Abdullayev Ağaməmməd Səməd oğlu (1909, Novxanı, Bakı qəzası – 1976, Bakı) — dilçi alim, pedaqoq, pedaqoji elmlər doktoru (1958), professor (1960).
| Ağaməmməd Abdullayev | |
|---|---|
| Abdullayev Ağaməmməd Səməd oğlu | |
| |
| Doğum tarixi | 1909 |
| Doğum yeri | |
| Vəfat tarixi | 1976 (66–67 yaşında) |
| Vəfat yeri | |
| Elm sahələri | dilçilik, tədris metodları[d], Azərbaycan dili |
| Elmi dərəcəsi |
|
| Elmi adı | |
| İş yerləri |
|
| Təhsili |
|
Həyatı
Ağaməmməd Abdullayev 1909-cu ildə Bakının Novxanı kəndində dəmirçi ailəsində dünyaya gəlib. A. Abdullayev 1926-cı ildə Azərbaycan Dövlət Universitetinin Azərbaycan dili və ədəbiyyatı fakültəsinə daxil olmuşdur. Təhsil almaqla bərabər orta məktəbdə Azərbaycan dili müəllimi kimi fəaliyyət göstərmişdir. Alim 1941–1942-ci illərdə M. F. Axundov adına Müəllimlər İnstitutunun direktoru vəzifəsində çalışmışdır. 1942–1949-cu illərdə Azərbaycan Dövlət Qiyabi Pedaqoji İnstitutunda Azərbaycan dili kafedrasına rəhbərlik etmiş, 1942-ci ildə pedaqoji elmlər namizədi, 1958-ci ildə pedaqoji elmlər doktoru alimlik dərəcələrini almışdır.
1966–1970-ci illərdə M. F. Axundov adına Xarici Dillər İnstitutunun rektoru olmuşdur.
Fəaliyyəti
Azərbaycan dilinin tədrisi tarixi və metodikasına dair dərslik və monoqrafiyaların müəllifidir. "Azərbaycan dilinin tədrisi tarixindən" (1966) monoqrafiyasında Üzeyir Hacıbəyovun pedaqoji və publisistik fəaliyyətini, onun "Türki-rusi və rusi-türki lüğəti"ni (1907) ətraflı təhlil etmişdir.
Kitabları
- Azərbaycan dilinin tədrisi tarixinə dair. Bakı: Azərnəşr, 1958.
- Üslubiyyat məşğələlərinin metodikası. Bakı: Azərtədrisnəşr, 1961.
- İbtidai məktəbdə Azərbaycan dili tədrisinin metodikası. Bakı: Azərtədrisnəşr, 1962.
- Əlifba (yaşlılar üçün). Bakı: Azərtədrisnəşr, 1963 (F. Ə. Əbdürrəhimov ilə birgə).
- Orta məktəbdə Azərbaycan dili tədrisinin metodikası. Bakı: Azərtədrisnəşr, 1964.
- Ana dili (yaşlılar üçün). Bakı: Azərtədrisnəşr, 1964 (Ə. H. Rəcəbov ilə birgə).
- Azərbaycan dilinin tədrisi tarixindən. Bakı: Maarif, 1966.
- Müəllimin nitq mədəniyyəti haqqında. Bakı: Maarif, 1966.
- Nitq mədəniyyəti və natiqlik məharəti haqqında. Bakı: Azərnəşr, 1968.
- İbtidai siniflərdə ana dili tədrisinin metodikası. Bakı: Maarif, 1968.
- Orta məktəbdə Azərbaycan dili tədrisinin metodikası. Bakı: Maarif, 1968.
- Orta məktəbdə Azərbaycan dilinin tədrisi metodikası. Bakı: Maarif, 1978.
vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, Ağaməmməd Abdullayev haqqında məlumat. Ağaməmməd Abdullayev nədir? Ağaməmməd Abdullayev nə deməkdir?
