Azərbaycanca (AZ) Azərbaycanca (AZ)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Ağacəri eli — İranda yaşayan türkdilli tayfa. Səlcuqlar. monqollar və qaraqoyunlular dövründəki hadisələrdə fəal iştirak etmişlər. V əsrdə Azərbaycana gəldiklər

Ağacəri eli

  • Ana Səhifə
  • Vikipediya
  • Ağacəri eli

Ağacəri eli — İranda yaşayan türkdilli tayfa. Səlcuqlar. monqollar və qaraqoyunlular dövründəki hadisələrdə fəal iştirak etmişlər. V əsrdə Azərbaycana gəldikləri məlumdur. Tarixçi Rəşidəddin ağacərilər haqqında məlumat vermişdir.

Tarixçə

Beşinci əsrdə Ağacəri eli, Volqa çayının ətrafında və Qıpçaq düzənliklərində yaşayırdılar. Mahmud Qaşqarlı, "Divanü Lüğat-it-Türk"də onları 24 Oğuz Türk qəbilələrindən biri bildirib.Onlar, sonra İran, Anadolu və Qara dənizin şimalına köçüblər. İranda onlar Şərqi Azərbaycan, Zəncan, Həmədan və Xuzistan ostanlarında yaşayırlar. “Ağacəri” adı (“ağac ərləri”, “orman insanları”) özü özlüyündə tarixi qədim olan bir etnonimdir. Türkiyə tarixçisi Zəki Vəlidi Toğanın yazdığına görə, 460-cı ildə Xəzər ölkəsində Azərbaycana Ağacəri adında bir boy gəlmişdir. Daha sonra, biz Ağacəri adına Anadolunun Maraş dağlarında Avşar və Bayatların qonşuluğunda rast gəlirik. 1246-cı ildə həmin bu Ağacərilər Elxanlı sərkərdəsi Baycu noyonla çarpışmışlar. Ağacərilərin başqa bir bölüyü isə uzun illər Ərdəbil yaxınlığındakı Xalxalda hakim olmuşlar. Qəzvinin ünlü Ələmut qalasının (“qartal yuvası”) Hülaku xan tərəfindən fəthinə Ağacəri eli də qatılmışdır.

Ağacəri elinin adına Qaraqoyunluların və Ağqoyunluların tərkibində də rast gəlinir. Minorski Ağacəri elini Kohgiluyə Lurlarının tərkibində göstərsə də, Ağacəri elinin Türklərdən ibarət olduğunu söyləmiş və tirələrini sadalamışdır: Avşarlar, Cağataylar, Bəydililər və Qarabağlılar. Ağacərilərin ən azından bir hissəsinin (xüsusən Avşar adlı tirələrinin) keçmişdə bir zamanların qüdrətli Oğuz boyu olan Xuzistan Avşarlarının 1596-1597-ci illərdəki üsyandan sonra I Şah Abbas tərəfindən pərən-pərən salınmış Kohgiluyə bölgəsindəki qolundan törədiyini güman etmək olar. Ağacəri elinin Qaşqayların Kəşküli bölüyü ilə də bağlılığı təxmin edilir, çünki, hər ikisinin tərkibində eyni adlı Bəydili və Cama Bozorqi adlı tirələr var.

1820-ci illərdə Ağacəri eli Xuzistan ərazisində Behbahan şəhəri ətrafına bu şəhəri Bəxtiyarilərdən, Boyer Əhmədilərdən və başqa köçərilərdən qorumaq üçün köçürülmüşlər. Ağacəri Türklərinin bir qismi zamanla İrandilli qövm olan Boyer Əhmədilərə qarışmış və həmin qism bu gün Ağayi adı ilə tanınır. 1913-cü ilə aid bilgilərə görə Behbahandakı Ağacərilərin sayı 2,000 ailə qədər olmuşdur. Tirələri bunlardır: Bəydili, Avşar, Cağatay, Ağbaği, Şeri, Lur Zaban, Baseri, Cama Bozorqi, Tiləkü, Deyləmi, Gəştil və Davudi. Ağacəri elindən bir çoxları İran adlanan ölkənin güneyindəki Abadan, Bəndər Mahşəhr və öz adlarını daşıyan Ağacəri şəhərinə köçmüş və hal-hazırda neft sənayesi başda olmaqla müxtəlif peşələrdə işləməkdə və şəhər həyatı sürməkdədirlər.

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, Ağacəri eli haqqında məlumat. Ağacəri eli nədir? Ağacəri eli nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Fevral 27, 2026

    Nudl

  • Fevral 28, 2026

    Tanq (qevoq)

  • Fevral 27, 2026

    Zakir Məmmədov

  • Fevral 27, 2026

    Şahrux Mirzə

  • Fevral 27, 2026

    İtaliya şəhərləri

Trend Mahnılar
  • Fevral 17, 2026

    Zeyneb Heseni & Sedef Budaqova - Popuri 2026 (Official Video)

  • Fevral 21, 2026

    Uzeyir Mehdizade - Ruh Ekizim ( Official Video Clip ) 2026

  • Fevral 17, 2026

    Xumar Qedimova - Dünya

  • Fevral 24, 2026

    Qurban Qurbanzade - Meni Gel Apar Burdan ( Ai Seymur Memmedov Ürəyim )

  • Fevral 17, 2026

    Aysun İsmayilova & Ulvi Nadiroglu - Dostlar Meni Unutmayin 2026 (Yeni Klip) 4K

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst