Azərbaycanca (AZ) Azərbaycanca (AZ)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Əli Vəkil (tam adı: Səfiyev Əli Vəkil oğlu; 10 iyun 1938, Yuxarı Şorca, Basarkeçər rayonu – 7 fevral 2022, Bakı) — şair, tərcüməçi, Azərbaycan Yazıçılar Birliyi

Əli Vəkil

  • Ana Səhifə
  • Vikipediya
  • Əli Vəkil

Əli Vəkil (tam adı: Səfiyev Əli Vəkil oğlu; 10 iyun 1938, Yuxarı Şorca, Basarkeçər rayonu – 7 fevral 2022, Bakı) — şair, tərcüməçi, Azərbaycan Yazıçılar Birliyinin (1972), Azərbaycan Jurnalistlər Birliyinin (1968) üzvü, "Araz" ali ədəbi mükafatı laureatı (1998).

Əli Vəkil
Əli Vəkil oğlu Səfıyev
Doğum adı Əli Vəkiloğlu
Təxəllüsü Vəkil
Doğum tarixi 10 iyun 1938
Doğum yeri Yuxarı Şorca, Basarkeçər rayonu, Ermənistan SSR, SSRİ
Vəfat tarixi 7 fevral 2022 (83 yaşında)
Vəfat yeri
  • Bakı, Azərbaycan
Vəfat səbəbi ürək çatışmazlığı
Dəfn yeri
  • Bakı
Vətəndaşlığı SSRİ SSRİ→
Azərbaycan Azərbaycan
Milliyyəti azərbaycanlı
Atası Vəkil
İxtisası şair
Fəaliyyəti tərcüməçi
Əsərlərinin dili Azərbaycan
erməni

Mündəricat

Həyatı

Əli Vəkil 1938-ci il iyunun 10-da Basarkeçər rayonunun (indiki Vardenis rayonu) Yuxarı Şorca kəndində kolxozçu ailəsində anadan olmuşdur. Orada Şişqaya kənd orta məktəbini bitirib İrəvanda X.Abovyan adına Ermənistan Dövlət Pedaqoji İnstitutunun fizika-riyaziyyat fakültəsinin Azərbaycan şöbəsində təhsil almışdır (1955–1960). Əmək fəaliyyətinə Ermənistan Dövlət Televiziya və Radio Verilişləri Komitəsinin Azərbaycan dilində verilişlər redaksiyasında diktor-redaktor kimi başlamışdır (1960–1972). Həmin dövrdən bədii yaradıcılığı davam etdirir. Eyni zamanda tərcümə ilə də məşğul olur. L.Adyanla birlikdə Bəxtiyar Vahabzadənin "Vicdanın səsi" pyesini, S.Xocayanla birlikdə Bayram Həsənovun "Ayaz" povestini erməni dilinə çevirmişdir. Onun erməni ədəbiyyatından doğma dilə tərcümələri də vardır. M.A.Əliyev adına Azərbaycan Dövlət İncəsənət İnstitutunun teatrşünaslıq fakültəsini qiyabi bitirmişdir (1970). Azərbaycan Dövlət Televiziya və Radio Verilişləri Komitəsinin Xəbərlər Baş redaksiyasında redaktor (1972–1975), M.A.Əliyev adına Azərbaycan Dövlət İncəsənət İnstitutunda laborant (1975–1977), Yazıçılar İttifaqının orqanı "Qrakan Adrbecan" ("Ədəbi Azərbaycan") jurnalı redaksiyasında şöbə müdiri (1977–1988), sonra məsul katibi (1988–1990), Azərnəşrdə "Göy qurşağı" redaksiyasının müdiri (1990-?) olmuşdur.

2013-cü il iyunun 12-də Azərbaycan Yazıçılar Birliyinin (AYB) Natəvan klubunda şairin 75 illik yubileyi keçirilmişdir. Tədbirdə Ramiz Quliyev, İzzət Rüstəmov, Vaqif Qələndər, Eldar İsmayıl, İslam Sadıq, Sara Göyçəli, Oqtay Rza və başqaları çıxış etmişlər.

Ailəsi

"Ekspress" qəzetinin təsisçisi Müşfiq Səfiyev Əli Vəkilin oğludur. O, həmçinin "Nurgün" şirkətlər qrupunun vitse-prezidenti idi. 25 fevral 2015-ci ildə Salyan Olimpiya-İdman Kompleksinin mehmanxanasında 50 yaşında vəfat etmişdir.

Yaradıcılığı

Əli Vəkil hələ doğma elində fəaliyyət göstərərkən dövri mətbuatda fəalıq göstərmiş, ilk şeirləri "Sovet Ermənistanı", " Ədəbi Ermənistan" almanaxında çap olunmuşdur.

Əli Vəkilin ilk kitabı 1963-cü ildə İrəvanda işıq üzü görmüş "Sona bulağı" kitabı şairin oxucunlarnla ilk görüşü olur. Göyçə mahalında el arasında məşhur olan Sona bulağına həsr edilmiş poema-əfsanə bədii təxəyyülün və müəllifin mövzuya yanaşma tərzinə görə maraq doğurmuşdur.

Əli Vəkilin Azərbaycan Dövlət İncəsənət İnstitutunun teatrşunaslıq fakültəsində təhsil alması onun yaradıcılığına da müsbət təsir etmiş, bir sıra kitabları məhz Bakıda işıq üzü görmüşdür. 1972-ci ildən Azərbaycan Yazıçılar Birliyinin üzvü olan şairin "Zəfər çələngi" (1967), " İki günəş" (1971), "Doğma Yollar" (1979), " Ata həsrəti" (1979), "Göyərçinlər" (1983), "Yeddi dağ" (1984), "Şəlalə" (1988), "Ana qayğısı" (1991) kimi kitabları onun sovet dövrü yaradıcılığını əks etdirir.

Əsərləri

  1. Sona bulağı. İrəvan: Haypethrat, 1963, 44 səh.
  2. Zəfər çələngi. İrəvan: Hayastan, 1967, 80 səh.
  3. İki günəş. İrəvan: Hayastan, 1971, 64səh.
  4. Əli Şahsabahlı. İrəvan, Hayastan, 1973, 84 səh.
  5. Ata həsrəti. Bakı: Gənclik, 1979, 36 səh.
  6. Doğma yollar, 1979
  7. Göyərçinlər. Bakı: Gənclik, 1983, 64 səh.
  8. Azərbaycan-erməni teatr əlaqələri. Bakı: İşıq, 1983, 72 səh.
  9. Yeddi dağ. 1984, 104 səh.
  10. Tovuz "Qələbə sovxozu". Bakı: İşıq, 1985, 52 səh.
  11. Şəlalə (şerlər və poemalar), Bakı: Gənclik, 1988, 143 səh.
  12. Ana qayğısı. Bakı: Yazıçı, 1991, 200 səh.
  13. Ellərin İsgəndəri. Bakı: "Azərbaycan Ensiklopediyası" NPB, 2003, 190 səh.
  14. Əbədi dünya (poema). Bakı: Nurlan, 152 səh.
  15. Ömür karvanı
  16. Kişi ömrü
  17. Fərizə-İlham dastanı
  18. Cərrah Vaqif möcüzəsi
  19. Əbədi qəhrəmanlıq
  20. Qoşmalar
  21. Aqillər, ariflər, alicənablar. Bakı: Azərnəşr, 2007, 304 səh.

Məqalələri

  1. "Fəxri vətəndaş", 1998.
  2. "Balaca Firuzənin böyük gələcəyi". Ekspress qəzeti. № 195(2373). 27 oktyabr 2007-ci il.
  3. "Ot kökü üstə bitər". Ekspress qəzeti. № 225(2403). 8 dekabr 2007-ci il.

Ədəbiyyat

  1. Əfsanə Bayramqızı, "Ürəyində arzu yükü daşıyan şair", Xalq qəzeti.- 2013.- 23 iyun.- Səh. 7.

Həmçinin bax

  • Yuxarı Şorca

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, Əli Vəkil haqqında məlumat. Əli Vəkil nədir? Əli Vəkil nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Fevral 27, 2026

    Dilbaz atı

  • Fevral 25, 2026

    Novqorod respublikası

  • Fevral 27, 2026

    E.ə. 548

  • Fevral 27, 2026

    Bataklar (xalq)

  • Fevral 27, 2026

    Atabasklar

Trend Mahnılar
  • Fevral 21, 2026

    Uzeyir Mehdizade - Popuri 3 ( Ekskluziv )

  • Fevral 25, 2026

    Alican & Baylarsoylar - Yol Ver 2026 (Official Music Video)

  • Fevral 17, 2026

    Zeyneb Heseni & Sedef Budaqova - Popuri 2026 (Official Video)

  • Fevral 22, 2026

    Qurban Qurbanzade - Meni Gel Apar Burdan ( Ai Seymur Memmedov )

  • Fevral 21, 2026

    Lord Vertigo & Nilay Sems - Kimdir En Gozel ( Yeni 2026 )

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst