Azərbaycanca (AZ) Azərbaycanca (AZ)Deutsch (DE) Deutsch (DE)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)සිංහල (LK) සිංහල (LK)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)中國人 (CN) 中國人 (CN)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Ağacvari asfodelina (lat. Asphodeline prolifera) — bitkilər aləminin qulançarçiçəklilər dəstəsinin asfodelinakimilər fəsiləsinin asfodelina cinsinə aid bitki nö

Ağacvari asfodelina

  • Ana Səhifə
  • Vikipediya
  • Ağacvari asfodelina

Ağacvari asfodelina (lat. Asphodeline prolifera) — bitkilər aləminin qulançarçiçəklilər dəstəsinin asfodelinakimilər fəsiləsinin asfodelina cinsinə aid bitki növü. IUCN Qırmızı Siyahısına görə növün kateqoriyası və statusu "Təhlükə həddinə yaxın olanlar" kateqoriyasına aiddir – NT. Azərbaycanın nadir, Qafqazın endemik növüdür.

Ağacvari asfodelina
Elmi təsnifat
Domen:
Eukariotlar
Klad:
Diaphoretickes
Ranqsız:
Arxeplastidlər
Aləm:
Bitkilər
Klad:
Streptofitlər
Klad:
Ali bitkilər
Klad:
Çoxsporlu bitkilər
Klad:
Borulu bitkilər
Klad:
Toxumlu bitkilər
Klad:
Çiçəkli bitkilər
Klad:
Birləpəlilər
Dəstə:
Qulançarçiçəklilər
Fəsilə:
Asfodelinakimilər
Yarımfəsilə:
Asfodelinakimilər
Cins:
Asfodelina
Növ:
Ağacvari asfodelina
Beynəlxalq elmi adı
  • Asphodeline prolifera Kunth, 1843
Vikianbarın loqotipi
Şəkil
axtarışı
EOL  990982

Mündəricat

Qısa morfoloji təsviri

Birillik ot bitkisidir. Kökləri nazik, qısa, qonurdur. Gövdə 10–50 sm hündürlüyündə, ortadan yuxarı budaqlanandır. Yuxarı tərəfi sıxyarpaqlı, aşağı hissəsi ağ pərdəli genişlənmişdir. Salxım boş, 4–10 çiçəklidir. Çiçəkyanlığı ağ, 8 mm uzunluğundadır. Çiçəkyanlığının yarpaqları ellipsivari, kütdür. Qutucuq yumurtaşəkilli, şarvari, 4–5 mm diametrində, mərmər üzlüdür. Toxum üçtilli, boz, kürək hissədən qırışlı, yanlara sıxılmışdır.

Bioloji, ekoloji və fitosenoloji xüsussiyyətləri

Çiçəkləmə və meyvə əmələgəlmə dövrü may-iyun aylarına təsadüf edir. Toxumla çoxalır. Mezokserofitdir. Aşağı dağ qurşağından yuxarı dağ qurşağıan kimi daşlı-çınqıllı, bəzən əhəngli yerlərdə, çay vadilərində, çəmənlərdə, zibilliklərdə və s. yerlərdə bitir.

Yayılması

Qobustan, Kiçik Qafqazın şimalında, mərkəzi və cənub hissələrində, Naxçıvan düzənliyində və dağlıq hissələrdə (Darıdağ, Gülüstan kəndi ətrafında), Lənkəran ovalığında rast gəlinir.

Sayı və tendensiyası

Populyasiyanın vəziyyətinin və təbii bərpanın ətraf mühitin dəyişilməsindən asılığı müşahidə olunur. Azalma tendensiyasına meyillidir.

Məhdudlaşdırıcı amillər

Antropogen və zoogen amillər.

Mühafizə tədbirləri

Mühafizəsi üçün xüsusi tədbirlər görülmür. Yayılma yerlərində qorunması məqsədilə yasaqlıqların təşkili, yeni yayılma yerlərinin axtarılması vacibdir.

Sinonimləri

Homotipik sinonimləri

  • Asphodelus prolifer M.Bieb.

Heterotipik sinonimləri

  • Anthericum dendroides Hoffm.
  • Asphodeline dendroides (Hoffm.) Woronow

Həmçinin bax

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, ağacvari asfodelina sözünün mənası, ağacvari asfodelina haqqında məlumat. ağacvari asfodelina nədir? ağacvari asfodelina nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Mart 05, 2026

    İdi Amin

  • Fevral 23, 2026

    Əsgəran

  • Fevral 25, 2026

    Boksçular üsyanı

  • Mart 04, 2026

    Tilsim

  • Fevral 28, 2026

    Laplandiya

Trend Mahnılar
  • Mart 04, 2026

    Javid Amir — Sənə Nə (Rəsmi Musiqi Videosu)

  • Fevral 17, 2026

    Selale Sesli - Gel mene addim addim Remix

  • Fevral 17, 2026

    Zeyneb Heseni & Sedef Budaqova - Popuri 2026 (Official Video)

  • Fevral 21, 2026

    Bayram Kürdəxanlı & Sona - Meclisimiz Xudmanidi İçmirsən

  • Fevral 21, 2026

    Ceyhun SazMen & Vefa Serifova - Popuri 2026 (Yeni Klip) 4K

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst