Azərbaycanca (AZ) Azərbaycanca (AZ)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

əl-Fiqhul-Əkbər (ərəb. الفقه الأكبر‎) — Əbu Hənifənin əqidəyə dair əsəri. Əbu Hənifədən "əl-Fiqhul-Əkbər" adı ilə iki növ əsər rəvayət olunmuşdur. Bunlardan bir

Əl-Fiqhul-Əkbər

  • Ana Səhifə
  • Vikipediya
  • Əl-Fiqhul-Əkbər

əl-Fiqhul-Əkbər (ərəb. الفقه الأكبر‎) — Əbu Hənifənin əqidəyə dair əsəri. Əbu Hənifədən "əl-Fiqhul-Əkbər" adı ilə iki növ əsər rəvayət olunmuşdur. Bunlardan biri oğlu Həmmadın nəql etdiyi əsər, digəri isə onun yaxın tələbələrindən olan Əbu Muti əl-Bəlxinin nəql etdiyi əsərdir. Əbu Muti əl-Bəlxinin nəql etdiyi kitab sonrakı dövrlərdə bəzi alimlər tərəfindən Həmmadın nəql etdiyi əsərdən fərqləndirmək məqsədilə "əl-Fiqhül-Əbsat" adlandırılmışdır.

Əl-Fiqhul-Əkbər
ərəb. الفقه الأكبر‎
Müəllif Əbu Hənifə
Janr əqidə
Orijinalın dili ərəbcə
ISBN-13 978-1-149-42754-5

Mündəricat

Əsər

Əsər Həmmad ibn Əbu Hənifə tərəfindən rəvayət olunmuşdur. Bu əsərdə müəllif İslam əqidəsini 100-ə yaxın məsələ çərçivəsində bəyan edir. Əsərin isnadı Mədinədə Şeyxülislam Arif Hikmətin kitabxanasında (məcmuə 226) saxlanılan əlyazma nüsxədə qeyd edilmişdir. Həmin nüsxənin əvvəlində qeyd edilir ki, əsəri İbrahim Kurani Əli ibn Əhməd əl-Farisidən, o, Nüseyr ibn Yəhya əl-Bəlxidən, o, Məhəmməd ibn Muqatil ər-Razidən, o, İsam ibn Yusifdən, o, Həmmad ibn Əbu Hənifədən, Həmmad isə Əbu Hənifədən nəql etmişdir. Şeyxülislam Arif Hikmətin həmin kitabxanasında Həmmadın nəql etdiyi versiyanın iki qədim, səhih nüsxəsi mövcuddur.

Müəlif

Əsərin müəllifi Əbu Hənifədir. O, Kufədə dünyaya gəlmiş, Bağdadda vəfat etmişdir. Əbu Hənifə Hənəfi məzhəbinin banisidir.

Nəşrlər

Əsər dəfələrlə müxtəlif tarixlərdə Qahirədə, (1919) Heydərabadda (Dairəti-Məarifi-Nizamiyyə mətbəəsində), 1908-ci ildə İstanbulda çap edilmişdir. 1981-ci ildə Mustafa Öz tərəfindən, 1984-cü ildə Əli Nar tərəfindən, 1992-ci ildə isə Ali Karadut tərəfindən əsərin tərcüməsi orijinalı ilə birlikdə çap edilmişdir. 1952-ci ildə Seniyuddin Başak tərəfindən İstanbulda, yenə 1952-ci ildə, Sabit Ünal tərəfindən, 1954-cü ildə Həsən Bəsri Çantay tərəfindən Ankarada əsərin türkcə tərcümələri nəşr edilmişdir. Məlum olan çap edilmiş ən köhnə türkcə tərcümə Müstəqimzadə Sadəddin Əfəndinin tərcüməsidir. Bu tərcümə də İstanbulda çap edilmişdir. Əsər o cümlədən Fizuli Hüsiyev tərəfindən Azərbaycan dilinə də tərcümə edilmişdir.

Əsərin burada qeyd edilənlərdən başqa külli miqdarda çap və tərcümələri vardır.

Şərhlər

Bu əsərin çoxlu sayda şərhləri vardır. Bu şərhlər çap edildiyi kimi, əsərin özü də bir çox islam ölkələrində dəfələrlə çap edilmişdir. Əsərə yazılmış bəzi şərhlər bunlardır:

  • Əli ibn Məhəmməd əl-Pəzdəvi, "Şərhul-Fiqh əl-Əkbər".
  • Əli əl-Qari, "Şərhi-Fiqhi-Əkbər".
  • Əkmələddin Məhəmməd ibn Mahmud ibn Kəmaləddin Əhməd əl-Bəyburdi əl-Misri əl-Hənəfi, "əl-İrşad fi Şərhil-Fiqh əl-Əkbər".
  • İlyas ibn İbrahim əs-Sinobi əl-Bursəvi, "Şərhul-Fiqh əl-Əkbər".
  • Məhəmməd Muhyiddin ibn Bəhaəddin ibn Lətifullah əl-Bayrami ər-Rumi, "əl-Qəvl ül-Fəsl İz Kulluhu Cidd və Ma Huvə bil-Həzl fi Şərhil-Fiqh əl-Əkbər".
  • Əbül-Müntəha Əhməd ibn Məhəmməd əl-Məğnisavi, "Şərhül-Fiqh əl-Əkbər".
  • Nurəddin Əli ibn Sultan Məhəmməd əl-Qari əl-Hərəvi əl-Hənəfi, "Minəhür-Ravz əl-Əzhər fi Şərhil-Fiqh əl-Əkbər".
  • Əhməd ibn Hüsaməddin Həsən ibn Sinanəddin əl-Bosnəvi ər-Rumi əl-Bəyazi, "İşəratul-Məram min İbəratil-İmam".
  • Nurullah ibn əs-Seyyid Məhəmməd Rəfi ibn Əbdürrəhim əş-Şirvani əl-Hənəfi, "Şərhül-Fiqh əl-Əkbər".
  • Mustafa ibn Məhəmməd əl-Muradi əl-Kuz əl-Hisari ər-Rumi əl-Hənəfi ən-Nəqşibəndi, "Tuhfətun-Nəbi fi Şərhi və Tərcəmətil-Fiqh əl-Əkbər".

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, Əl-Fiqhul-Əkbər haqqında məlumat. Əl-Fiqhul-Əkbər nədir? Əl-Fiqhul-Əkbər nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Fevral 27, 2026

    Salis Məmmədov

  • Mart 01, 2026

    Sakramento koloniyası

  • Fevral 27, 2026

    Pfals-Çvaybrükgen sülaləsi

  • Mart 01, 2026

    S:Ali-İmran surəsi

  • Mart 01, 2026

    Hybrid Theory

Trend Mahnılar
  • Fevral 21, 2026

    Xatire İslam - Heyatima Xoş Gelmisen 2026 (Yeni Klip) 4K

  • Fevral 25, 2026

    Damla - Anam Demişdi 2026 (Yeni Klip) 4K

  • Fevral 21, 2026

    Ceyhun SazMen & Vefa Serifova - Popuri 2026 (Yeni Klip) 4K

  • Fevral 21, 2026

    Uzeyir Mehdizade - Ruh Ekizim ( Official Video Clip ) 2026

  • Fevral 24, 2026

    Pərviz Bülbülə & Türkan Vəlizadə - Surpriz

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst