Azərbaycanca (AZ) Azərbaycanca (AZ)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Əmir əl-Möminin (ərəb. امیر المؤمنین‎) — İslam tarixində xəlifə Ömərdən etibarən dövlət rəhbərlərinin istifadə etdiyi ali titul.

Əmir əl-Möminin

  • Ana Səhifə
  • Vikipediya
  • Əmir əl-Möminin

Əmir əl-Möminin (ərəb. امیر المؤمنین‎) — İslam tarixində xəlifə Ömərdən etibarən dövlət rəhbərlərinin istifadə etdiyi ali titul.

Mündəricat

Etimologiyası

"Əmir əl-Möminin" ərəb mənşəli bir ifadədir Onun etimologiyasını aşağıdakı kimidir:

  • Əmir (ərəb. أمير) – "əmr edən", "rəhbər", "sərkərdə" mənasını verən ərəb sözü olub, "əmr" (أمر, "sərəncam", "buyruq") kökündən törəmişdir. Ərəbcə "əmir" sözü ümumiyyətlə bir hökmdar və ya sərkərdə üçün işlədilmişdir.
  • əl-Möminin (ərəb. المؤمنين) – "möminlər", yəni "iman gətirənlər" mənasını verən "mömin" (مؤمن) sözünün cəm formasıdır. "Mömin" sözü "əmn" (إيمان, "inam", "inanc") kökünün ifəl babından gəlir və Allaha inanıb itaət edən şəxslərə aid edilir.

Tarixi

Tarixdə bu titul ilk dəfə Abdullah ibn Cəhşə verilmişdir. Daha sonra bu titulu müsəlmanlar tərəfindən müxtəlif səhabələrə (Usamə ibn Zeyd, Səad ibn Əbi Vəqqas) verilmişdir. Dövlət başçılarından bu titulu ilk dəfə istifadə edən xəlifə Ömər olmuşdur. Ömərə məktub yazan səhabə Əbu Musa əl-Əşari ona bu titulla xitab etmişdir. Bundan sonra bu ləqəb kütləviləşməyə başlamışdır. Sonrakı dövrlərdə, bu tituldan Osman ibn Əffan, Əli ibn Əbu Talib, Abdullah ibn Zübeyr, Əməvilər, Əndəlüs Əməviləri, Abbasilər, Karmatilər, Rüstəmilər, Müvahhidlər, Fatimilər, Osmanlılar istifadə ediblər. Bunlardan başqa Ağləbilər, Zirilər və Həmmadilər də bu tituldan müəyyən dövrlərdə istifadə ediblər. Səlcuqlular isə bu titulun əvvəlinə "yəminu" (Toğrul bəy), "qasimu" (I Məlikşah) və "burhənu" (Alparslan, Səncər) sözlərini əlavə etməklə istifadə ediblər Hal-hazırda bu tituldan Mərakəş əmirləri istifadə edirlər.

Şünnilərin baxışı

Sünnilər başda Raşidi xəlifələr olmaqla Əməvilər, Abbasilər, Səlcuqlular, Osmanlılar və digər sünni dövlətlərin rəhbərlərini bu titulla adlandırıblar.

Şiə baxışı

Şiələrə görə "əmir əl-möminin" İslam peyğəmbərinin canişini və vəsisinin, imamlardan ilk imam, Əli bin Əbu Talibin ləqəbidir. Əli bin Əbu Talibin əmir əl-möminin olması, imamətinə və peyğəmbərin arasız canişin və vəsi olmasına etiqad və inanmaq vacibdir. Bəlkə imanın rüknlərindəndir. Şiə müsəlmanlar azanda Məhəmmədin peyğəmbərliyinə şəhadət verdikdən sonra Əli bin Əbu Talibin əmir əl-mömininliyinə şəhadət edirlər. Şiə mənbələrinə görə azanın oxunuş forması və qanunlaşması vəhy yoluyla olub. Onlar buna dəlil olaraq Cəfəri Sadiqin aşağıdakı hədisini qeyd edirlər:

"O, zamanki Cəbrayıl mələk əzanı peyğəmbərə gətirdi. Peyğəmbərin başı Əlinin ətəyindəydi, Cəbrayıl azanı peyğəmbərə öyrətdi, bitdikdən sonra peyğəmbər başını qaldırıb Əlidən soruşdu:

- Cəbrayılın səsini eşitdin?

Dedi:

- Hə.

Peyğəmbər birdə soruşdu:

- Onu xatırladınmı?

Dedi:

- Hə.

Peyğəmbər dedi:

- Bilalı çağır və azan və iqaməni ona öyrət.

Əli isə Bilalı çağırıb azanı ona öyrətdi."

Şiələrə görə ad aparılan ləqəb yalnız Əli ibn Əbu Talibə məxsusdur və başqalarının, hətta o biri imamları da bu ləqəb ilə çağırmaq düzgün deyildir.

Həmçinin bax

  • Əli
  • İmamlar
  • On dörd Məsum

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, Əmir əl-Möminin haqqında məlumat. Əmir əl-Möminin nədir? Əmir əl-Möminin nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Fevral 27, 2026

    Rəhman Nəbiyev

  • Fevral 27, 2026

    Həmid Nitqi

  • Fevral 23, 2026

    Lək-lək (jurnal)

  • Fevral 27, 2026

    Malıbəyli məscidi

  • Fevral 27, 2026

    Mediafranşiza

Trend Mahnılar
  • Fevral 17, 2026

    Aysun İsmayilova & Ulvi Nadiroglu - Dostlar Meni Unutmayin 2026 (Yeni Klip) 4K

  • Fevral 25, 2026

    Damla - Anam Demişdi 2026 (Yeni Klip) 4K

  • Fevral 24, 2026

    Pərviz Bülbülə & Türkan Vəlizadə - Surpriz

  • Fevral 17, 2026

    Vusal Bilesuvarli & Naibe Sabirabadli - Eşq Əsiri (Klip 2026)

  • Fevral 17, 2026

    Cahangir Aliyev & Gülnar Zeynalova - Asta - Asta 2026 (Yeni Klip)

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst