Azərbaycanca (AZ) Azərbaycanca (AZ)Deutsch (DE) Deutsch (DE)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)සිංහල (LK) සිංහල (LK)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)中國人 (CN) 中國人 (CN)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Ağbaş — Anadoluya xas, kanqal ilə eyni soydan gələn bir it növü. Ənənəvi olaraq sürü qoruma itləri olaraq yetişdirilən bu itlər, xüsusilə Əskişəhər, Sivrihisar,

Ağbaş (it)

  • Ana Səhifə
  • Vikipediya
  • Ağbaş (it)

Ağbaş — Anadoluya xas, kanqal ilə eyni soydan gələn bir it növü. Ənənəvi olaraq sürü qoruma itləri olaraq yetişdirilən bu itlər, xüsusilə Əskişəhər, Sivrihisar, Əmirdağ arasında və nadir hallarda Polatlı-Haymana regionlarında rast gəlinir. Artıq ABŞ-də da bir çox fermada yetişdirilməyə başlanmışdır.

Ağbaş
Mənşəyi
Ölkə
  •  Türkiyə
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Mündəricat

Mənşəyi

Ağbaşların Ural dağları və Balxaş gölü arasından, Qızıl Orda və Elxanilər dövləti dövründə Mərkəzi Asiyadan gələn türk və monqol tayfaları tərəfindən Anadoluya gətirildiyi düşünülür. Oğuz türkləri Asiyanın şimalından cənubun isti və rütubətli iqliminə uyğunlaşmaq məqsədilə Ağbaş və Qarabaş cinslərini birləşdirərək bu növü yerli iqlimə uyğun hala gətirmişlər. Ağbaşların Əskişəhər, Kütahya və ətraf bölgələrdə yaşadığı, ilk dəfə 3,000 il əvvəl meydana gəldiyi və atalarının digər çoban itləri olduğu düşünülür. Ağbaş itlərinin ağ rəngli olması, sürüdəki digər heyvanlarla qarışıb yırtıcılara ilk hədəf olmamaları üçün xüsusi olaraq seçilmişdir.

Orta əsrlərdə türklər, monqollar, taciklər və digər Mərkəzi Asiya xalqları bu itləri yetişdirmiş və onların yayılmasına səbəb olmuşlar.

Xüsusiyyətləri

Ağbaş itləri iri və atletik bədən quruluşuna sahibdir, duruşları və hərəkətləri olduqca gözəl və zərifdir. Bu itlər, öz müstəqil və bəzən dominant xarakterləri ilə tanınır. Yetkinlik yaşına çatana qədər təlimlərinin davamlı olması vacibdir. Əsas təlimi 3–6 aylıq dövrdə alırlar, 6–9 aylıq dövr isə inkişaf etdirmə təlimləri üçün uyğundur. Kənd ərazisində isə 5 aylıq ağbaşlar sürülərə çobanlıq etməyə başlayırlar. Çəkisi 40–64 kq, boyu 71–86 sm arasında olur. Tükləri düz və uzundur. Aktivlik dərəcəsi aşağı, öyrənmə qabiliyyəti və mühafizəkarlığı yüksəkdir. Sakit və səssiz olan bu itlər ildə 2 dəfə, orta hesabla 21 gün cütləşmə ehtiyacı hiss edirlər. 58–63 gün davam edən hamiləlikdən sonra 8–9 bala dünyaya gətirirlər. Yaşama müddətləri isə 10–15 ildir.

Ağbaş itləri qoruduğu insanlara və heyvan sürülərinə qarşı çox həssasdır, lakin qurd, ayı və çaqqal kimi yırtıcılara qarşı olduqca aqressivdir. Evə gələn qonaqlara qarşı şübhə ilə yanaşır. Ağbaş Anadolu bölgəsinin ən qədim qoruma və çoban itlərindən biri kimi, sürünü dağıtmadan təkbaşına idarə edə biləcək qədər bacarıqlıdır. Gecə saatlarında, gündüzə nisbətən daha diqqətli və mühafizəkar olurlar.

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, ağbaş (it) sözünün mənası, ağbaş (it) haqqında məlumat. ağbaş (it) nədir? ağbaş (it) nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Fevral 27, 2026

    Marksizm–leninizm

  • Mart 06, 2026

    Aşıq Oruc

  • Fevral 27, 2026

    Veber aparatı

  • Fevral 27, 2026

    Darunnədvə

  • Fevral 27, 2026

    Gündüz Ağayev

Trend Mahnılar
  • Fevral 25, 2026

    Damla - Anam Demişdi 2026 (Yeni Klip) 4K

  • Fevral 17, 2026

    Zeyneb Heseni & Sedef Budaqova - Popuri 2026 (Official Video)

  • Mart 06, 2026

    Şöhret Memmedov - Yazıq Üreyim (Official Video)

  • Fevral 24, 2026

    Afshin Azari - Can Deme 2026 (Yeni Klip)

  • Fevral 17, 2026

    Vusal Bilesuvarli & Naibe Sabirabadli - Eşq Əsiri (Klip 2026)

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst