| 2009 | 82.093 | 24.890 | 57.203 |
| 2010 | 84.406 | 25.793 | 58.613 |
| 2011 | 87.793 | 27.457 | 60.336 |
| 2012 | 91.731 | 28.684 | 63.047 |
| 2013 | 95.709 | 95.709 | — |
| 2014 | 98.897 | 98.897 | — |
| 2015 | 102.350 | 102.350 | — |
| 2016 | 105.132 | 105.132 | — |
vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, ağcaqala (türkiyə) sözünün mənası, ağcaqala (türkiyə) haqqında məlumat. ağcaqala (türkiyə) nədir? ağcaqala (türkiyə) nə deməkdir?

