Azərbaycanca (AZ) Azərbaycanca (AZ)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

907-ci düzəliş və ya 907-ci maddə (ing. Section 907) — 1992-ci ildə ABŞ Konqresi tərəfindən "Azadlığı müdafiə aktı"a əlavə edilən və Azərbaycana ABŞ-nin birbaşa

907-ci düzəliş

  • Ana Səhifə
  • Vikipediya
  • 907-ci düzəliş

907-ci düzəliş və ya 907-ci maddə (ing. Section 907) — 1992-ci ildə ABŞ Konqresi tərəfindən "Azadlığı müdafiə aktı"a əlavə edilən və Azərbaycana ABŞ-nin birbaşa dövlət yardımını qadağan edən qanunvericilik aktı. Geniş qəbul edilmiş fikrə görə, erməni lobbisinin təşəbbüsü ilə qəbul edilmişdir. Lakin tarixşünaslıqda digər səbəblərə də diqqət yetirilir. Bu qadağa Azərbaycanı iqtisadi və siyasi sabitliyi asanlaşdırmaq üçün ABŞ hökumətindən birbaşa yardım almayan yeganə postsovet dövlətinə çevirmişdir.

2001-ci ildən etibarən hər il ABŞ prezidentləri tərəfindən tətbiqi dayandırılır.

Mündəricat

Qəbul edilməsi

Düzəliş ilk dəfə 1992-ci ildə Azərbaycan tərəfindən Dağlıq Qarabağın "işğalı" və Ermənistana qarşı blokadasını dayandırmaq məqsədilə senator Con Makkeyn tərəfindən təklif edilmişdir, ancaq daha sonra naməlum səbəblərə görə geri qaytarılmışdır. Bundan sonra, yenidən, senator Con Kerrinin və erməni lobbi təşkilatlarının dəstəyi ilə konqressmen Veyn Ovens tərəfindən konqresdə irəli sürülmüşdür. Senator Riçard Luqar düzəlişin qəbul edilməsinin əleyhinə çıxış etmişdir. Buna baxmayaraq, düzəliş Konqres tərəfindən qəbul edilmişdir.

Bu əlavə ilə Azərbaycan Dövləti Amerika hökumətinin keçmiş sovet respublikalarına göstərdiyi yardımından yeganə olaraq xaric edilmişdir. Bütün bunlar o vaxt baş verirdi ki, o zaman heç ABŞ-də Azərbaycanın səfirliyi fəaliyyət göstərmirdi.

Keçmiş ABŞ vitse-prezidenti Cozef Bayden düzəlişin qəbulunda fəal rol oynamış və dəfələrlə onun ləğv edilməsinə qarşı çıxış etmişdir.

2001-ci ildə 11 sentyabr hadisələrindən sonra Azərbaycanın beynəlxalq terrorizmlə mübarizədə dəstəyini təmin etmək məqsədilə ABŞ Konqresi prezidentə düzəlişin hüquqi qüvvəsini dayandırmaq səlahiyyəti vermişdir.

Fəaliyyətinin dayandırılması

2001-ci il 11 sentyabr hadisələrindən sonra Azərbaycanın beynəlxalq terrorizmlə mübarizədə dəstəyini təmin etmək məqsədilə ABŞ Senatı 24 oktyabr 2001-ci ildə akta ABŞ Prezidentinə 907-ci düzəlişin tətbiqindən imtina etmək imkanını təmin edən düzəlişi qəbul etmişdir. ABŞ prezidentləri həmin tarixdən etibarən düzəlişin tətbiqindən imtina etsələr də, 2023-cü ildə qəbul edilən "Ermənistanı müdafiə aktı" çərçivəsində 2024-2025-ci illərdə ABŞ Prezidentinin bu aktın tətbiqini dayandırmaq səlahiyyəti də ləğv edildi.

8 avqust 2025-ci il Azərbaycan, ABŞ, Ermənistan liderlərinin üçtərəfli görüşü zamanı düzəlişin tətbiqinin ABŞ prezidenti tərəfindən növbəti dəfə dayandırıldığı elan edilmişdir.

Düzəlişin mətni

MADDƏ 907. AZƏRBAYCANA YARDIM GÖSTƏRİLMƏSİNİN QADAĞAN EDİLMƏSİ

(A) QADAĞA – Prezident Azərbaycan Hökumətinin Ermənistana və Dağlıq Qarabağa qarşı blokadasının və digər güc tətbiqin aradan qaldırılması üçün addımların atdığını müəyyən etməsə və bu haqda Konqresə məruzə etməsə, Azərbaycan Hökumətinə ABŞ tərəfindən bu və ya digər qanunlarla nəzərdə tutulmuş yardım göstərilə bilməz.

(B) QEYD – Prezident qadağanın tətbiq edilməsinin ABŞ-nin milli maraqlarına uyğun olmadığına dair qərara gəlsə və bu haqda Konqresə təqdimat versə, (a) bəndində göstərilən qadağa tətbiq edilməməlidir.

Həmçinin bax

  • Cekson-Venik düzəlişi

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, 907-ci düzəliş haqqında məlumat. 907-ci düzəliş nədir? 907-ci düzəliş nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Fevral 27, 2026

    Beloruslar

  • Fevral 27, 2026

    Əhqaf surəsi

  • Fevral 27, 2026

    Deman

  • Fevral 27, 2026

    Daşqala mağarası

  • Fevral 27, 2026

    Dovşan

Trend Mahnılar
  • Fevral 17, 2026

    Zeyneb Heseni - Sevgililer Gununde 2026 (Yeni Klip) 4K

  • Fevral 24, 2026

    Afshin Azari - Can Deme 2026 (Yeni Klip)

  • Fevral 17, 2026

    Aysun İsmayilova & Ulvi Nadiroglu - Dostlar Meni Unutmayin 2026 (Yeni Klip) 4K

  • Fevral 21, 2026

    Ceyhun SazMen & Vefa Serifova - Popuri 2026 (Yeni Klip) 4K

  • Fevral 17, 2026

    Zeyneb Heseni & Sedef Budaqova - Popuri 2026 (Official Video)

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst