Əlincə zərbxanası — Naxçıvan Muxtar Respublikası Culfa rayonunda orta əsrlərə aid zərbxana.
Haqqında
Culfa rayonunun Xanəgah kəndinin şərqində, Əlincəçayın sağ sahilində yerləşən Əlincə qalasında fəaliyyət göstərən zərbxana. Güclü müdafiə qabiliyyətinə malik olduğundan müharibələr zamanı hökmdar ailələrinin siğındığı, dövlət xəzinələrinin saxlanıldığı Əlincəqalada həm də müxtəlif dövrlərdə Azərbaycan feodal hakimlərinin adından sikkələr kəsilmişdir. XIV-XVI əsrin əvvəllərində Əlincə zərbxanasnıda Elxanilərin və Teymurilərin adından gümüş dirhəmlər kəsildiyi məlumdur. Tapılmış sikkə nümunələri sübut edir ki, burada Cəlairi sultanlarının adından da müxtəlif nominallı sikkələr zərb olunmuşdur.
vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, Əlincə zərbxanası haqqında məlumat. Əlincə zərbxanası nədir? Əlincə zərbxanası nə deməkdir?