Əlisəttar Ələsgər oğlu Atakişiyev (25 dekabr 1906, Bakı – 7 noyabr 1990, Moskva) — operator, ssenarist və rəssam, Azərbaycanın əməkdar incəsənət xadimi (1960), uşaq-fantastika janrlarının məharətli rejissoru.
| Əlisəttar Atakişiyev | |
|---|---|
| Əlisəttar Ələsgər oğlu Atakişiyev | |
| |
| Doğum tarixi | |
| Doğum yeri | Bakı, Bakı quberniyası, Rusiya imperiyası |
| Vəfat tarixi | |
| Vəfat yeri | Moskva, RSFSR, SSRİ |
| Dəfn yeri | |
| Milliyyəti | Azərbaycanlı |
| Atası | Ələsgər Atakişiyev |
| Fəaliyyəti | Rejissor, operator |
| Mükafatları | |
| IMDb | ID1135188 |
Həyatı
Əlisəttar Atakişiyev 1906-cı ildə anadan olmuşdur.
Əlisəttar Atakişiyev 1927-1931-ci illərdə Moskva Ali Rəssamlıq Texniki məktəbində, 1931-1936-cı illərdə Ümumittifaq Dövlət Kinematoqrafiya İnstitutunun operatorluq fakultəsində təhsil alıb. Estoniyanın ilk rəngli filmini çəkib.
Kino-operatoru, rejissor və rəssam Əlisəttar Atakişiyev 1960-cı ildə Azərbaycan əməkdar incəsənət xadimi adına layiq görülmüşdür.
Hacıbəyovun eyniadlı musiqili komediyaları əsasında çəkilmiş "Arşın mal alan" (1945, M.Dadaşovla birgə), "O olmasın, bu olsun" (1956) filmlərinin quruluşçu operatoru olmuşdur.
Əlisəttar Atakişiyev Moskvada çapdan çıxmış "İbrahimin sərgüzəştləri" əsərinin müəllifidir. Rejissor həmin əsərin ekran variantını yaratmaq arzusunda idi.
Əlisəttar Atakişiyev 1990-cı ildə Moskvada qocalar evində vəfat etmişdir.
Filmoqrafiya
- Arşın mal alan (film, 1945)— Quruluşçu Operator
- Azərbaycanın müalicə ocaqları (film, 1951)— Quruluşçu Rejissor və Quruluşçu Operator
- Bakılılar (film, 1938)— Operator
- Bir ailə (film, 1943)— Quruluşçu Operator
- Bir qalanın sirri (film, 1959)— Quruluşçu Rejissor
- Bizim küçə (film, 1961)— Quruluşçu Rejissor
- Doğma xalqıma (film, 1954)— Quruluşçu Operator
- Fətəli xan (film, 1947)— Quruluşçu Operator
- İstintaq davam edir (film, 1966)— Quruluşçu Rejissor
- Xalq Yaradıcılığı Festivalı (film, 1937)— Quruluşçu Rejissor və Quruluşçu Operator
- Qərib cinlər diyarında (film, 1977)— Quruluşçu Rejissor
- Mahnı belə yaranır (film, 1957)— Geyim Rəssamı
- Nağıl dünyasının sakini. Əlisəttar Atakişiyev (film, 2015) - Əlisəttar Atakişiyev xatirəsinə həsr edilib.
- O olmasın, bu olsun (film, 1956)— Quruluşçu Operator
- Sehrli xalat (film, 1964)— Quruluşçu Rejissor, Ssenari müəllifi
- Səhər nəğməsi (film, 1950)— Quruluşçu Operator
- Sovet Azərbaycanı (film, 1950)— Quruluşçu Operator
- Sovqat (film, 1942)— Quruluşçu Rəssam
- Sualtı qayıq "T-9" (film, 1943)— Quruluşçu Operator
- Şöhrət, yaxud unudulan adam (film, 2003)— Əlisəttar Atakişiyev xatirəsinə həsr edilib.
- Uzaq sahillərdə (film, 1958)— Quruluşçu Operator
vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, Əlisəttar Atakişiyev haqqında məlumat. Əlisəttar Atakişiyev nədir? Əlisəttar Atakişiyev nə deməkdir?
