Azərbaycanca (AZ) Azərbaycanca (AZ)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Ələddin Musa oğlu Quliyev(30 iyul 1927, Gəncə – 1983, Bakı) — kimya elmləri doktoru (1967), professor (1968), Azərbaycan SSR EA-nın həqiqi üzvü (1980).

Ələddin Quliyev

  • Ana Səhifə
  • Vikipediya
  • Ələddin Quliyev

Ələddin Musa oğlu Quliyev(30 iyul 1927, Gəncə – 1983, Bakı) — kimya elmləri doktoru (1967), professor (1968), Azərbaycan SSR EA-nın həqiqi üzvü (1980).

Ələddin Quliyev
Doğum tarixi 30 iyul 1927(1927-07-30)
Doğum yeri
  • Gəncə, Gəncə qəzası, Azərbaycan SSR, ZSFSR, SSRİ
Vəfat tarixi 1983(1983) (55–56 yaşında)
Vəfat yeri
  • Bakı, Azərbaycan SSR, SSRİ
Elm sahəsi kimya
Elmi dərəcəsi
  • kimya elmləri doktoru
Elmi adı
  • professor
İş yerləri
  • AMEA Neft-Kimya Prosesləri İnstitutu (1959–1965),
  • Ümumittifaq Elmi-Tədqiqat Qaz Sənayesi İnstitutu[d] (1965–1974),
  • Azərbaycan Neft və Kimya İnstitutu (1979–1983)
Təhsili
  • Azərbaycan Sənaye İnstitutu (–1949)
Üzvlüyü
  • Azərbaycan Milli Elmlər Akademiyası
Mükafatları "Şərəf nişanı" ordeni

Mündəricat

Həyatı

Ələddin Quliyev 1927-ci il iyulun 30-da Gəncə şəhərində anadan olub. Ali təhsilini 1949-cu ildə Azərbaycan Dövlət Neft və Sənaye Universitetində Mühəndis-kimyaçı texnoloq ixtisası üzrə bitirib.

Elmi fəaliyyəti

Ələddin Quliyev 1955-ci ildə kimya üzrə fəlsəfə doktoru və 1967-ci ildə kimya üzrə elmlər doktoru elmi dərəcəsi, 1968-ci ildə professor elmi adını alıb. 1972-ci ildə Azərbaycan SSR EA-nın müxbir üzvü, 1980-ci ildə isə həqiqi üzvü seçilib. Alim 300-ə yaxın elmi əsərin, o cümlədən 5 monoqrafiya, 70 mü­əlliflik şəhadətnaməsinin və patentin müəllifidir. O, dəfələrlə Beynəlxalq və Ümumittifaq konqres və simpo­zium­larda iştirak edib. Ələddin Quliyevin rəhbərliyi ilə 15 fəlsəfə doktorluğu dissertasiyası müdafiə edilib.

Ələddin Quliyevin elmi fəaliyyəti əsasən neft və qazın kimyəvi emalı nəzə­riyyəsi və texnologiyası məsələlərinə həsr edilib. Onun rəhbərliyi ilə hərəkət edən sorbent təbəqəsində maye karbo­hid­rogen­lərdən normal parafinlər alınması texnologiyası hazırlanıb, çoxkom­ponentli qaz sistemlərini fasiləsiz adsorbsiya-xromotoqrafiya üsulu ilə ayır­manın nəzəri əsasları müəyyənləşdirilib. O, hidrogen qazlarının qurudulması, təmizlənməsi, emalı və nəqlə hazır­lanmasında istifadə olunan metil spirtinin tutulması və regene­ra­siyasına dair təklif verib, qazları təmizləmək, qurutmaq və tərkib hissələri­nə ayırmaq üçün fasiləsiz adsorbsiya üsulunu işləyib hazırlayıb. Onun sintez etdiyi "ВНИПИ-ГАЗ-1" tipli aşqar növü qaz emalı qurğu­larında kö­pük­lənmənin qarşısını alır.

Alimin rəhbərliyi ilə aparılan elmi tədqiqatlar keçmiş SSRİ qaz sənaye­sinin elmi-texniki inkişafının istiqamətlərini müəyyənləşdirərək nəti­cədə yeni adsorbentlər, səthi-aktiv maddələr, korroziyaya qarşı aşqarlar, polimer kom­po­zisiyaları, köpüklənmənin qarşısını alan reagentlər, kombinə xassəsinə ma­lik uducular işlənib hazırlayıb və respublikada, Orta Asiyada, Ukraynada, Orenburqda, Uzaq Şərqdə tətbiq edilib. Onun rəhbərliyi ilə adsorbsion-katalitik proses işlənib hazır­lanıb və onun vasitəsi ilə qazların tərkibindəki kükürdlü birləşmələrdən sərbəst kükürd alınıb.

Əmək fəaliyyəti

Ələddin Quliyev 1959-1965-ci illərdə Neft-Kimya Prosesləri İnstitutunda laboratoriya müdiri, 1965-1974-cü illərdə Ümumittifaq Elmi Tədqiqat Qaz İnstitutunun (ÜETQİ) Azərbaycan filialının direktoru və 1974-1979-cu illərdə ÜETQİ əsasında yaradılmış Təbii Qazın Nəqlə Hazırlanması və Emalı üzrə Ümumittifaq Elmi Tədqiqat və Layihə İnstitutunun direktoru olub. O, 1979-1983-cü illərdə ADNA-da yeni yaratdığı kafedra müdiri vəzifələrində çalışıb.

Ölümü

Akademik Ələddin Quliyev 1983-cü ildə Bakıda vəfat edib.

Təltif və mükafatları

Ələddin Quliyev "Qaz sənayesinin əlaçısı" döş nişanı, Qaz sənayesinin "Fəxri işçisi" adına layiq görülüb, "Şərəf nişanı" ordeni, Azərbaycan Ali Sovetinin Fəxri Fərmanı ilə təltif olunub.

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, Ələddin Quliyev haqqında məlumat. Ələddin Quliyev nədir? Ələddin Quliyev nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Fevral 25, 2026

    Xəlifə

  • Fevral 27, 2026

    Melanotaeniidae

  • Mart 01, 2026

    Yer oxu

  • Fevral 27, 2026

    Laçın massivi

  • Fevral 27, 2026

    60 (ədəd)

Trend Mahnılar
  • Fevral 24, 2026

    Pərviz Bülbülə & Türkan Vəlizadə - Surpriz

  • Fevral 25, 2026

    Vefa Serifova - Sevgiye Verdim Ara 2026 (Yeni Klip) 4K

  • Fevral 21, 2026

    Uzeyir Mehdizade - Popuri 3 ( Ekskluziv )

  • Fevral 17, 2026

    Cahangir Aliyev & Gülnar Zeynalova - Asta - Asta 2026 (Yeni Klip)

  • Fevral 24, 2026

    Qurban Qurbanzade - Meni Gel Apar Burdan ( Ai Seymur Memmedov Ürəyim )

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst