Azərbaycanca (AZ) Azərbaycanca (AZ)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Əli-Səttar Quliyev — azərbaycanlı kinoprodüser, rejissor, ssenarist, Nizami Kino Mərkəzinin direktoru (2024).

Əli-Səttar Quliyev

  • Ana Səhifə
  • Vikipediya
  • Əli-Səttar Quliyev

Əli-Səttar Quliyev — azərbaycanlı kinoprodüser, rejissor, ssenarist, Nizami Kino Mərkəzinin direktoru (2024).

Əli-Səttar Quliyev
Quliyev Əli-Səttar Elxan oğlu
Doğum tarixi 8 dekabr 1981 (44 yaş)
Doğum yeri Bakı,Azərbaycan, Azərbaycan SSR,
Milliyyəti azərbaycanlı
Fəaliyyəti kinematoqraf[d]
Fəaliyyət illəri 2007-ci ildən
Mükafatları Milli Kino Mükafatı

Mündəricat

Həyatı

Əli-Səttar Quliyev 8 dekabr, 1981-ci il, Bakı şəhərində anadan olub.

Bakıdakı 134 nömrəli orta məktəbi bitirib. Uşaqlıqdan teatr və kinoya maraq göstərib, 11 yaşından məktəb teatrında və KVN-in tamaşalarında iştirak edib.

Ailəlidir, 2 övladı var.

Fəaliyyəti

2002-ci ildə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin kino rejissorluğu fakültəsini bitirib. Hərbi xidmətdən sonra, 2003-cü ildə magistraturaya daxil olub və həmin fakültəni qırmızı diplomla bitirib. Həmçinin Azərbaycan Dövlət İqtisad Universitetində (2004-2006) təhsil alıb.

Azərbaycan televiziyasında çalışıb. 2007-ci ildə öz prodüser mərkəzini yaradıb, əvvəlcə musiqi klipləri və reklam çarxları çəkməklə işə başlayıb. “Azercell”də müştəri xidmətləri (2003-2007), İz Productionda art direktor (2008-2012), “Tonica Production”da menecer (2012-2016), “Azanfilm” studiyasının direktor müavini (2011-2015), 2015-2023-cü illərdə “Mozalan” studiyasının direktoru vəzifəsində çalışıb. 2023-2024-cü illərdə Gənclər və İdman Nazirliyində rejissor işləyib. 2024-cü ildə “Nizami” Kino Mərkəzinə direktor təyin olunub.

2011-2014-cü illərdə Beynəlxalq Kann festivalında Mədəniyyət və Turizm Nazirliyi tərəfindən təşkil olunmuş nümayəndə heyətinin üzvü olub. Filmləri Kann, Sarayevo, Tamprera, Kazan, Daşkənd, Düşənbə, Tbilisi beynəlxalq festivallarında iştirak edib.

Mükafatları

  • 2023-cü il "Stadionlar Səssiz olanda" filmi — İlin ən yaxşı idman filmi
  • 2024-cü il Azərbaycan Kinematoqrafçılar İttifaqının Milli Kino Mükafatı
  • 2025-ci il "Qızıl Pəri" kino mükafatı (Ən yaxşı debüt filmi “Əlvida, Şmidt!”)

Filmoqrafiya

Prodüser kimi:

  1. .Susma (2012, qısametrajlı bədii film)
  2. .Gil (2013, qısametrajlı bədii film)
  3. .Əlifba (2016, animasiya filmi)
  4. .Mozalan No. 196-199 (2016-2021, kinojurnal)
  5. .Son payız (2022, qısametrajlı bədii film)
  6. .İkinci planetin qırmızı rəngi (2024, qısametrajlı bədii film)
  7. .Sanki yoxsan (2024, qısametrajlı bədii film)

İcraçı prodüser kimi:

  1. .Tarın sədaları. Mansurovlar (film, 2013)
  2. .Fikrət Əmirov (2022, sənədli film)

Rejissor, ssenari müəllifi, prodüsor kimi:

  1. .Çardaq (2016, qısametrajlı bədii film)
  2. .Əlvida, Şmidt! (film, 2019)
  3. .Olimpia (2021, tammetrajlı bədii film)
  4. .Mən qardaşımı axtarıram (qısametrajlı bədii film,2022)
  5. .Stadionlar səssiz olanda (film, 2023)
  6. ."Şarlotta" (qısametrajlı bədii film,2026)
  7. . "Qurğuşun" ssenari müəlifi, prodüser. (qısametrajlı film,2026)

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, Əli-Səttar Quliyev haqqında məlumat. Əli-Səttar Quliyev nədir? Əli-Səttar Quliyev nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Fevral 27, 2026

    Er (departament)

  • Fevral 23, 2026

    Perun

  • Fevral 26, 2026

    Bəəs

  • Fevral 25, 2026

    Sənət

  • Fevral 27, 2026

    Teymur Mirzəyev

Trend Mahnılar
  • Fevral 21, 2026

    Bayram Kürdəxanlı & Sona - Meclisimiz Xudmanidi İçmirsən

  • Fevral 21, 2026

    Ceyhun SazMen & Vefa Serifova - Popuri 2026 (Yeni Klip) 4K

  • Fevral 25, 2026

    Vefa Serifova - Sevgiye Verdim Ara 2026 (Yeni Klip) 4K

  • Fevral 17, 2026

    Gel Mene Addim Addim - Selale Sesli ( Tik Tok Her Kesin Axtardigi Mahni 2026 )

  • Fevral 21, 2026

    Xatire İslam - Heyatima Xoş Gelmisen 2026 (Yeni Klip) 4K

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst