Azərbaycanca (AZ) Azərbaycanca (AZ)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Ələddin Xalıqverdi oğlu Şamilov (10 mart 1943, Qoşabulaq, Basarkeçər rayonu – 24 dekabr 2024) — fizika-riyaziyyat elmləri doktoru, professor.

Ələddin Şamilov

  • Ana Səhifə
  • Vikipediya
  • Ələddin Şamilov

Ələddin Xalıqverdi oğlu Şamilov (10 mart 1943, Qoşabulaq, Basarkeçər rayonu – 24 dekabr 2024) — fizika-riyaziyyat elmləri doktoru, professor.

Ələddin Şamilov
Şamilov Ələddin Xaliqverdi oğlu
Doğum tarixi 10 mart 1943(1943-03-10)
Doğum yeri
  • Qoşabulaq, Basarkeçər rayonu, Ermənistan SSR, SSRİ
Vəfat tarixi 24 dekabr 2024(2024-12-24) (81 yaşında)
Vətəndaşlığı SSRİ SSRİ
Azərbaycan Azərbaycan
Uşaqları Əlövsət, Zəfər
Elmi dərəcəsi
  • fizika-riyaziyyat elmləri doktoru
Elmi adı
  • professor
İş yerləri
  • Bakı Dövlət Universiteti,
  • Anadolu Universiteti,
  • Riyaziyyat və Mexanika İnstitutu
Təhsili
  • Gəncə Dövlət Universiteti,
  • Bakı Dövlət Universiteti
Tanınır tədqiqatçı
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Həyatı

Ələddin Şamilov 1943-cü ildə Basarkeçər rayonunun Qoşabulaq kəndində kolxozçu ailəsində anadan olmuş, 1963-cü ildə Gəncə Dövlət Universitetinin Fizika-Riyaziyyat fakültəsini fərqlənmə diplomu ilə bitirmiş, iki il əsgərlik, daha sonra isə iki il anadan olduğu kənddə müəllim işləmiş və 1967-ci ildə Azərbaycan Dövlət Universiteti (ADU) Diferensial və İntegral Tənliklər kafedrasının aspirantı və 1969-cu ildə isə müəllimi seçilmişdir.

Ələddin Şamilov əcnəbi tələbələrlə

1972-ci ildə namizədlik, 1984-cü ildə isə doktorluk dissertasiyasını Moskva V. A. Steklov İnstitutunun dəstəyi ilə Ukrayna Elmlər Akademiyası Riyaziyyat və Mexanika İnstitutunda və Novosibirsk Dövlət Universitetində müvəffəqiyyətlə müdafiə etmişdir.

Ələddin Şamilov müəllimlərlə

1977-ci ildə M. Y. Lomosonov adına Moskva Dövlət Universitetinin İxtisas Yüksəltmə fakültəsindən məzun olmuşdur.

Ələddin Şamilov Əli müəllim ilə

1978-ci ildə BDU-nun Dosenti, 1987-ci ildə Professoru elmi adını almışdır. BDU-nun Mexanika-Riyaziyyat Fakültəsi ilə yanaşı Azərbaycan və diğər ölkələrin universitet müəllimləri üçün İxtisas Yüksəltmə fakültəsində dərs vermiştir.

Ələddin Şamilov beynəlxalq tədbirdə

Riyaziyyatın müxtəlif sahələrinə aid səkkiz kitabı və bir şeir kitabı vardır, on iki elmlər namizədi və elmlər doktoru yetişdirmişdir, 150-dən çox elmi əsəri beynəlxalq ve yerli jurnallarda çap olunmuşdur. BDU-da elmlər doktoru müdafiə şurasının həmsədri, Ümumi Riyaziyyat Kafedrasının müdiri (1996–2000) işləmişdir.

Ələddin Şamilov beynəlxalq tədbirdə

1999-cu ildə Türkiyə Cumhuriyyəti Eskişehir Osmangazi Universitetinə dəvət olunmuş və 2001-ci ildən etibarən Anadolu Universiteti Statistika bölümünün Professoru olaraq işləyir. BDU və fakültə elmi şuralarının üzvü olmuşdur.

Ələddin müəllim tələbə yoldaşı İsmayıl müəllim və oğlu Zəfər müəllimlə birgə

Əsas elmi nəticələri

Funksiyonal differensial tənliklər və abstrakt differensial tənliklər üçün parametrdən asılı olan xüsusi sərhəd problemlərinə baxılmış və bu problemlərin həlli üçün
a) asılı dəyişənlər metodu;

b) asılı olmayan dəyişənlər metodu işlənib hazırlanmışdır. Xüsusi törəməli differensial tənliklər üçün sərbəst sərhədli bölgələrdə xüsusi problem təklif edilmiş və bu problemin həllinin varlığı, yoxluğu kimi məsələlər həll edilmişdir.

Ələddin müəllim tələbə yoldaşı İsmayıl müəllim və oğlu Əlövsətlə birgə

Riyazi Statistikada mühüm tətbiqləri olan MaxMaxEnt, MinMaxEnt, MaxMinxEnt və MinMinxEnt olmakla Ümumiləşdirilmiş Entropi Optimallaşdırma Metodları təklif edilmiş ve bu metodların müxtəlif elm sahələrinə tətbiqləri tələbələri ilə birlikdə göstərilmişdir.

Stokastik Diferansiyal Dənkləmlere ait araşdırmalar tətqiqatı aparılmış və mühüm nəticələr əlde edilmişdir. Bu sahəde elmler doktoru yetişdirməkdə davam edir. Əldə olunmuş nəticələrin hamısı SCI –ə aid jurnallarda çap olunmuşdur.

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, Ələddin Şamilov haqqında məlumat. Ələddin Şamilov nədir? Ələddin Şamilov nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Mart 01, 2026

    Araz-Naxçıvan PFK

  • Mart 01, 2026

    Çingiz Topel

  • Fevral 27, 2026

    Girdiman knyazlığı

  • Fevral 27, 2026

    Qardabani

  • Mart 01, 2026

    Kataniya FK

Trend Mahnılar
  • Fevral 24, 2026

    Afshin Azari - Can Deme 2026 (Yeni Klip)

  • Fevral 21, 2026

    Uzeyir Mehdizade - Ruh Ekizim ( Official Video Clip ) 2026

  • Fevral 21, 2026

    Bayram Kürdəxanlı & Sona - Meclisimiz Xudmanidi İçmirsən

  • Fevral 25, 2026

    Alican & Baylarsoylar - Yol Ver 2026 (Official Music Video)

  • Fevral 24, 2026

    Qurban Qurbanzade - Meni Gel Apar Burdan ( Ai Seymur Memmedov Ürəyim )

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst