Azərbaycanca (AZ) Azərbaycanca (AZ)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Ağasəlim Sahib oğlu Abdullayev (15 oktyabr 1950, Nardaran) — Azərbaycanın mahir tar ifaçısı, Azərbaycanın Respublikasının xalq artisti (2007), Prezident təqaüdç

Ağasəlim Abdullayev

  • Ana Səhifə
  • Vikipediya
  • Ağasəlim Abdullayev

Ağasəlim Sahib oğlu Abdullayev (15 oktyabr 1950, Nardaran) — Azərbaycanın mahir tar ifaçısı, Azərbaycanın Respublikasının xalq artisti (2007), Prezident təqaüdçüsü (2019).

Ağasəlim Abdullayev
Ümumi məlumatlar
Doğum adı Ağasəlim Sahib oğlu Abdullayev
Doğum tarixi 15 oktyabr 1950(1950-10-15) (75 yaş)
Doğum yeri
  • Nardaran, Lenin rayonu, Bakı, Azərbaycan SSR, SSRİ
Musiqiçi məlumatları
Fəaliyyəti Tarzən
Janr Muğam
Musiqi aləti tar
Təhsili
  • Azərbaycan Milli Konservatoriyası nəzdində Musiqi Kolleci,
  • Bakı Musiqi Akademiyası
Mükafatları Azərbaycan Respublikasının xalq artisti Azərbaycan Respublikasının əməkdar artisti

Mündəricat

Həyatı

Abdullayev Ağasəlim Sahib oğlu 15 oktyabr 1950-ci ildə anadan olub.

Baba Salahov adına Xalq Çalğı Alətləri Ansamblının bədii rəhbəridir.

Azərbaycan muğamlarını ən klassik, ən düzgün yol ilə ifa edən tarzən hesab olunur.

Süleyman Ələsgərovun "Daimi hərəkət" əsərinin tarda ilk ifaçısıdır.

Mahir tarzən Ağasəlim Abdullayev həm də mahir pedaqoqdur. Azərbaycan mədəniyyətini, musiqisini dünyanın dörd bir yanında təmsil edən, ən çox tanınan tarzənlər — Sahib Paşazadə, Şəhriyar İmanov, Bəhruz Zeynal və bir çox tarzənlər onun tələbələridir. Hazırda pedaqoji fəaliyyətini Azərbaycan Milli Konservatoriyası, Asəf Zeynallı adına musiqi kolleci və Bülbül adına orta-ixtisas musiqi məktəbində davam etdirir.

Mükafatları

2007-ci ildə Azərbaycan Respublikasının Xalq artisti adına layiq görülmüşdür.

10 may 2019-cu ildə Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdünə layiq görülmüşdür.

Ailəsi

A. Abdullayevin 1959-cu il təvəllüdlü həyat yoldaşı Brilyant Abdullayeva, oğlu Vüqar Abdullayev, nəvəsi 2008-ci il təvəllüdlü Ağasəlim Abdullayev, gəlini 1984-cü il təvəllüdlü Səadət Abdullayevadır.

15 mart 2014-cü il gecə saatlarında Suraxanı rayonu ərazisində, Zığ şossesində baş verən qəzada mahir tar ifaçısı Ağasəlim Abdullayev özü, avtomobili idarə edən oğlu, gəlini və nəvəsi ağır xəsarət alıb, həyat yoldaşı və daha bir azyaşlı nəvəsi isə həlak olub. Qəza "Mercedes Gelandewagen" və Ağasəlim Abdullayevin oğluna məxsus "VAZ-2106" markalı avtomobillərin toqquşması nəticəsində baş vermişdir.

Filmoqrafiya

  1. Nigarançılıq (film, 1998)

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, Ağasəlim Abdullayev haqqında məlumat. Ağasəlim Abdullayev nədir? Ağasəlim Abdullayev nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Fevral 27, 2026

    Adıge bayrağı

  • Fevral 27, 2026

    Əbdürrəşid Bakuvi

  • Fevral 27, 2026

    Gürcüstan Konstitusiyası

  • Fevral 27, 2026

    Manqışlaq körfəzi

  • Fevral 27, 2026

    Kobra manevri

Trend Mahnılar
  • Fevral 17, 2026

    Zeyneb Heseni & Sedef Budaqova - Popuri 2026 (Official Video)

  • Fevral 22, 2026

    Qurban Qurbanzade - Meni Gel Apar Burdan ( Ai Seymur Memmedov )

  • Fevral 17, 2026

    İsmail Zade — Bir Adam (Rəsmi Audio)

  • Fevral 24, 2026

    Pərviz Bülbülə & Türkan Vəlizadə - Surpriz

  • Fevral 17, 2026

    Xumar Qedimova - Dünya

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst