Əhməd Hüseyn əş-Şaraa (ərəb. أحمد حسين الشرع; 29 oktyabr 1982, Ər-Riyad), həmçinin Əbu Məhəmməd əl-Colani (ərəb. أبو محمد الجولاني) hərbi ləqəbi ilə tanınır — 2017-ci ildən Suriyada vətəndaş müharibəsində iştirak edən fəal üsyançı, inqilabçı, hərbi lider və siyasətçilərdən biri, Bəşər Əsədin devrilməsindən sonra, 29 yanvar 2025-ci ildən keçid dövründə Suriya Prezidenti.
| Əhməd əş-Şaraa | |
|---|---|
| ərəb. أحمد الشرع | |
![]() Əbu Məhəmməd əl-Colani 2025-ci ildə | |
Suriya Prezidenti | |
Vəzifədədir | |
| 29 yanvar 2025-ci ildən | |
| Baş nazir | Məhəmməd əl-Bəşir |
| Əvvəlki | Bəşər Əsəd |
8 dekabr 2024-cü ildən 29 yanvar 2025-ci ilədək Suriyanın de-fakto lideri olub. | |
Nusra Cəbhəsinin rəhbəri | |
| 23 yanvar 2012 – 28 yanvar 2017 | |
| Əvvəlki | Vəzifə təsis edilib |
| Sonrakı | Vəzifə ləğv edilib |
| Şəxsi məlumatlar | |
| Doğum adı | أحمد حسين الشرع |
| Doğum tarixi | 29 oktyabr 1982 (43 yaş) |
| Doğum yeri |
|
| Fəaliyyəti | inqilabçı, siyasətçi |
| Həyat yoldaşı |
|
| Uşağı | 3 |
| Dini | İslam |
| Hərbi xidmət | |
| Döyüşlər |
|
| Rütbəsi | |
| | |
![]() | |
Həyat Təhrir əş-Şam təşkilatının rəhbəri olaraq 2017–2025-ci illərdə Suriya müxalifətinin Əsəd rejiminin süqutuna gətirib çıxaran hərəkatında və Suriya müvəqqəti hökumətinin yaradılmasında əsas rol oynamışdır. Əş-Şaraa Əsədin devrilməsindən sonra prezident postuna təyin olunanadək ölkənin faktiki lideri olmuşdur.
Erkən illəri
O, 2012–2017-ci illərdə Əl-Qaidənin Suriyadakı qolu olan "Nusra Cəbhəsi"nin lideri olub. Əl-Cövlani haqqında çox az məlumat var. Əbu Məhəmməd əl-Cövlani onun həm adı həm də ləqəbidir və İordaniya təhlükəsizlik rəsmilərinin sözlərinə görə, onun əsl adını yalnız "Əl-Qaidə"nin yüksəkrütbəli üzvləri bilir. Amma bir çox mənbələrə görə onun əsl adı Əhməd Hüseyn əş-Şər-dir. (ərəb. أحمد حسين الشرع). Doğulduğu il və yer dəqiq məlum deyil, lakin Colani adı Qolan təpələrinə aiddir. O, 2003-cü ildə İraqda Amerika qüvvələri ilə döyüşmək üçün bu ölkəyə gedib.
vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, Əhməd əş-Şaraa haqqında məlumat. Əhməd əş-Şaraa nədir? Əhməd əş-Şaraa nə deməkdir?

