Azərbaycanca (AZ) Azərbaycanca (AZ)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Əbül-Usr Pəzdəvi (fars. أبو العسر الپزدوي‎) və ya Əbül-Həsən Əbül-Usr Fəxrül-İslam Əli ibn Məhəmməd ibn əl-Hüseyn ibn Əbdülkərim əl-Pəzdəvi (ərəb. أبو الحسن علي

Fəxrul-İslam Pəzdəvi

  • Ana Səhifə
  • Vikipediya
  • Fəxrul-İslam Pəzdəvi

Əbül-Usr Pəzdəvi (fars. أبو العسر الپزدوي‎) və ya Əbül-Həsən Əbül-Usr Fəxrül-İslam Əli ibn Məhəmməd ibn əl-Hüseyn ibn Əbdülkərim əl-Pəzdəvi (ərəb. أبو الحسن علي بن محمد البَزدَوي‎; 1009 – 1089, Şəhrisəbz, Qaşqadərya vilayəti) — Mavərənnəhrdə yetişən Hənəfi məzhəbinin fiqh alimlərindən biri.

Fəxrul-İslam Pəzdəvi
ərəb. أبو الحسن علي بن محمد البَزدَوي‎
Doğum tarixi 1009(1009)
Vəfat tarixi 1089(1089) (79–80 yaşında)
Vəfat yeri
  • Şəhrisəbz, Qaşqadərya vilayəti, Özbəkistan SSR
Elm sahələri fiqh, Üsuli-Fiqh

Mündəricat

Bioqrafiyası

"Fəxrul-İslam" ləqəbli Əli ibn Məhəmməd, 1009-cu illərdə İranın Pəzdə (və ya Bəzdə) şəhərində doğulub yetişdiyi üçün "Pəzdəvi" nisbəsiylə tanınır. Pəzdə, Nəsəfdən 6 fərsax (red — 34.1 km.) uzaqda bir qaladır. Qalanın adı, yanında qurulan şəhərin də adı olmuşdur. Atası Məhəmməd Səmərqənd və Buxarada qazılıq (hakimlik) vəzifəsində olmuş, daha sonra bu vəzifədən ayrılaraq Pəzdəyə köçmüş və orada məskunlaşmışdır. Qardaşı Məhəmməd əl-Pəzdəvi də, Mavərannəhrdə yetişən böyük İslam alimlərindən olub. Qardaşından fərqli olaraq Fəxrul-İslamın yazdığı kitablar oxucular tərəfindən çətin başa düşüldüyündən ona "Əbul-Usr" (red — ərəbcə "usr" çətin deməkdir) deyilmişdir. Fəxrul-İslam Pəzdəvi məzhəbini əzbərdən bilməkdə zərbi-məsəl olmuşdu. Mənbələrə görə, onun bu xüsusiyyəti hər kəs tərəfindən bilinməkdə və hər vaxt danışılmaqda idi. Mavərənnəhr fəqihlərindən olan əs-Səraxsi ilə eyni əsrdə yaşamış və Halvani tərəfindən idarə edilən mədrəsədə Səraxsiyə yoldaşlıq etmişdir. Bundan başqa o, hədis elminin də təhsilini alıb, bir çox hədis rəvayət etmişdir. Yoldaşı olan Səmərqənd xətibi Əbul-Məali Məhəmməd ibn Nəsr ibn Mənsur əl-Meydani və öz oğulu Qazı Əbu Sabit əl-Pəzdəvi, ondan hədis rəvayət etmişdir. Bir ara Səmərqəndə getmiş və orada dərs demişdir. Fəxrul-İslam Pəzdəvi 13 sentyabr 1089-cu ildə Keşdə vəfat etsə də cənazəsi Səmərqəndə aparılaraq orada dəfn edilmişdir.

İrsi və mirası

Fəxrul-İslam Pəzdəvi, Hənəfi məzhəbinin böyük alimlərindəndir. Hənəfi fiqhinin füru və üsul məlumatlarında zamanındakı alimlərin imamı, ən böyüyü olduğu qeyd olunmuşdur. Müxtəlif elmləri də özündə cəm etmişdir. Hələ üsulu fiqhə dair yazdığı və "Üsulu Pəzdəvi" adıyla bilinən çox qiymətli bir kitabı, bütün İslam ölkələrində mötəbər bir əsərdir. Qasım ibn Qutluboğa Fəxrul-İslam haqda bunları deyir:

" Mən, bu kitabdakı hədisi-şərifləri təxric etdim. Məndən əvvəl onunla kimsə məşğul olmamışdı. Əbul-Məal Məhəmməd bin Nəsri Xatib, ondan hədisi-şərif rəvayət etmişdir. "

Səmani deyir:

" O, Mavərannəhrin fəqihi, imamların və ən böyük alimlərin ustadı, İmamı Əzəm Əbu Hənifə həzrətlərinin məzhəbinin qüvvətli və böyük saliki idi. "

Əsərləri

O, təfsir, hədis və fiqh elmlərinə aid əsərlər qələmə almışdır. Onun başlıca əsərləri bunlardır:

  • Kənzül-vüsul ilə marifətul-üsul. "Üsulu Pəzdəvi" adı ilə bilinən və üsulu fiqh elminə aid əsər.
  • Əl-Məbsut. On bir cildlik bir fiqh kitabıdır.
  • Təfsirül-Quran. Hər biri Quran qalınlığında, yüz iyirmi cild olan bu əsərin bir nüsxəsinə rast gəlinməmiş, bu günə qədər ələ keçməmişdir.
  • Şərhi-Camiul-kəbir və Camius-sağir. Üsul elminə aid olan əsərdir. Bizə qədər gələ bilməyən əsərlərindəndir. Məhəmməd Şeybaninin, Hənəfi fiqhini izah edən kitablarının şərhidir.
  • Əz-Ziyadat. Fiqh elminin füru məsələlərini izah edən bir əsərdir. Bu əsərin bir nüsxəsi, Süleymaniyə kitabxanasında (Fateh, № 1665) saxlanılır.
  • Şərhül-Hidayə. "əl-Hidayə" adındakı fiqh kitabının nikah babına qədər olan qisiminin şərhini özündə ehtiva edən əsərdir.

Həmçinin bax

  • Əbul-Yusr əl-Pəzdəvi
  • Məhəmməd ibn Həsən əş-Şeybani

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, Fəxrul-İslam Pəzdəvi haqqında məlumat. Fəxrul-İslam Pəzdəvi nədir? Fəxrul-İslam Pəzdəvi nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Fevral 27, 2026

    1770-ci il

  • Fevral 27, 2026

    Türkmənistan Respublikası

  • Fevral 28, 2026

    Arzu Rzayev

  • Fevral 27, 2026

    Cinlər (roman)

  • Fevral 24, 2026

    Babil təqvimi

Trend Mahnılar
  • Fevral 22, 2026

    Qurban Qurbanzade - Meni Gel Apar Burdan ( Ai Seymur Memmedov )

  • Fevral 24, 2026

    Afshin Azari - Can Deme 2026 (Yeni Klip)

  • Fevral 17, 2026

    Vusal Bilesuvarli & Naibe Sabirabadli - Eşq Əsiri (Klip 2026)

  • Fevral 21, 2026

    Lord Vertigo & Nilay Sems - Kimdir En Gozel ( Yeni 2026 )

  • Fevral 17, 2026

    Aysun İsmayilova & Ulvi Nadiroglu - Dostlar Meni Unutmayin 2026 (Yeni Klip) 4K

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst