Azərbaycanca (AZ) Azərbaycanca (AZ)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Mifoloji anlamlı olan on üç sayı haqqında da mənbələrdə xəbərlər vardır. Misal üçün, monqollar əcdad ruhlarının, torpaq hamisi ruhlarının sayını on üç bilmişlər

13 (ədəd)

  • Ana Səhifə
  • Vikipediya
  • 13 (ədəd)

On üç — say sistemində ədədlərdən biri. On ikidən sonra, on dörddən əvvəl gəlir.

13
on üç
← 11 · 12 · 13 · 14 · 15 →
Faktorizasiya 13 (sadə)
Rum rəqəmi XIII
İkili 1101
Səkkizlik 15
Onaltılıq D
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Ümumi məlumat

Mifoloji anlamlı olan on üç sayı haqqında da mənbələrdə xəbərlər vardır. Misal üçün, monqollar əcdad ruhlarının, torpaq hamisi ruhlarının sayını on üç bilmişlər. Əslində buddizmin bir qolu olaraq formalaşan lamaizmə qədər Buryat horinlərində də on üç sayı xüsusi dəyər daşımışdır. Onların etiqadına görə, cəhətlərin (şimal-cənub, şərq-qərb) on üç sahib ruhu (şamanı) vardır. Başqa bir məlumata görə, Mərkəzi və Cənubi Amerika sakinləri də on üç sayını müqəddəs bilmiş və onun xoşbəxtlik simvolu olmasına inanmışlar. On üç sayını italyanlar da uğurgətirən hesab etmişlər.

On üç sayının qorxulu, bədbəxtlik gətirən, nəhs bilinməsi halları da vardır. Bu qənaətin kökündə mifoloji anlayışlar durur. Belə ki, xristian dini miflərinə görə, İsa peyğəmbərin şagirdləri sırasında qəflətən on üçüncü şagirdin peyda olub peyğəmbəri ələ verməsi (bəzi miflərdə peyğəmbəri elə bu on üçüncü şagird öldürüb) məsələsi on üç sayına mənfi münasibət yaratmışdır. Hətta iş o yerə gəlib çıxıb ki, qədim yəhudilər on üçü "ölüm sayı" hesab etmişlər. Odur ki, onlar bu "ölüm sayı"nı rəqəmlə yox, "M" ilə demiş, yazmışlar. Qədim Babilistanda, Misirdə də on üç sayına hüzn, bədbəxtlik başlanğıcı kimi baxılmış və haqq-hesab işlərində bu saydan istifadə etməməyə çalışmışlar. Qərbi Avropa ölkələrində indinin özündə də on üç sayı nəhs bilinir, uğursuzluq simvolu zənn olunur. On üç ədədindən qorxunun elmi adı triskaydekafobiya kimi səslənir.

Azərbaycanda da əskilərdən üzü bizə sarı və elə indi də bu sayla bağlı "on üç nəhsdir" deyimi tez-tez təkrar edilir. Hətta bu düşüncə "On üç nəhsdir, düşər-düşməzi olar" atalar sözünün yaranıb formalaşmasına da zəmin yaratmışlar. Odur ki, bir nəsnəni sayanda on ikidən sonra on üçə çatanda o andaca "On üç nəhsdir", yaxud "On üç deyil" söyləyib on dörd deyilir. Amma atalar sözü olaraq misal gətirdiyimiz örnəyə diqqətlə baxdıqda buradakı "düşər-düşməz"in birinci komponentinin, yəni "düşər"in uğur, xeyir mənasında olduğunu görürük. Deməli, Azərbaycanda on üç sayının "düşərli" olması təsəvvürü də vardır. On üç sayına mənfi baxışın yaranmasına başlıca səbəb, sözsüz ki, Onikilik say sistemi olmuşdur. Vaxtilə yalnız on ikiyə qədər saymağı bilən və çoxluq mənası verən bu sayı uğur simvolu kimi qəbul edənlər birdən-birə sonrakı on üçün ortaya çıxmasından xoflanmış, qorxmuşlar. Odur ki, onlar bu on üçü "şeytan yığnağı", "şeytan əməli" hesab etmişlər. Əslində isə bu say da, olsa-olsa elə sayma vasitəsidir. Hətta on üç sayını özləri üçün tale sayı, uğur simvolu bilənlər də az deyil.

Riyaziyyatda

  • On üç ədədi — sadə ədəd olmaqla yanaşı həm də tək ədəddir.

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, 13 (ədəd) haqqında məlumat. 13 (ədəd) nədir? 13 (ədəd) nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Fevral 27, 2026

    Qarasaqqal (Kürdəmir)

  • Fevral 27, 2026

    Fəza-zaman

  • Fevral 27, 2026

    Aktinolit

  • Fevral 27, 2026

    Aşkelon

  • Fevral 27, 2026

    Naqano

Trend Mahnılar
  • Fevral 21, 2026

    Ceyhun SazMen & Vefa Serifova - Popuri 2026 (Yeni Klip) 4K

  • Fevral 17, 2026

    Vusal Bilesuvarli & Naibe Sabirabadli - Eşq Əsiri (Klip 2026)

  • Fevral 17, 2026

    Selale Sesli - Gel mene addim addim Remix

  • Fevral 24, 2026

    Pərviz Bülbülə & Türkan Vəlizadə - Surpriz

  • Fevral 17, 2026

    Cahangir Aliyev & Gülnar Zeynalova - Asta - Asta 2026 (Yeni Klip)

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst