Əbu Əmr Təqiyyəddin Osman ibn Səlahəddin Əbdirrəhman ibn Musa əş-Şəhrəzuri (ərəb. ابن الصلاح; 1181, Şəhrizor, Süleymaniyyə mühafəzəsi – 20 avqust 1245, Dəməşq) — kürd əsilli hədis alimi və fəqih.
| İbn əs-Salah | |
|---|---|
| ərəb. عُثمان بن عبد الرحمٰن بن عُثمان بن مُوسى الکُردي الشهرزوري الموصلي الشافعي | |
| |
| Doğum tarixi | 1181 |
| Doğum yeri |
|
| Vəfat tarixi | 20 avqust 1245 (63–64 yaşında) |
| Vəfat yeri | |
| Dəfn yeri | |
| Elm sahələri | fiqh, hədis |
Bioqrafiyası
İbn əs-Salah hicri 577-ci (1181) ildə Şimali İraqın Şərəhən kəndində anadan olub. O, bölgənin tanınmış kürd ailələrindən birinə mənsubdur. Nisbələri "Nəsri", "Kürdi" və "Şərəhəni"dir.
İbn əs-Salah Quranı əzbərləmiş, hədis, qiraət və Şafei fiqhini öyrənmişdir. Tələbəlik etdiyi müəllimləri İbn əs-Səmin Ubeydullah ibn Əhməd, Əbu İshaq əş-Şirazi, İbn Sükeynə, İbn Təbərzad Ömər ibn Məhəmməd, İbn əl-Müəzzim Əbdürrəhman ibn Əbdülvəhhab, Mənsur ibn Əbdülmönim əl-Furəvi, Müəyyəd ibn Məhəmməd ibn Əli ət-Tusi, İbn əs-Səffar Qasım ibn Əbu Səd Abdullah, İbn Dihyə əl-Kəlbi, Əbdürrəhim ibn Əbdülkərim əs-Səmani, Əbdülkərim ibn Məhəmməd ər-Rəfiî, İbn əl-Üstad Əbdürrəhman ibn Abdullah, Əbu Mənsur ibn Əsakir və Ruhavidir. Tələbələri arasında isə Kamaləddin İshaq ibn Əhməd əl-Məarri, Əbu Məhəmməd Əbdürrəhman ibn Nuh əl-Məqdisi, Səllər ibn Ömər əl-Ərbili, Əbu Şamə əl-Məqdisi, Məhəmməd ibn Hüseyn ibn Rəzin əl-Həməvi, İbn Xəllikan, Əbül-Yumn ibn Əsakir və Əli ibn Məhəmməd əl-Yunini və başqaları vardır.
O, hicri 643-cü (1245) ildə Dəməşqdə vefat edib və Məqbərətüs-Sufiyyə qəbiristanlığında dəfn edilib.
İbn əs-Salah, "Müqəddimətü İbn əs-Salah", "Ədəbül-müfti vəl-müstəfti", "əl-Əmali", "Təbəqatül-fuqəhaiş-Şafeiyyə" və başqa əsərlərin müəllifidir.
vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, İbn əs-Salah haqqında məlumat. İbn əs-Salah nədir? İbn əs-Salah nə deməkdir?
