Azərbaycanca (AZ) Azərbaycanca (AZ)Deutsch (DE) Deutsch (DE)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)සිංහල (LK) සිංහල (LK)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)中國人 (CN) 中國人 (CN)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Əliabbas Salahzadə (22 yanvar 1979, Bilgəh) — Azərbaycan Respublikası Milli Məclisinin VI çağırış deputatı; Hüquqşunas.

Əliabbas Salahzadə

  • Ana Səhifə
  • Vikipediya
  • Əliabbas Salahzadə

Əliabbas Salahzadə (22 yanvar 1979, Bilgəh) — Azərbaycan Respublikası Milli Məclisinin VI çağırış deputatı; Hüquqşunas.

Əliabbas Salahzadə
Azərbaycan Respublikasının Milli Məclisinin VI çağırış deputatı
10 mart 2020 – 23 sentyabr 2024
Seçki dairəsiVI çağırış — 27 saylı Sabunçu ikinci seçki dairəsi
Əvvəlki Dilarə Cəbrayılova
Sonrakı Arzuxan Əlizadə
Bilgəh bələdiyyəsinin sədri
1999 – 2000
ƏvvəlkiVəzifə təsis olundu.
Sonrakı Təyyar İbadov
Şəxsi məlumatlar
Doğum adı Əliabbas Qalib oğlu Salahzadə
Doğum tarixi 22 yanvar 1979(1979-01-22) (47 yaş)
Doğum yeri
  • Bilgəh, Lenin rayonu, Bakı, Azərbaycan SSR, SSRİ
Partiya
  • Yeni Azərbaycan Partiyası
Təhsili
  • Milli Aviasiya Akademiyası,
  • Azərbaycan Beynəlxalq Universiteti
Fəaliyyəti siyasətçi

Təltifləri "Heydər Əliyevin 100 illiyi (1923–2023)" yubiley medalı

Həyatı

Salahzadə Əliabbas Qalib oğlu 22 yanvar 1979-cu ildə Bilgəh qəsəbəsində anadan olub. 1995-ci ildə Bilgəh qəsəbəsi 142 saylı orta məktəbini bitirib. Azərbaycan Beynəlxalq Universitetində təhsil alıb. Daha sonra, Azərbaycan Respublikası Milli Aviasiya Akademiyasının Beynəlxalq Hüquq fakültəsinə qəbul olub və, orada təhsili başa vuraraq hüquqşünas ixtisasına yiyələnib.

2002–2003-cü illərdə Azərbaycan Respublikasında həqiqi hərbi xidmətdə olmuşdur. 2003-cü ildə hərbi xidməti başa vurduqdan sonra yenidən Sabunçu rayon Bilgəh Bələdiyyəsində işini davam etdirmiş və həmin ildə bələdiyyə üzvlərinin yekun səsverməsinə əsasən yenidən bələdiyyə sədri seçilmişdir.

2004-cü ildə Azərbaycan Milli Elmlər Akademiyasının İnsan Hüquqları İnstitutunda aspiranturaya daxil olmuşdur. Aspiranturada oxuduğu zaman yerli özünüidarəçiliyin inkişafında beynəlxalq təşkilatların rolu və Azərbaycan Respublikasında Bələdiyyələrin inkişafı, təcrübə və müasir praktika kimi elmi məqalələr yazmışdır.

2006-cı ildə Bakı şəhəri Sabunçu rayon İcra hakimiyyətində təhsil, səhiyyə və mədəniyyət şöbəsinə müdir təyin olunub.

2009-cu ildə Azərbaycan Respublikasının Prezidenti yanında Ali Atestasiya Komissiyasının qərarı ilə hüquq elmləri üzrə fəlsəfə doktorudur.

2010-cu ildən Birinci dərəcəli dövlət qulluqçusudur.

Ailəlidir, 4 övladı var.

Siyasi fəaliyyəti

Təhsil aldığı müddətdə Azərbaycan Respublikasında keçirilən Bələdiyyə seçkilərində Sabunçu rayon Bilgəh Bələdiyyəsinə bələdiyyə üzvü və 1999-cu ildən isə bələdiyyə üzvlərinin təklifi ilə sədr seçilib.

2020-ci ilədək Sabunçu rayon İcra hakimiyyətində ictimai-siyasi və humanitar məsələlər şöbəsində müdir vəzifəsində çalışıb.

2020-ci ildə 27 saylı Sabunçu ikinci seçki dairəsindən Azərbaycan Respublikası VI çağırış Milli Məclisinə deputat seçilib. Əliabbas Salahzadə Milli Məclisdə Təbii ehtiyatlar, energetika və ekologiya komitəsi və Regional məsələlər komitəsinin üzvüdür. Azərbaycan–Cibuti parlamentlərarası əlaqələr üzrə işçi qrupun rəhbəridir.

1995-ci ildən Yeni Azərbaycan Partiyasının üzvüdür.

2006–2011-ci illərdə YAP Sabunçu rayon təşkilatı Gənclər Birliyinin İdarə heyətinin üzvü və Bilgəh qəsəbəsi üzrə ərazi ilk partiya təşkilatının sədri olub.

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, əliabbas salahzadə sözünün mənası, əliabbas salahzadə haqqında məlumat. əliabbas salahzadə nədir? əliabbas salahzadə nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Mart 06, 2026

    Vyetnam qətliamı

  • Fevral 27, 2026

    Deymon Albarn

  • Fevral 27, 2026

    KQSM taboru

  • Fevral 27, 2026

    Almacıq sümüyü

  • Fevral 27, 2026

    Dəspinə xatun

Trend Mahnılar
  • Fevral 25, 2026

    Vefa Serifova - Sevgiye Verdim Ara 2026 (Yeni Klip) 4K

  • Fevral 17, 2026

    Zeyneb Heseni & Sedef Budaqova - Popuri 2026 (Official Video)

  • Fevral 21, 2026

    Uzeyir Mehdizade - Ruh Ekizim ( Official Video Clip ) 2026

  • Fevral 24, 2026

    Qurban Qurbanzade - Meni Gel Apar Burdan ( Ai Seymur Memmedov Ürəyim )

  • Fevral 17, 2026

    Xumar Qedimova - Dünya

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst