Əfqanıstan İslam Respublikasının Mərkəzi Statistika Təşkilatının məlumatlarına əsasən 2012 – ci ilin əvvəlinə ölkə əhalisinin cəmi sayının 25,500,100 (2011 – ci ilin əvvəlinə 24,485,600) nəfər olduğu ehtimal edilir . Ölkə əhalisinin milli tərkibini təşkil edən etnik qruplar : puştunlar, taciklər, həzaralar, özbəklər, türkmənlər, aymaqlar, bəluclar, qızılbaşlar, nuristanlılar, paşayilər və sairədir.

Etnik tərkib
Böyük Sovet Ensiklopediyasının II nəşri, III cildinin (1950-ci ildə çap edilib), 494-cü səhifəsində yazılıb:
Orijinal mətn (rus.)Население А. в основном сосредоточено в горных долинах и оазисах. Наиболее густо населена Кабульская провинция (135 чел. на 1 км.) и Каидагарская провинция (110 чел. на 1 кмг). В высокогорных с.-в. и пустынных ю.-з. районах население чрезвычайно редкое (2-3 чел. на 1 км2). Из 10 млн. чел. населения: афганцев - ок. 5 млн., таджиков - ок. 2100 тыс., узбеков - ок. 1 млн., туркменов - ок. 380 тыс., хезарейцев - ок. 1 млн. А.- многонациональное государство. На территории А. проживают более 20 различных народностей.
| Etnik qrup | Alfred Yanatanın 1981-ci ildə Qratz şəhərində alman dilində nəşr edilmiş "Əfqanıstanda zərgərlik" kitabında verilən məlumatlara əsasən | |
|---|---|---|
| Sayı, 1978-cı ilə olan qiymətləndirmə | Nisbəti, ≈ | |
| Toplam | 12 000 000 | 100.00% |
| Puştunlar | 4 800 000 | 40.00% |
| Taciklər | 3 600 000 | 30.00% |
| Özbəklər | 1 200 000 | 10.00% |
| Həzaralar | 1 000 000 | 8.30% |
| Aymaqlar | 500 000 | 4.20% |
| Türkmənlər | 400 000 | 3.30% |
| Bəluclar | 200 000 | 1.70% |
| Nuristanlılar | 70 000 | 0.60% |
| Paşayilər | 60 000 | 0.50% |
| digərləri | 170 000 | 1.40% |
| Etnik qrup | ABŞ Konqres Kitabxanasının araşdırma və analiz vahidi olan Federal Araşdırmalar Şöbəsinin Əfqanıstana aid məlumatlarına əsasən | |
|---|---|---|
| Sayı, 2008-ci ilə olan qiymətləndirmə, ≈ | Nisbəti | |
| Toplam | 32 700 000 | 100% |
| Puştunlar | 13 730 000 | 42% |
| Taciklər | 8 830 000 | 27% |
| Özbəklər | 2 940 000 | 9% |
| Həzaralar | 2 940 000 | 9% |
| Aymaqlar | 1 310 000 | 4% |
| Türkmənlər | 980 000 | 3% |
| Bəluclar | 650 000 | 2% |
| digərləri | 1 310 000 | 4% |
| Etnik qruplar | Əhali içində payı (1996) |
|---|---|
| Puştunlar | 40% |
| Taciklər | 25,3% |
| Həzaralar | 18% |
| Özbəklər | 6,3% |
| Türkmənlər | 2,5% |
| Qızılbaşlar | 1% |
| Digərləri | 6,9% |
| Etnik qruplar | Əhali içində payı |
|---|---|
| Puştunlar | 40,9% |
| Taciklər | 37,1% |
| Həzaralar | 9,2% |
| Özbəklər | 9,2% |
| Türkmənlər | 1,7% |
| Ərəblər | 0,7% |
| Bəluclar | 0,5% |
| Nuristanlılar | 0,4% |
| Paşayilər | 0,3% |
| Aymaqlar | 0,1% |
| Dillər | Əhali içində payları (%) |
|---|---|
| Puştunlar | 35% |
| Taciklər | 25% |
| Həzaralar | 9% |
| Özbəklər | 9% |
| Digərləri | 22% |
| Millətlər | Sayları | Əhali içində payı |
|---|---|---|
| Toplam əhali | 28,692,000 | 100% |
| Puştunlar | 12,428,000 | 43,32% |
| Taciklər | 7,625,000 | 26,58% |
| Özbəklər | 2,750,000 | 9,58% |
| Həzaralar | 2,510,000 | 8,75% |
| Aymaqlar | 1,452,000 | 5,06% |
| Türkmənlər | 609,000 | 2,12% |
| Bəluclar | 353,000 | 1,23% |
| Brahuilər | 244,000 | 0,85% |
| Paşayilər | 176,000 | 0,61% |
| Nuristanlılar | 71,800 | 0,25% |
| Digərləri | 473,200 | 1,65% |
| Etnik qrup | Sayı | Nisbət |
|---|---|---|
| cəmi | 14 500 000 | 100% |
| puştun | 5 800 000 | 40% |
| tacik | 3 625 000 | 25% |
| türkmən və özbək | 1 450 000 | 10% |
| həzara | 1 000 000 | 6.9% |
Əfqanıstan Türkləri
Əfqanıstanda indiyə qədər bütün ölkəni əhatə edən və nəticələri şübhə doğurmayan siyahıya alma aparılmadığından onun əhalisinin etnik tərkibi haqqında dəqiq məlumatlar yoxdur , bütün rəqəmlər müxtəlif mənbələrin qeyri-rəsmi təxmininə əsaslanır . Pan-İranizm ideyasını bəyənən və ona felən dəstək verən Avropanın "müstəqil sosial təşkilatları" İranda olduğu kimi Əfqanıstanda da Türk kökənli əhalinin sayını öz rəsmi məlumatlarında süni şəkildə azaldırlar . Əksər qərb mənbələrinə əsasən Əfqanıstanda Türk kökənli xalqlar ölkə əhalisinin təxminən 12%-ni təşkil edirlər (özbəklər-9% , türkmənlər-3%) . Ancaq Əfqanıstandakı Türk mənşəli etnik qrupların (əsasən Özbək və Türkmən) liderlərinin iddialarına əsasən həzaralar və çahar aymaqlar daxil edilmədən bütün Türk əsilli xalqlar Əfqanıstan əhalisi içində təxminən 35%-lik paya sahibdirlər (19% – özbəklər, 13% – türkmənlər , 3% – qızılbaşlar , qırğızlar , tatarlar , qaraqalpaqlar , qazaxlar) . Əfqanıstanda Türk toplumunu özbəklər , türkmənlər , qızılbaşlar , qırğızlar , qaraqalpaqlar , qazaxlar , tatarlar əmələ gətirirlər .
- Özbəklər – Əfqanıstanda puştun və taciklərdən sonra üçüncü ən böyük etnik qrupdurlar . sayları 4,000,000 nəfərdən çoxdur .
- Türkmənlər – sayları 900,000 nəfərdən çoxdur (bəzi təxminlərə görə 3,000,000 nəfərdir) .
- Qızılbaşlar – Azərbaycan Səfəvilər və Əfşarlar İmperiyası zamanı imperiyanın dayaqlarını möhkəmlətmək məqsədiylə tarixi Böyük Azərbaycanın ərazisindən Əfqanıstana köçürülmüş və ya siyasi yanaşmalarından dolayı sürgün edilmiş Azərbaycan türkcəsində danışan türk kökənli Əfşar , Bayat , Şahağası , Ansarlı , Otuzikilər , İyirmidörtlər tayfalarından ibarətdirlər . Qızılbaşlar əsasən şəhərlərdə kompakt halda Kabil , Herat, Lögər və Qəndahar şəhərlərində həmçinin Əfqanıstanın mərkəzində bəzi kəndlərdə yaşayılar . Onlar evdə , ailə içində Azərbaycan dilinin şimal ləhcələrində danışırlar ancaq digər millətlərin nümayəndələri ilə ünsiyyətdə fars dilinin şərq ləhcəsi olan Daricədən istifadə edirlər . Saylarına dair müxtəlif təxminlər mövcuddur . Buna əsas səbəb onların Avropa məbələrində Dari dilli Əfqanıstan Taciklərinin tərkibinə daxil edilmələridir . Sayları müəyyən təxminlərə əsasən 60,000-200,000 nəfər arası və ya 30,000-1,000,000 nəfər arasındadır . Receb Albayrakın 2004-cü ildə İstanbulda həşr etdirdiyi "Afganistan Türkleri" adlı kitabında 2004-cü il üçün qeyd etdiyi 450,000 nəfərlik sayı daha çox həqiqətə uyğun hesab oluna bilər .
- Qaraqalpaqlar – özbəklərin çoxluq olduqları bölgələrdə məskunlaşıblar , mədəni həyatlarında , ənənələrində özbək mədəniyyətinin güclü təsiri hiss olunur . Əfqanıstanda sayları 20,000 nəfərdən çoxdur .
- Qırğızlar – Əfqanıstanın Bədəxşan vilayətinin Vahan rayonunda Pamir dağlarının ətəyində məskunlaşıblar . Əfqanıstanda sayları 20,000 nəfərdən çoxdur .
Digər xalqlar
- Puştunlar – Əfqanıstan əhalisinin 35%-ni təşkil edirlər .
- Taciklər – Əfqanıstan əhalisinin təxminən 25% təşkil edirlər .
- Həzaralar
- Bəluclar – sayları təxminən 253,000 nəfərdir .
- Kürdlər – XVI əsrin sonu XVII əsrin əvvəlində I Şah Abbas tərəfindən Əfqanıstana sürgün ediliblər . Əsasən kürd , dari və türkmən dillərində danışırlar . Sayları təxminən 20,100 nəfərdir .
vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, Əfqanıstan əhalisi haqqında məlumat. Əfqanıstan əhalisi nədir? Əfqanıstan əhalisi nə deməkdir?